Məhkəmə qərarları › İş №3(025)-355/2025

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-355/2025

07.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-355/2025 07.08.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi və Məmmədova Gülanə Elmdar qızının katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraat materiallarına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC barəsində ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2025-ci il tarixli İXP 7174249) tərtib edilmişdir ki, cəmiyyət ona məxsus olan “Mercedes Yük” markalı **-JU-*** dövlət qeydiyyat nişanlı avtomaşını xx.xx.2025-ci il tarixdə saat 12:09 radələrində H.Z.Tağıyev yolunun 31,2-ci km-də idarə edərək AR İXM-nin 327.2-ci maddəsinə nəzərdə tutulan inzibati xətanı törədən fiziki şəxs barədə məlumatın AR DİN Binəqədi RPİ DYPŞ-nin sorğusuna əsasən 5 gün müddətində verilməsini təmin etməmişdir. İşdə olan DİN DYP elektron portalından əldə olunmuş məlumata əsasən Şəxs MMC-dən mülkiyyətində olan “Mercedes Yük” markalı **-JU-*** dövlət qeydiyyat nişanlı avtomaşını xx.xx.2025-ci il tarixdə saat 12:09 radələrində H.Z.Tağıyev yolunun 31.2-ci km-də idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozaraq AR İXM-nin 327.2-ci maddəsinə nəzərdə tutulan inzibati xətanı törədən fiziki şəxs barədə məlumat verməsi tələb edilmişdir. İşdə olan Şəxs MMC-ə AR DİN Binəqədi RPŞİ tərəfindən ünvanlanmış Bildirişə əsasən Şəxs MMC mülkiyyətində olan “Mercedes Yük” markalı **-JU-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törədən fiziki şəxs barədə məlumatın RPİ-nin sorğusuna əsasən 5 gün müddətində verilməsini təmin etməmişdir. İşdə olan xəbərnamənin surətinə əsasən AR DİN Binəqədi RPİ tərəfindən “AVS-Təmı̇ r Tı̇ kı̇ nti" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nə ünvanlanmış məktub "xxxx" MMC-nin rəsmi qeydiyyatda olan elektron ünvanda ( Qəbələ şəhəri, C.Cabbarlı küç ev 15A) xx.xx.2025-ci il tarixdə qəbul olunmuşdur. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs MMC tərəfindən AR İXM-nin 347-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Ona görə də o, İXM-nin müvafiq maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs MMC (Hüquqi ünvan: ünvan 4 nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 300,0 (üç yüz) manat cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar