Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-350/2021 06.08.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə 1979-cu il oktyabrın 15-də Qəbələ rayonu Vəndam qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Qəbələ rayonu Vəndam qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 22 iyul 2021-ci il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytnantı X4 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və onlara əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, 06.06.2021-ci il tarixdə təxminən saat 21:00 radələrində Qəbələ rayonu Vəndam qəsəbəsində həmkəndlisi Zərərçəkmiş şəxs məxsus “Opel Zafira” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin alın şüşəsini qəsdən sındırmış və sonuncuya 214 manat maddi ziyan vurmuşdur. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, 22 iyul 2021-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X3 göstərdi ki, 06.06.2021-ci il tarixdə təxminən saat 21:00 radələrində Qəbələ rayonu Vəndam qəsəbəsində həmkəndlisi Zərərçəkmiş şəxs məxsus “Opel Zafira” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin alın şüşəsini qəsdən sındırmış və sonuncuya 214 manat maddi ziyan vurmuşdur. Həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1.-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün şöbənin ictimai təhlükəsizlik bölməsinə həvalə edilmişdir. Beləliklə, Şəxs barəsində Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytnantı X4 tərəfindən Azərbaycan Respublikası İXM-nin 232-1.-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, 06.06.2021-ci il tarixdə axşam saatlarında kəndlərindəki kafelərin birində yeyib içərək evinə gəlmiş, evə gəlməmişdən əvvəl Dağlar adlı şəxs ilə yolda sözlü mübahisəsi yaranmışdır. Bir-birini nalayiq ifadələr ilə təhqir etmişlər. Dava dalaş olmadan evə gəlmişdir. Təxminən saat 20 radələrindən sonra Dağlar adlı şəxs ona zəng edərək qapının qarşısına çıx demiş, çıxan zaman qonşuluğunda yaşayan əmisi X2 ilə Dağların qapının yanında mübahisə etdiklərini görmüşdür. Arxası ilə anası Yengə də gəlmişdir. Onlar arasında mübahisə yaranmışdır. Dağlar onun qapısının qarşısından getmədiyi üçün əli ilə onun avtomobilin ön alın şüşəsinə vurmuş və onun avtomobilinin şüşəsi sınmışdır. Dağların avtomobilinin şüşəsin alıb verməyə hazırdır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 06.06.2021-ci il tarixdə axşam saatlarında Asim ilə yolda sözlü mübahisəsi olmuşdur. Evə gəldikdən sonra Asim ona zəng edərək həyətlərinin qarşısında söhbət etməyə çağırmışdır. Saat 21 radələrindən sonra Asimin həyətinin qarşısına özünə məxsus Opel markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobillə getmiş, ona zəng edərək həyətinin qarşısına çıxmağını bildirmiş, o, həyətə gəl demiş, lakin getməmişdir. Asim onun avtomobilinin yanına gəlmiş, maşından düşmüş, o nalayiq ifadələr işlədərək üzərinə gəlmiş, ona məni niyə bura niyə çağırmısan demiş, Asim bu zaman ona yumruq atmış, lakin dəyməmiş, boynundan tutaraq yerə yıxmışdır. Mübahisə zamanı Asim onun avtomobilinin qabaq sol hissəsini təpikləyərək əlindəki daş ilə qabaq ön şüşəsinə bir neçə dəfə zərbə endirib sındırmışdır. Daha sonra o öz həyətlərinə getmiş, onun həyətinin qapısını açıb gəl maşının şüşəsini düzəltdir demiş, bu zamanı Asim ona nalayiq ifadələr işlədərək ona tərəf şüşə butulka atmış, lakin butulka əncir ağacına dəyərək həyətə düşmüşdür. Avtomobilinin ön şüşəsinin sınması nəticəsində ona təxminən 300-350 manat ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmədən ona dəymiş ziyanın ödənilməsini və ədalətli qərar qəbul edilməsini xahiş edir. İşdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 25 iyun 2021-ci il tarixli qərarın surətindən görünür ki, baş vermiş hadisə ilə bağlı HK-1/591, 592, 603 saylı material üzrə cinayət işinin başlanması rədd edilərək Şəxs və Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə, Şəxs barəsində AR İXM-in 232-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi, məqsədilə qərarın surəti İTB-yə verilmişdir. İşdə olan 15.06.2021-ci il tarixli “Ziyan aktı”nın surətindən görünür ki, “Opel Zafıra” markalı **-BK-*** dövlət nömrə nişanlı minik avtomobilinə dəymiş ziyanın məbləği 214 manatdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinin tələbinə görə, Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğində cərimə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli – 214 manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-350/2021
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-350/2021
06.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver