Məhkəmə qərarları › İş №3(025)-353/2022

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-353/2022

17.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-353/2022 17.08.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi, polis baş leytenantı X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1981-ci ildə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olmuş, Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə 14:45 radələrində Qəbələ rayonu, Vəndam qəsəbəsində səs-küy salmış, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı X2 Qəhrəman Ağa oğlunun Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi, polis baş leytenantı X10 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə 14:45 radələrində Qəbələ rayonu, Vəndam qəsəbəsində səs-küy salmış, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən Şəxsf oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə yaşadığı evdə spirtli içki içmişdir. Həmin vaxt internet olmadığı üçün Vəndam qəsəbənin mərkəzinə çıxmışdır. Sonra oradan polis məntəqəsinə getmiş, onlardan internetin açılmasını istəmişdir. O polis məntəqəyə gedin orada olan polis əməkdaşına “dur get internetimi açdır” demişdir. O həmin vaxt polis işçilərinə qarşı nalayıq ifadələr işlətmişdir. Sonra PPX-nin əməkdaşları ona yaxınlaşaraq onu polis şöbəsinə gətirildi. Məhkəmə iclasında şahid X4 izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə 14:45 radələrində Qəbələ Vəndam qəsəbəsində yerləşən polis sahə rəisləri üçün nəzərdə tutulmuş polis məntəqəsində xidməti işi ilə məşğul olarkən adı ona sonradan məlum olan Şəxsf oğlu otağa daxil olub heç bir səbəb göstərmədən uca səslə “tez dur get mənim internetimi düzəlt” deyərək qışqırmağa başladı və ünvanlı-ünvansız nalayiq söyüşlər söyməyə başladı. O həmin şəxsi sakitləşdirməyə çalışıb onun aqressiv olma səbəbini öyrənmək istəmiş həmin vaxt vətəndaşın qeyri ixtiyari hərəkətlər etdiyini müşahidə etmiş və yaxın məsafədən nəfəsindən sprtli içki qoxusu gəldiyini hiss etdmişdir. Şəxs səsini eşidən polis sahə nəfəri polis baş serjantı X6 xidməti otağına gəldi onun köməkliyi ilə onlar Şəxsf oğlu otadan çölə çıxartmağa çalışıb sakitləşdirmək istəmişlər, lakin Qəhrəman adlı şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayıb sakitləşmək itəməmiş və hərəkətləri ilə kənardakı şəxslərin diqqətini özünə cəlb edir və nümayişkaranə hərəkətlər edirdi. Şəxs sakitləşməyəcəyini görüb Vəndam qəsəbəsində xidmətdə olan, PPXB-nin polis nəfəri polis serjantı Rəsulzadə Soltan oğlunu və PPXB-nin polis nəfəri polis serjantı X3 məqsədilə çağırmış və onların köməkliyi ilə Şəxs barəsində qanuni tədbir görülməsi üçün Qəbələ RPŞ-yə gətirmişlər. Məhkəmə iclasında şahid X11 şahid X1 izahatına uyğun eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsf oğluna daha yüngül tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, prosess iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanılmış sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə qanunun bu normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxsf oğlu barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-1377-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 16 avqust 2022-ci il tarixdən saat 18:25-dən hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar