Məhkəmə qərarları › İş №3(025)-348/2024

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(025)-348/2024

15.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(025)-348/2024 15.07.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi X1 Rəşad Abbasqulu oğlu barəsində AR İXM-nin 510 və 206-cı maddələri ilə olan 3(025)-348/2024 və 3(025)-347/2024 nömrəli inzibati xəta haqqında iş üzrə icraatın materiallarına baxaraq M Ü Ə Y Y Ə N ETDİ: Şəxs barəsində AR İXM-nin 510-cu maddəsi ilə ondan ötrü inzibati xəta haqqnda iş üzrə icraat başlanmışdır kı, (xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə) o, xx.xx.2024-cü il tarixdə saat 11-30 radələrində X3 avtomobil yolunun Qəbələ şəhəri ərazisindən keçən 64-cü km-də saxlanılan “Niva” markalı ** SL *** dövlət nömrə nişanlı avtomobilin sərnişin yerindən düşərək AR DİN BDYPİ YPXA əməkdaşları ilə sürücü X6 arasında gedən danışıqlara müdaxilə etmiş, polis əməkdaşlarının hərəkətlərinə etiraz bildirmiş, onlara qarşı kobud rəftar nümayiş etdirib nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Şəxs barəsində AR İXM-nin 206-cı maddəsi ilə ondan ötrü inzibati xəta haqqnda iş üzrə icraat başlanmışdır kı, (xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə) o, xx.xx.2024-cü il tarixdə saat 11-30 radələrində X2 idarə etdiyi “Niva” markalı ** SL *** dövlət nömrə nişanlı avtomobillə X3 avtomobil yolunun Qəbələ şəhəri ərazisindən keçən 64-cü km-də hərəkətdə olmuş, avtomobil AR DİN BDYPİ YPXA əməkdaşları tərəfindən saxlanılarkən kobud rəftar nümayiş etdirib nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduğu üçün müvafiq qaydada yoxlanılarkən narkotik vasitə olan marixuanadan istifadə etdiyi aşkar edilmişdir. AR İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə hesab edir ki, Şəxs barəsində AR İXM-nin 510-cu maddəsi ilə olan 3(025)-348/2024 və AR İXM-nin 206-cı maddəsi ilə olan 3(025)-347/2024 nömrəli inzibati xəta haqqında iş üzrə icraatın materialları bir icraatda birləşdirilərək baxılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq Q Ə R A R V E R D İ: Şəxs barəsində AR İXM-nin 510-cu maddəsi ilə olan 3(025)-348/2024 nömrəli inzibati xəta haqqında iş üzrə icraatın materialları barəsində İXM-nin 206-cı maddəsi ilə olan 3(025)-347/2024 nömrəli inzibati xəta haqqında iş üzrə icraatın materialları ilə bir icraatda birləşdirilsin. İşə baxılması üçün məhkəmə iclası 15 iyul 2024-cü il tarixdə, saat 18:15-ə Qəbələ Rayon Məhkəməsinin binasına təyin edilsin. Qəbələ Rayon Məhkəməsinin hakimi: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar