Məhkəmə qərarları › İş №3(025)-349/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-349/2024

15.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-349/2024 15.07.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1987-ci ildə İmişli rayonunda anadan olmuş, AR vətəndaşı, evli, Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206 və 510-cu maddələri ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 510-cu maddəsi ilə ondan ötrü inzibati xəta haqqnda iş üzrə icraat başlanmışdır kı, (xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə) o, xx.xx.2024-cü il tarixdə saat 11-30 radələrində X10 avtomobil yolunun Qəbələ şəhəri ərazisindən keçən 64-cü km-də saxlanılan “Niva” markalı ** SL *** dövlət nömrə nişanlı avtomobilin sərnişin yerindən düşərək AR DİN BDYPİ YPXA əməkdaşları ilə sürücü X12 arasında gedən danışıqlara müdaxilə etmiş, polis əməkdaşlarının hərəkətlərinə etiraz bildirmiş, onlara qarşı kobud rəftar nümayiş etdirib nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Şəxs barəsində AR İXM-nin 206-cı maddəsi ilə ondan ötrü inzibati xəta haqqnda iş üzrə icraat başlanmışdır kı, (xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə) o, xx.xx.2024-cü il tarixdə saat 11-30 radələrində X6 idarə etdiyi “Niva” markalı ** SL *** dövlət nömrə nişanlı avtomobillə X10 avtomobil yolunun Qəbələ şəhəri ərazisindən keçən 64-cü km-də hərəkətdə olmuş, avtomobil AR DİN BDYPİ YPXA əməkdaşları tərəfindən saxlanılarkən kobud rəftar nümayiş etdirib nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduğu üçün müvafiq qaydada yoxlanılarkən narkotik vasitə olan marixuanadan istifadə etdiyi aşkar edilmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, o,ailə üzvləri ilə birlikdə Bakı şəhərində yaşayır və himayəsində üç nəfər azyaşlı uşağı vardır. X4 və X12 ilə birlikdə sifariş əsasında tikinti işlərini yerinə yetirmək məqsədilə xx.xx.2024-cü il tarixdə Qəbələ rayonu ərazisində gəlmiş və saat 11-30 radələrində X6 idarə etdiyi “Niva” markalı ** SL *** dövlət nömrə nişanlı avtomobillə X10 avtomobil yolunun Qəbələ şəhəri ərazisindən keçən 64-cü kmdə hərəkətdə olarkən dövlət yol polisi əməkdaşları tərəfindən saxlanılmışlar. Sürücünün sənədləri üzərində olmasa da, elektron portal vasitəsilə yoxlanılaraq qaydasında olduğu müəyyən edilmişdir. Bundan sonra şüşələrinə pərdə örtük vurulduğuna və nömrə nişanında olan defislər pozulduğuna görə avtomobilin şöbəyə aparılması tələb olunduğu üçün onlarla polis əməkdaşları arasında mübahisə olmuşdur. Avtomobilin şüşələrinə pərdə örtük vurulduğuna və nömrə nişanında olan defislər pozulduğuna görə on gün qabaq eyni polis əməkdaşları tərəfindən saxlanılarkən o, söyüş söyərək avtomobili sürüb getdiyinə görə onlarla kobud rəftar edildiyi üçün öz etirazlarını bildirmiş, lakin həmin vaxt heç biri tərəfindən nalayiq ifadələr işlədilməmiş və kobud rəftar nümayiş edilməmişdir. Bundan on gün qabaq X4 və X12 ilə birgə cəmi bir papiros tutumu miqdarında narkotik vasitə olan marixuanadan istifadə etsələr də, həmin vaxt narkotik vasitənin təsiri altında olmamışlar. İş üzrə şahid Ağayev İsrafil Vəkil oğlu oğlu izahatında göstərmişdir ki, AR DİN BDYPİ YPXA İV tağım YPX inspektoru vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə saat 11-30 radələrində o, X8 və X7 ilə birlikdə X10 avtomobil yolunun Qəbələ şəhəri ərazisindən keçən 64-cü km-də xidmətdə olarkən X6 idarə etdiyi “Niva” markalı ** SL *** dövlət nömrə nişanlı avtomobil arxa şüşələrinə qara rəngli standartlara uyğun olmayan pərdə örtük vurulduğuna və nömrə nişanında olan defislər pozulduğuna görə saxlanılmışdır. Sürücünün sənədləri üzərində olmasa da, elektron portal vasitəsilə yoxlanılaraq qaydasında olduğu müəyyən edilmiş, aşkar edilən pozuntular barədə bildirilərkən aqressivləşməsi və kobud rəftarı şübhə doğurduğundan narkotik vsitənin təsiri altında olub olmadığının müəyyən edilməsindən ötrü o, Qəbələ RPŞ-ə dəvət olunmuşdur. X3 etiraz bildirərək polis əməkdaşları ilə mübahisə etmiş, Şəxs və X4 isə avtomobildən düşərək polis əməkdaşları ilə sürücü arasında gedən danışıqlara müdaxilə etmiş, polis əməkdaşlarına qarşı kobudluq etmiş və nalayiq ifadələr işlətmişlər. Bu barədə Qəbələ RPŞ-ə məlumat verildikdən sonra hadisə yerinə əməliyyat istintaq qrupu gəlmiş və həmin gəxslər inzibati qaydada tutularaq şöbəyə gətirilmişlər. xx.xx.2024-cü il tarixdə Şəxs, X4 və X2 şəhəri Narkoloji Dispanserində narkoloji-tibbi yoxlamadan keçirilmiş və hər birində narkomaniya xəstəliyi aşkar edilmişdir. İş üzrə şahidlər, AR DİN BDYPİ YPXA İV tağım YPX inspektoruları X8 və X1 İsrafil Vəkil oğlu izahatında göstərilən xüsusatları eyni ilə təsdiq etmişdir. İşdə olan xx.xx.2024-cü tarixli 022641 nömrəli inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs həmin tarixdə AR İXM-nin 510-cu maddəsi ilə inzibati qaydada tutulmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli 2505/2024 saylı Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə Protokoluna əsasən tibbi müayinə nəticəsində Şəxs sidiyində THC (marixuana) aşkar edilmişdir. İşdə olan Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1202 saylı Rəyə əsasən keçirilmiş ambulator məcburi narkoloji-tibbi yoxlama nəticəsində Şəxs (sidiyin narkotik vasitələrin birmomentli immunoxromotoqrofiq test-xətt üsulu ilə müayinəsi zamanı) THC aşkar edilmişdir. Şəxs narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati mnəsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədquiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs AR İXM-nin 206 və 510-cu maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Ona görə də,o, İXM-nin müvafiq maddələri təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətdiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 112, 115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 206 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 14 iyul 2024-cü il tarixdən, saat 11-30-dan hesablansın. Şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Qərarın aid edilən hissədə icrası Qəbələ rayon polis şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar