Məhkəmə qərarları › İş №3(025)-352/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-352/2024

31.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-352/2024 31.07.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, Şəxs MMC-nin nümayəndəsi X1 və AR ƏƏSMN DƏMX Şəki-Zaqatala regional şöbəsinin nümayəndəsi X3 iştirakı ilə, Şəxs MMC (VÖEN:**********) barəsində AR İXM-nin 192.1-ci maddəsi ilə olan “inzibati xəta haqqında” protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC (VÖEN:**********) barəsində AR İXM-nin 192.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında iş üzrə icraat (xx.xx.2024-cü il tarixli MN ******* nömrəli “inzibati xəta haqqında” protokol) başlanmışdır ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi almış şəxsləri (X4, X8, X16, X13, X5, X14, X6, X9 və X10) xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi bağlamadan (hüquqi qüvvəyə minmədən) işlərin yerinə yetirilməsinə cəlb etmişdir. AR ƏƏSMN DƏMX Şəki-Zaqatala regional şöbəsinin nümayəndəsi X11 izahatında göstərmişdir ki, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən təqdim olunmuş məlumatlara əsasən Şəxs MMC tərəfindən işğaldan azad edilmiş ərazilərə iş icazəsi almış şəxslərin (X4, X8, X16, X13, X5, X14, X6, X9 və X7) adına AR ƏƏSMN-nin “Əmək və məşğulluq” altsistemində qüvvədə ola əmək müqaviləsi aşkar edilməmişdir. Ona görə də, Şəxs MMC barəsində AR İXM-nin 192.1-ci addəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli “inzibati xəta haqqında” protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Şəxs MMC-nin nümayəndəsi X2 göstərmişdir ki, cəmiyyətlə başlanan əmək müqaviləsinə X4 ilə xx.xx.2024-cü il tarixdə, X8 ilə xx.xx.2024-cü il tarixdə, X16 ilə xx.xx.2024-cü il tarixdə, X13 ilə xx.xx.2024-cü il tarixdə, X5 ilə xx.xx.2024-cü il tarixdə, X14 ilə xx.xx.2024-cü il tarixdə, X6 ilə xx.xx.2024-cü il tarixdə, X9 ilə xx.xx.2024-cü il tarixdə və X15 ilə xx.xx.2024-cü il tarixdə xitam verilmiş, bu barədə "xxxx" MMC-yə məlumat verilmiş və “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sisteminə daxil edilmişdir. Əmək müqaviləsinə xitam verildikdən sonra adı qeyd olunan şəxslərin cəmiyyət tərəfindən işğaldan azad edilmiş ərazilərdə aparlan işlərə cəlb edilməsi halları olmamışdır. İşğaldan azad edilmiş ərazilərə iş icazəsi olan şəxslər barədə müvafiq qeydlərin elektron informasiya sisteminə daxil edilməsi cəmiyyətin deyil, AR DİN-nin səlahiyyətinə aid olan məsələdir. Ona görə də, Şəxs MMC barəsində AR İXM-nin 192.1-ci addəsi ilə ondan ötrü inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İşdə olan Elektron informasiya sisteminin məlumatına əsasən “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemində X4, X8, X16, X13, X5, X14, X6, X9 və X15 xx.xx.2024-cü il tarixdə Şəxs MMC tərəfindən işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış şəxslərin siyahısında olmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli 4H9LK9T0005X0 nömrəli “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nin surətinə əsasən X15 ilə Şəxs MMC arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli 6K7R41D0002X0 nömrəli “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nin surətinə əsasən X9 ilə Şəxs MMC arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli 4KGJFTS0003XO nömrəli “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nin surətinə əsasən X6 ilə Şəxs MMC arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli 4EKWUAMX nömrəli “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nin surətinə əsasən X14 ilə Şəxs MMC arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli 3LBJT450001X nömrəli “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nin surətinə əsasən X5 ilə Şəxs MMC arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli 5M4CH0D0004X nömrəli “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nin surətinə əsasən X13 ilə Şəxs MMC arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli 4ZC727C0002X0 nömrəli “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nin surətinə əsasən X16 ilə Şəxs MMC arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli 4VWF0ZU0004X0 nömrəli “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nin surətinə əsasən X8 ilə Şəxs MMC arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli 3FA4YMW0002X0 nömrəli “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nin surətinə əsasən X4 ilə Şəxs MMC arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. AR Əmək Məcəlləsinin 7-ci madəsinin 2-ci hissəsinə əsasən....., əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən....., əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, Şəxs MMC ilə başlanan əmək müqaviləsinə X4 ilə xx.xx.2024-cü il tarixdə, X8 ilə xx.xx.2024-cü il tarixdə, X16 ilə xx.xx.2024-cü il tarixdə, X13 ilə xx.xx.2024-cü il tarixdə, X5 ilə xx.xx.2024-cü il tarixdə, X14 ilə xx.xx.2024-cü il tarixdə, X6 ilə xx.xx.2024-cü il tarixdə, X9 ilə xx.xx.2024-cü il tarixdə və X15 ilə xx.xx.2024-cü il tarixdə xitam verilmiş və “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sisteminə daxil edilmişdir. AR İXM-nin 18.2-ci maddəsinə əsasən hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs tərəfindən hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilən inzibati xətalara görə hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilir. Həmin Məcəllənin 18.7-ci maddəsinə əsasən bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsaslar olmadıqda, səlahiyyətli orqanlar ( vəzifəli şəxslər) inzibati xəta haqqında iş üzrə qərar qəbul edir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən əmək müqaviləsinə xitam verildikdən sonra X4, X8, X16, X13, X5, X14, X6, X9 və X7 işğaldan azad edilmiş ərazilərə keçməsi və Şəxs MMC tərəfindən hər hansı işlərin görülməsinə cəlb edilməsi, o cümlədən MMC-ni təmsil etmək səlahiyyətinə malik olan hər hansı vəzifəli şəxsinin bu məqsədlə cəmiyyətin xeyrinə və ya onun maraqlarının qorunmasına yönəlmiş inzibati xəta tərkibli hərəkətləri (İXM-nin 18.2-ci maddəsində nəzərdə tutulan əsaslar) müəyyən edilməmişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53 .0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin AR İXM-nin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs MMC ilə əmək müqaviləsinə xitam verilmiş və “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” elektron informasiya sisteminə daxil edilmiş şəxslərin adlarının işğaldan azad edilmiş ərazilərə iş icazəsi olan şəxslərin siyahısında qalması və qeyd olunan ərazilərə keçmələri belə onların cəmiiyyət tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi kimi qəbul edilə bilməz. Səlahiyyətli orqan Şəxs MMC tərəfindən əmək müqaviləsinə xitam verilmiş işçilərin işğaldan azad edilmiş ərazilərdə işlərin yerinə yetirilməsinə cəlb edilməsinə dair mötəbər sübutlar əldə edərək İXM-nin müvafiq madəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində cəmiyyəti təmsil etmək səlahiyyətinə malik olan konkret vəzifəli şəxslərin iştirakını müəyyən etmədiyi halda cəmiyyətin barəsində AR İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlamaqda haqlı olmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs MMC (VÖEN:**********) barəsində AR İXM-nin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş (xx.xx.2024-cü il tarixli MN ******* nömrəli “inzibati xəta haqqında” protokol) üzrə icraata xitam verilsin. Qərardan 10 (оn) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə AR Şəki Apellyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar