Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-355/2020 27.08.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, şikayət vermiş şəxs X2, qərarı barəsində şikayət verilmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X4 iştirakları ilə Şikayətçi X2 Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X4 inzibati xəta haqqında iş üzrə MN ******* nömrəli, xx xxxx 2020-ci il tarixli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şikayətçi X1 RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X4 inzibati xəta haqqında iş üzrə MN0552739 nömrəli, xx xxxx 2020-ci il tarixli qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X4 MN0661175 nömrəli, xx xxxx 2020-ci il tarixli protokolu əsasında xx xxxx 2020-ci il tarixində barəsində ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib edərək ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən 200 (iki yüz) manat məbləğində cərimə yazılmışdır. Barəsində yazılan həmin qərar tam əsassız və qərəzli olaraq tərtib edildiyi üçün qərardan qanunla müəyyən olunmuş qaydada şikayət verir. xx.xx.2020-ci il tarixində Qəbələ şəhərində “Can Bala” tədris mərkəzinə çağırış əsasında (dəvət) iş görüşməsi üçün getmişdir. Həmin mərkəzə getməkdə məqsədi iş barədə maraqlanmaq və iş sorğusunu (cv) doldurmaq olmuşdur. Tədris mərkəzinə daxil olduğundan 5-10 dəqiqə sonra polis əməkdaşları əllərində telefon mərkəzə daxil olmuş və video çəkiliş aparmağa başlamışlar. Həmin anda o kursda menecer vəzifəsini icra edən Cəmilə xanım adlı şəxslə girişdə olan müəllimlər əyləşərək iş barədə söhbət aparmışdır. Bu zaman masqa taxmaqla aralarında sosial məsafə saxlamışlar. Bir sözlə yayılmış koronavirusa (pandemiyaya) görə tələb olunan bütün qaydalara riayət etmişdir. Polisi görən Cəmilə xanım ona digər otağa keçməyi təklif etmişdir. O isə otaqlarda dərs aparıldığı üçün dəhlizdə durmağa məcbur olmuşdur. Polisin onun kim olduğuna dair suallara Cəmilə xanım cavab verərək polis işçilərinə işlə maraqlanmağa gəldiyini bildirmişdir. Bir müddət sonra başqa bir neçə polis işçisi, icra nümayəndəsi və kursun rəhbəri Xeyrəddin müəllim içəri daxil olmuşlar. Bunu görəndə başqa otağa keçməyə məcbur olmuşdur. Həmin otaqdan valideynlərinə zəng edərək baş verənlər barədə məlumat vermək istəmişdir. Lakin polis işçisi ona yaxınlaşaraq, üstünə qışqıraraq telefonu əlindən almış, onu təhqir etmiş və sonra da əsassız olaraq polis şöbəsinə gətirmişlər. Şöbədə isə təzyiq və təsir edərək istədikləri kimi izahat yazdırmışlar. Baş verənlər barədə yanında olmuş şəxslərdə şahid ola bilər. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X5 şikayətə uyğun izahat verərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Eyni zamanda göstərdi ki, 24 avqustda iş formunun doldurmaq üçün ora getmişdir. Dərs tədris etdiyini bildirsələr də, o, dərs tədris etməmiş, sadəcə olaraq CV doldurmuşdur. Ondan əlavə 8 işçi olmuş və onlar tədris prosesisini davam etdirmişlər. Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X7 izahatında göstərdi ki, xx.xx.2020-ci il tarixdə polis əməkdaşları və icra hakimiyyətinin işçiləri ilə birgə baxış keçirilmiş və fakt öz təsdiqini tapmışdır. Onlara məlumat verilmişdir ki, operativ qərargahın icazəsi olmadan“Can Bala” tədris mərkəzində tədris keçirilmişdir. Həmin tədris mərkəzinə daxil olan zaman X3 orada olmuş və uşaqlara dərs keçmişdir. Həmçinin “Can Bala” tədris mərkəzinə daxil olan zaman çəkilmiş görüntünü məhkəməyə təqdim edərək X2 şikayətinin əsassız olduğunu, qanunsuz olaraq karantin rejimini pozduğunu və onun inzibati xəta haqqında iş üzrə MN0552739 nömrəli, 24iyul 2020-ci il tarixli qərarından verdiyi şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X7 tərəfindən qəbul olunmuş inzibati xəta haqqında iş üzrə MN0552739 nömrəli, 24iyul 2020-ci il tarixli qərardan görünür ki, X5 “Can Bala” tədris mərkəzindəkarantin rejimi qaydalarını pozmaqla əlaqədar Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 200 (iki yüz) manat miqdarında cərimə edilmişdir. Məhkəmə baxışında hadisənin görüntülərini əks etdirən DVD diskə baxış keçirilərkən X2 şikayətində və məhkəmə iclasında göstərdiyi halların, yəni CV doldurmaq üçün sözügedən kursa getməsi kimi hallar müəyyən edilməmişdir. Əksinə onun azyaşlı uşaqlara sinif otağında olması, onlara dərs deməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair xx xxxx 2020-ci il tarixli qərarına əsasən yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılır və bununla bağlı bütün tədbirlər təxirə salınması qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında xx xxxx 2020-ci il tarixli qərarına əsasən Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə bir sıra məhdudiyyətləri müəyyən olunmuşdur. Həmin qərarla İnsanların birbiri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldılması məqsədi ilə Fərdi tədris və repetitor xidmətləri (o cümlədən bu sahədə evlərdə xidmət) fəaliyyət elan olunan müddətdə qadağan edilmişdir. Qeyd edilən normanın tələbindən göründüyü kimi xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək olan müddət ərzində Fərdi tədris və repetitor xidmətləri (o cümlədən bu sahədə evlərdə xidmət) fəaliyyət qadağan olunmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, COVİD 19 ilə bağlı hazırkı vəziyyətlə əlaqədar hər bir şəxs kimi şikayətçi də tibbi-profilaktik qaydalara əməl etməli, Fərdi tədris və repetitor xidmətləri (o cümlədən bu sahədə evlərdə xidmət) fəaliyyətindən istifadə etməməli olduğu halda bunu etmişdir. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən “Azərbaycan Respublikasının ərazisində əhali arasında yoluxucu və qeyriyoluxucu kütləvi xəstəliklərin, zəhərlənmələrin yayılmasının qarşısını almağa və ləğv edilməsinə yönəldilmiş xüsusi hərəkət rejimi şərtlərinin qoyulması və ləğv edilməsi Azərbaycan Respublikası ali dövlət hakimiyyəti və idarəetmə "orqanlarının səlahiyyətinə aid edilmişdir. Həmin Qanununun 2-ci maddəsinə əsasən bütün vətəndaşlar sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə hökmən əməl etməlidirlər. Həmin Qanununun 25-ci maddəsinə əsasən dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar yoluxucu, parazitar, peşə xəstəliklərinin və kütləvi qeyri-yoluxucu xəstəliklərin, o cümlədən radiasiya amili ilə bağlı olan xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq, habelə belə xəstəliklər əmələ gəldikdə onları ləğv etmək üçün vaxtında tədbirlər görülməsini təmin etməlidirlər. Şikayətçi X5 hazırkı şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini və həmin protokola əsasən qəbul edilmiş qərarın əsassız olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir. Belə ki, X5 xx.xx.2020-ci il tarixdə “Can Bala” tədris mərkəzində dərs demədiyini, sadəcə CV doldurmaq üçün getməsi barədə nə polis əməkdaşlarına, nə də ki məhkəməyə heç bir sübut təqdim etmədiyi üçün X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır. Həmçinin məhkəmə onu da qeyd edir ki, şikayətçi X5 məhkəmə iclasında səmimi ifadə verməmiş, belə ki, onun şikayət ərizəsində göstərdiyi və məhkəmə iclasında verdiyi ifadələr məhkəmə zamanı həmin anın görüntülərini əks etdirən video materiala baxan zaman təkzib olunmuşdur. Belə ki, şikayətçi Qəbələ şəhərində “Can Bala” tədris mərkəzinə çağırış əsasında (dəvət) iş görüşməsi üçün getdiyini, həmin mərkəzə getməkdə məqsədi iş barədə maraqlanmaq və iş sorğusunu (cv) doldurmaq olduğunu, polis əməkdaşları içəri daxil olan anda o kursda menecer vəzifəsini icra edən Cəmilə xanım adlı şəxslə girişdə olan müəllimlərlə əyləşərək iş barədə söhbət apardığını bildirmişdir. Lakin video görüntüyə baxılan zaman X2 azyaşlı uşaqlara sinif otağında dərs keçməsi, otağda uşaqlarla tək olması açıq-aşkar görünmüşdür. Həmçinin məhkəmə qeyd edir ki, şikayətçi X1 rayon Polis şöbəsində verdiyi izahatın hədəqorxu ilə yazdığını qeyd etsə də, bununla bağlı sübutları təqdim etməmişdir. Bundan əlavə baş verənlər barədə yanında olmuş şəxslərində şahid ola biləcəyini göstərsə də, məhkəməyə bununla bağlı şahid təqdim etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər, belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamış, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X4 inzibati xəta haqqında iş üzrə MN0552739 nömrəli, 24iyul 2020-ci il tarixli qərarından verdiyi şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayətçi X2 Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X4 inzibati xəta haqqında iş üzrə MN ******* nömrəli, xx xxxx 2020-ci il tarixli qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-355/2020
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-355/2020
27.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver