Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-349/2025 22.07.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Qəbələ RPŞ DYPB YPX baş inspektoru polis baş leytenantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.2006-cı ildə anadan olmuş, AR vətəndaşı, subay, Qəbələ rayonu, Zarağan kəndi Yeni yaşayış massivində yaşayan Şəxs barəsində AR İXM-nin 327.1, 332.1, 332.4 və 339.1-1-ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində ondan ötrü inzibati xəta haqqında protokol (İXP 7285591; AR İXM-nin 327.1, 332.1, 332.4 və 339.1-1-ci maddələrlə) tərtib edilmişdir ki, o, texniki baxışdan keçməmiş “VAZ 21074 MİNİK” markalı **-DX-*** dövlət nömrə nişanlı avtomaşını etibarnamə və idarə etmək hüququ olmadan idarə edərək xx.xx.2025-ci il tarixdə, saat 10:27 radələrində Qəbələ şəhəri, Zərifə Əliyeva küçəsində hərəkətdə olarkən yolun əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozmuş, nəticədə avtomobil idatəetməni itirərək yoldan çıxmış və yolun kənarında dayanmış “X3” Markalı **-MJ-*** dövlət nömrə nişanlı avtomobilin arxasına dəyib dayanmışdır. Şəxs göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ rayonu Zarağan kəndində yerləşən Yeni yaşayış massivində yaşayır və heç yerdə işləmir. xx.xx.2025-ci il tarixdə, saat 08:50 radələrində atası Nurəddin Xanlarova məxsus olan “VAZ 2107 Minik” markalı **-DX-*** dövlət nömrə nişanlı avtomaşını idarə edərək Qəbələ şəhəri Zərifə Əliyeva küçəsində hərəkətdə olmuş və yolun döngə hissəsini keçərkən sürətin yüksək olması səbəbindən idatəetməni itirərək yoldan çıxıb yolun kənarında dayanmış “X3” Markalı **-MJ-*** dövlət nömrə nişanlı avtomobilin arxasına dəyib dayanmışdır. Onun nəqliyyat vasitələrini idarə etmək üçün etibarnaməsi və sürücülük vəsiqəsi olmamış, yol nəqliyyat hadisi törətdiyinə görə peşman olmuşdur. Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 08:50 radələrində ona məxsus olan “X3” markalı **-MJ-*** dövlət nömrə nişanlı avtomobil Qəbələ Şəhəri, Zərifə Əliyeva küçəsində yaloun sağında dayanmış vəziyyətdə olmuş və həmin küçədə hərəkət edən “Vaz 2107 Minik” markalı **-DX-*** dövlət nömrə nişanlı avtomaşınla arxa tərəfdən vuraraq zədələnmişdir. Baş vermiş YNH nəticəsində ona məxsus olan “X3” markalı **-MJ-*** dövlət nömrə nişanlı avtomobilin zədələnməsi nəticəsində dəymiş maddi zərər 250,0 manat olmuş və onlar öz aralarında razılaşmışdılar. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə inzibati məsuliyyət nəzərdə tutmuşdur. Həmin Məcəllənin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1, 332.1, 332.4 və 339.1-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətmişdir. Ona görə də, o, həmin maddələr ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Əməlindən səmimi peşmançılıq çəkməsi Şəxs məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən halı nəzərə alınaraq barəsində İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətdiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 112, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1, 332.1, 332.4 və 339.1-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı (İXP 7285591) törətməkdə təqsirli bilinib 500,0 (beş yüz) manat cərimə edilsin. Qərarın icrası Qəbələ rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(025)-349/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-349/2025
22.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver