Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-347/2025 21.07.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, X5 Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, zərərçəmiş şəxs Zərərçəkmiş şəxs1un nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1983-cü ildə Qəbələ rayonu, Hacallı kəndində anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ rayonu, Hacıalılı kəndində qeydiyyatda Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallara açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2025-ci il tarixli MN 2326652) tərtib olunmuşdur ki, o, xx.xx.2021-ci il tarixli ********* saylı Nisyə satış müqaviləsi üzrə 696.4 manat əsas borc, 104.4 manat cərimə borcu; xx.xx.2021-ci il tarixli ********* saylı Nisyə satış müqaviləsi üzrə 518 manat əsas borc və 77 manat cərimə borcu olmaqla cəmi 1395.8 manat borc və 34 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(025)-2049/2021 saylı icra sənədi üzrə tələbi icra məmuru tərəfindən müəyyən edilmiş müddətdə üzürsüz səbəbdən icra etməyərək 1299.80 manat; 1199 manat borc və 31.99 manat dövlət rüsumu, cəmi 1230.99 (bir min iki yüz otuz manat doxsan doqquz qəpik) manat iddiaçı "xxxx" MMC-nin xeyrinə ödəməsi barədə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-748/2023 saylı icra sənədi üzrə tələbi icra məmuru tərəfindən müəyyən edilmiş müddətdə üzürsüz səbəbdən icra etməyərək 1230,0 manat; 559.22 manat məbləğində pul vəsaiti və 25 manat dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxs3 ASC-nin xeyrinə ödəməsi barədə Qəbələ Rayon Regional Asan Xidmət Mərkəzinin xx.xx.2022-ci il tarixli, 8İ-3576 saylı icra sənədi üzrə tələbi icra məmuru tərəfindən müəyyən edilmiş müddətdə üzürsüz səbəbdən icra etməyərək 584,0 manat borclu qalmışdır. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs Şəxs özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, xx.xx.2021-ci il tarixli ********* saylı Nisyə satış müqaviləsi üzrə 696.4 manat əsas borc, 104.4 manat cərimə borcu; xx.xx.2021-ci il tarixli ********* saylı Nisyə satış müqaviləsi üzrə 518 manat əsas borc və 77 manat cərimə borcu olmaqla cəmi 1395.8 manat borc və 34 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(025)-2049/2021 saylı icra sənədi üzrə tələbi icra məmuru tərəfindən müəyyən edilmiş müddətdə icra etməyərək 1299.80 manat; 1199 manat borc və 31.99 manat dövlət rüsumu, cəmi 1230.99 (bir min iki yüz otuz manat doxsan doqquz qəpik) manat iddiaçı "xxxx" MMC-nin xeyrinə ödəməsi barədə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-748/2023 saylı icra sənədi üzrə tələbi icra məmuru tərəfindən müəyyən edilmiş müddətdə icra etməyərək 1230,0 manat; 559.22 manat məbləğində pul vəsaiti və 25 manat dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxs3 ASC-nin xeyrinə ödəməsi barədə Qəbələ Rayon Regional Asan Xidmət Mərkəzinin xx.xx.2022-ci il tarixli, 8İ-3576 saylı icra sənədi üzrə tələbi icra məmuru tərəfindən müəyyən edilmiş müddətdə icra etməyərək 584,0 manat ödəməməsi üzürsüz səbəbdən olmamışdır. Belə ki, o, həmin icra sənədləri üzrə hissə-hissə natamam ödənişlər etmiş, lakin xəstələnməsi səbəbindən müəyyən müddət ərzində işləyə bilmədiyi üçün tələbi tam şəkildə ödəyə bilməmişdir. Hazırda Ağdərə rayonu ərazisində aparılan təmir bərpa işlərində fəhlə kimi işə başlamışdır və imkan daxilində borcunu tam şəkildə ödəmək niyyətindədir. Ona görə də, qalıq borcunun hissə-hissə ödənilməsinə möhlət verilməsini xahiş edir. Zərərçəkmiş şəxs1un nümayəndəsi X1 göstərmişdir ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-748/2023 saylı icra sənədi üzrə cəmiyyətin xeyrinə 1230 manat ödənilməsi borclu Şəxs tərəfindən indiyədək təmin edilməmişdir. Ondan tələbin tam şəkildə birdəfəlik ödəməsi tələb olunur. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(025)-2049/2021 nömrəli icra vərəqəsinə əsasən xx.xx.2021-ci il tarixli ********* saylı Nisyə satış müqaviləsi üzrə 696.4 manat əsas borc, 104.4 manat cərimə borcu; xx.xx.2021-ci il tarixli ********* saylı Nisyə satış müqaviləsi üzrə 518 manat əsas borc və 77 manat cərimə borcu olmaqla cəmi 1395.8 manat borc və 34 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Qəbələ Rayon İcra Qrupunun xx.xx.2022-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarının surətinə əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(025)-2049/2021 nömrəli icra sənədi üzrə icraat başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi təklif edilmişdir. İşdə olan AR-nın ƏN Qəbələ Rayon İcra Qrupu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli e45246/2022-11-6-004 nömrəli bildirişin surətinə əsasən borclu Şəxs Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(025)-2049/2021 nömrəli icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi tələb olunmuşdur. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-748/2023 nömrəli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 1199 manat borc və 31.99 manat dövlət rüsumu, cəmi 1230.99 (bir min iki yüz otuz manat doxsan doqquz qəpik) manat iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Qəbələ Rayon İcra Qrupunun xx.xx.2025-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarının surətinə əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-748/2023 nömrəli icra sənədi üzrə icraat başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi təklif edilmişdir. İşdə olan AR-nın ƏN Qəbələ Rayon İcra Qrupu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli e164150/2023-11-6-004 nömrəli bildirişin surətinə əsasən borclu Şəxs Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-748/2023 nömrəli icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi tələb olunmuşdur. İşdə olan Qəbələ rayon İcra və probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli “borclunun axtarışı haqqında” Qərardan görünür ki, borclu Qəbələ rayonu, Hacıalılı kəndində qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. İşdə olan Qəbələ Rayon Regional Asan Xidmət Mərkəzinin xx.xx.2022-ci il tarixli, 8İ-3576 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 559.22 manat məbləğində pul vəsaiti və 25 manat dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxs3 ASC-nin xeyrinə ödənilməlidir. Qəbələ Rayon İcra Qrupunun xx.xx.2022-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarının surətinə əsasən Qəbələ Rayon Regional Asan Xidmət Mərkəzinin xx.xx.2022-ci il tarixli, 3576 nömrəli icra sənədi üzrə icraat başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi təklif edilmişdir. İşdə olan AR-nın ƏN Qəbələ Rayon İcra Qrupu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 114221/2022-11-6-004 nömrəli bildirişin surətinə əsasən borclu Şəxs Qəbələ Rayon Regional Asan Xidmət Mərkəzinin xx.xx.2022-ci il tarixli, 3576 nömrəli icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi tələb olunmuşdur. İşdə olan AR ƏN Qəbələ Rİ və Probasiya şöbəsi tərəfindən verilmiş arayışa əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-748/2023 saylı icra sənədi üzrə borclu Şəxs 1230 manat; xx.xx.2021-ci il tarixli, 2(025)-2049/2021 saylı icra sənədi üzrə 1299.80 manat və xx.xx.2022-ci il tarixli, 8İ-3576 saylı icra sənədi üzrə isə 584 manat borcu var. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baş vermiş inzibati xətanın xarakterini nəzərə alıb Şəxs barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 21 iyul 2025-ci il tarixdən saat 17:15-dən hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(025)-347/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-347/2025
21.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver