Məhkəmə qərarları › İş №3(025)-345/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-345/2023

24.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-345/2023 24.07.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı Azər Zeynalovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1971-ci ildə Qəbələ rayonu, Zarağan kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Qəbələ rayonu, Zarağan kənd sakini Şəxs xx.xx.2023-cü il tarixdə Qəbələ rayonu, Zarağan kəndində polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X8, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi, polis leytenatı X8 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixində icraatına Qəbələ rayonu Polis Şöbəsinin İTB-nin sahə rəisi Səxavət Qafarovun raportu daxil olmuşdur. Raportda Qəbələ rayonu, Zarağan kəndində yaşayan, Bakı şəhəri Pirallahı qəsəbəsində qeydiyyatda olan Şəxs Qəbələ rayonu Zarağan kəndində özünə kiçik ticarət obyekti açması ilə bağlı Azərbaycan Respublikasının İXM-nin 454–cü maddəsi ilə xəbərdar edilmişdir. Polis əməkdaşlarının onun yanında olduğu zaman ayağa qalxmaması, telefonla oynaması, polisə birbaşa hörmətsizlik etməsi ilə bağlı Qəbələ Rayon Polis şöbəsinə gətirilərək Növbətçi hissəyə təhvil verilişdir. Sahə nəfəri X4 izahatını almış, Şəxs izahatını almaq istədikdə izahat verməkdən imtina etdiyini bildirmişdir. Vətəndaşın izahatı verməkdən imtina etməsi ilə bağlı akt tərtib etmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, Qəbələ RPŞ-nin əməkdaşları Rasimli Fəxrəddin və Qafarov Səxavət hadisə yerinə yaxınlaşanda, orada olmamışdır. Daha sonra, hadisı yerinə yaxınlaşanda Polis əməkdaşlarını orada görmüş, həmin yerin ona məxsus olduğunu, orada ticarət elədiyini qeyd etmişdir. Polis əməkdaşlarına özünü təqdim etmiş, həmin yerdə o ticarət ilə məşğul olduğunu demişdir. Polislərin ona küçə ticarəti ilə məşğul olduğunu desələr də, öz xüsusi mülkiyyətində ticarət etdiyini bildirmişdir. Ərazinin sənədlərinin Qəbələ rayon Polis şöbəsinin rəis müavini Polis polkovnik-leytenantı Aləddin Nuhova təqdim edilməsini polislərin nəzərinə çatdırmışdır. Daha sonra polis əməkdaşları bu barədə protokol tərtib etsələr də, protokoldan şikayət edəcəyini bildirmişdir. Polis əməkdaşlarının qanunsuz protokol tərtib etməklərini onların nəzərinə çatdırmışdır. Daha sonra polislər ona obyekti bağla desələr də onun polislərə “siz protokol yazdınız sizin buranı bağlamağa ixtiyarınız varmi? Məhkəmənin qərarı olmadan sizin buranı bağlamaq ixtiyarınız yoxdur” demişdir. Daha sonra 102 qaynar xətti ilə əlaqə saxlayaraq polislərin ona protokol tərtib etməklərini, obyekti bağlamalarını tələb etməklərini və 7 aydır onun orada ticarət ilə məşğul olmağını demişdir. Cavabda isə operatorun ona polis əməkdaşlarının oranı bağlatmağa hüquqları olmadığını demişdir. Və bu mobil telefon danışığının rəsmi şəkildə qeydiyyata alındığını da bildirmişdir. Sonra meyvəni aldığı adama zəng edərək, obyekti bağlayıblar gəlib meyvələri götürməsini xaiş etsə də həmin adam kenarda olduğunu və meyvələri havalandırmasını demişdir. Orada qarpız və yemişin olduqunu isti vaxta xarab olmamasını demişdir. O meyvələr xarab olmasın deyə obyekti açıq qoyaraq cümə məscidinə getmişdir. Daha sonra geri qayıdanda obyektin qarşısında İctimai işlər üzrə polis mayoru Nəzərin orada olduqunu görmüşdir. Nəzər onu polis şöbəsinə dəvət etmiş, polis avtomobilinə əyləşərək, polis şöbəsinə yola düşmüşdür. Məhkəmə iclasında şahid X7 izahatında göstərmişdir ki, xidməti ərazisi olan Qəbələ rayonu, Zarağan kəndində yaşayan Şəxs Seyidmərnməd oğlu həmin kəndin ərazisində qanunsuz küçə ticarəti ilə məşğul olduğu üçün onun və köməkçisi polis baş serjantı Fəxrəddin Rasimli tərəfindən ona bir neçə dəfə şifahi xəbərdarlıq olunmuş, sonuncu dəfə 21 iyul 2023-cü il tarixdə sözügedən xidməti ərazisində sahənin polis nəfəri Fəxrəddin Rasimli ilə birlikdə xidmətdə olması zaman Şəxs qanunsuz küçə ticarəti ilə məşğul olmasını aşkar etmişlər. Ona yaxınlaşaraq özlərini təqdim etmiş, müvafiq icra hakimiyyəti orqanının rəsmi icazəsi olmadan küçə ticarəti ilə məşğul olmasına görə barəsində İXM-nin 454-cü maddəsinə əsasən inzibati protokol tərtib etmişdir. Həmin vaxt Şəxs qeyri-səmimilik göstərərk satıcı kimi saxladığı şəxsə özünü onlara təqdim etməməyi tapşırmışdır. Onlardan müxtəlif orqanlara şikayət edəcəyini bildirmişdir. “Mənim hər yerdə adamım var, siz kimsiniz mənə irad bildirirsiz? Başınıza oyun açacam” deyib hədə-qorxu gəlmişdir. Buna baxmayaraq onlar onun hərəktə və səs-küyünə görə, kənarda dayanan şəxslərin oraya yaxınlaşmalarını görüb küçə ticarətini qısa zamanda yığışdırması barədə xəbərdarlıq ediblər. Lakin günün ikinci yarısında küçə ticarəti ilə məşğul olduğu əraziyə tökdüyü meyvə-tərəvəzləri yığışdırmamış, inzibati hüquq pozuntusunu davam etdirdi. Onlar onunla profilaktiki söhbətlər aparan zaman uca səslə danışıb “heç nəyi yığışdırmıram, nə istəyirsiz edin” demiş, bu hərəkətləri ilə nümayişkaranə şəkildə hörmətsizlik edib qanuni tələblərə tabe olmamışdır. Onlar onu təkrar olaraq nizam-intizama dəvət etsələr də “mən bu cür orqan və qanun tanımıram” sözlərini deyərək hərəkətlərini davam etdirmişdir. Şəxs sakitləşməyəcəyini görüb müvafiq qaqydada tədbir görülməsi üçün Növbətçi Hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid X4 şahid X5 izahatına uyğun eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vəsatəti əsasında şahid qismində dindirilmiş X2, X6 və X1 izahatlarına məhkəmə tənqidi yanaşır və qeyd etməyi zəruri hesab edir ki, həmin şahidlərin verdikləri izahatları ziddiyyətli olduğundan və inandırıcı olmadığından izahatları sübut növü kimi qiymətləndirilməməlidir. Məhkəmə iclasında müdafiəçi Vəkil inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməlində inzibati xəta tərkibi olmadığından barəsində işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə, prosess iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanılmış sənədləri nəzərdən keçirib, hesab edir ki, Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinə əsasən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə hesab edir ki, 21 iyul 2023-cü il tarixdən 23 iyul 2023-cü il tarixədək hazırki iş üzrə inzibati qaydada tutma müddəti nəzərə alınmaqla, Şəxs tətbiq edilən cərimənin həddi təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimənin yuxarı həddinin dörddə üçündən çox olmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, barəsində İXM-nin 31.4-1-ci maddəsi tədbiq edilməklə 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbəblə Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar