Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-356/2025 23.07.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X1, Zərərçəkmiş şəxs, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 1992-ci il mayın 17-də Qəbələ rayonu Vəndam qəsəbəsində doğulmuş, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 23 iyul 2025-ci il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X3 barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və onlara əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə boşanmaqda olan həyat yoldaşı Zərərçəkmiş şəxs döyərək bədəninə dərəcəsi müəyyən olunmayan xəsarət yetirmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, 23 iyul 2025-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X3 göstərdi ki, xx.xx.2025-ci il tarixdə Qəbələ rayon Vəndam qəsəbəsində qeydiyyatda olmaqla Qəbələ səhər, İ.B.Qutqaşınlı küçəsində kirayə yaşayan Zərərçəkmiş şəxs Qəbələ RPŞ-yə ərizə ilə müraciət edərək xx.xx.2025-ci il tarixdə boşanmaq ərəfəsində olduğu əri Şəxs onu döydüyünü, xx.xx.2025-ci il tarıxdə isə ölümlə hədələdiyini bildırmışdır. xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs Qəbələ RPŞ-yə ərizə ilə müraciət edərək xx.xx.2025-ci il tarixdə gecə saatlarında Şəxs onu döydüyünü bildirmişdir. Həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün ona həvalə edilmişdir. Beləliklə, Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs arvadıdır. Onunla boşanmaq ərəfəsindədir. Hal-hazırda ayrı yaşayır. Bir azyaşlı övladları vardır və Dünya ilə yaşayır. xx.xx.2025-ci il tarixdə Dünyanın yaşadığı Qəbələ şəhərindəki evə gedərək övladını görmək üçün aparmış, xx.xx.2025-ci il tarixdə saat 17 radələrindən sonra övladını həmin evə gətirmişdir. Şübhələndiyi üçün Dünyanın telefonuna baxmaq istəmiş, bu zaman aralarında mübahisə yaranmış, övladı ağlamış, Dünya telefonu onun əlindən alaraq övladına vermiş, bundan əsəbiləşmiş və onu itələmişdir. Uşaq ağladığı üçün çıxıb getmişdir. xx.xx.2025-ci il tarixdə kafedə spirtli içki qəbul etmiş, Dünyaya görüntülü zəng etmiş, lakin açmamış, əsəbiləşdiyi üçün Dünyaya mesaj yazaraq təhqir etmiş, ona sənin başını kəsərəm demişdir. Sonradan polis əməkdaşları onu polis şöbəsinə çağırmış, belə olub polis şöbəsinə gəlmişdir. Bundan sonra da Dünyanın əxlaqsız hərəkətlər etməsindən şübhələnmiş, buna görə də, xx.xx.2025-ci il tarixdə saat təxminən gecə 03 radələrində Dünyanın qaldığı evə getmiş, həyətin qapısı açıq imiş. Həyətə daxil olmuş, pəncərədən baxmış, görmüş ki, X7 adlı şəxs ilə telefonda görüntülü danışır. Bundan əsəbiləşmiş, pəncərəyə iki dəfə yumuruq ilə vurmuş, pəncərə sınmamış, buna görə də, həyətdə qoz ağacının yanında olan bıçağı götürüb pəncərəni sındırmış, içəri daxil olmuş, həmin zaman onun yanında Leyla adlı qadında da var imiş. Bıçağı Leylaya vermiş, əsəbiləşmiş, mübahisə yaranmış, Dünyanı nalayiq ifadələr ilə təhqir etmiş, ona sillə ilə zərbə vurmuş, o qaçaraq evdən küçəyə çıxmış, onun arxası ilə getmiş, saçından tutub dartaraq küçədən qaytarmaq istəmiş, o qışqırmış, qonşular çıxmış, onu buraxmış və Qəbələ şəhərinin mərkəzinə gəlmiş, orada polis əməkdaşları onu polis şöbəsinə gətirmişlər. Etdiyi əmələ görə peşmandır. Bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs əridir. Onunla boşanmaq ərəfəsindədir. Hal-hazırda ayrı yaşayır. Bir azyaşlı övladı vardır və özü ilə yaşayır. xx.xx.2025-ci il tarixdə Fərid övladını görmək üçün aparmış, xx.xx.2025-ci il tarixdə saat 17 radələrindən sonra yaşadığı evə gəlmiş və uşağı gətirmişdir. O getmək istəməmiş onun ilə mübahisə edərək telefonunu almış, bu zaman övladı ağlamış, telefonu onun əlindən alaraq övladına vermiş, bu zaman Fərdi onun üzərinə gələrək telefonunda başqa nə isə olduğunu iddia edərək sağ üz nahiyəsinə sillə ilə vurmuş, daha sonra başına yumuruq ilə zərbələr vurmuşdur. Sonra əli ilə boğazından tutaraq onu boğmağa başlamışdır. Uşaq ağladığı üçün onu buraxmış, sonra aralarında sözlü mübahisə olmuş, daha sonra çıxıb getmişdir. Sonradan Fərid ona zəng edərək üzr istəmiş, buna görə şikayət etməmişdir. xx.xx.2025-ci il tarixdə Fərid ona mesaj yazaraq təhqir etmiş, sənin başını kəsəcəm öldürəcəm demiş, buna görə polis şöbəsinə şikayət etmək qərarına gəlmişdir. Mübahisə zamanı evdə başqa heç kim olmamış, Fəridi vurmamışdır. Bundan sonra 14 iyul 2025-ci il tarixdə saat təqribən 04 radələrində dırnaqlarını təmizləyən zaman zalın pəncərəsinin şüşəsinin sınması səsini eşitmiş, bu səbəbdən pəncərə istiqamətində çevrilmiş və görmüş ki, həyat yoldaşı Şəxs əlində mətbəx bıçağı zaldadır. Fəridi həmin vəziyyətdə görüb özünü itirmiş və polisə məlumat verməsini bildirmək üçün yan yataq otağında olan rəfiqəsi X2 yanına gedərək qışqırıb polisə müraciət etməsini xahiş etmişdir. Elə həmin an Fərid onun olduğu otağa daxil olaraq həm onun, həm də Leylanın mobil telefonunu əlindən almış, sonra isə əli ilə yaxasından tutaraq onu divara itələmiş, həmin an qızı qorxudan qışqırmışdır. Buna görə Fəridi əli ilə kənara itələmiş, bu zaman Fərid bıçağın uc hissəsini Leylaya tərəf yönəltmiş və Leyla dəfələrlə Fəriddən xahiş edərək onu sakitləşdirməyə çalışıb bıçağı əlindən almağa müvəffəq olmuşdur. Həmin an qızı Nazlını qucağına almış və Fərid buna baxmayaraq yumruqla başının orta hissəsinə, sonra isə təpiklə hər iki ayağının dizətrafı tərəflərinə, təkrarən yumruqla isə sifət və qarın nahiyələrinə zərbələr yetirmişdir. Fərid onunla Leylanı onun yatdığı otağa zorla saldıqdan sonra otaqdakı dəmir parçasını götürüb sol qolunun dirsəkdən yuxarı hissəsinə və bel nahiyəsinə 1 dəfə vuraraq ona xəsarət yetirmiş sonra isə ünvanına nalayiq ifadələr işlədərək onu videoçəkilişə alıb ondan "mən əxlaqsız qadınam uşağı könüllü şəkildə həyat yoldaşıma verirəm" məzmununda çıxış etməyini tələb etmiş, lakin onunla razılaşmadığına görə təkrarən saçından tutaraq başını sifətinin sol nahiyəsi istiqamətində divara dəfələrlə vurmuş, qızını qucağına alaraq küçəyə qaçmış və küçədə olduğu zaman Fərid yenidən arxası ilə gələrək saçından tutub yolmuş və səsə qonşuluqda yaşayan tanımadığı 2-3 nəfər kişi çıxmışdır. Lakin, Fərid həmin şəxslərə məhəl qoymadan ünvanına nalayıq ifadələr işlədirmiş. Həmin vaxtı Leyla Fəridi aldadaraq ona polisə müraciət etməyəcəyini bildirib onu bir qədər sakitləşdirmiş və bundan istifadə edərək Qəbələ RPŞ-yə gəlmişdir. Hal-hazırda Şəxs ilə barışmamışdır. Fəridin etdiyi hərəkətlər uşağın da psixologiyasına mənfi təsir göstərməkdədir. Şəxs həbs edilməsini xahiş edir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 19 iyul 2025ci il tarixli qərarın surətindən görünür ki, baş vermiş hadisə ilə toplanmış HK-1/769 və HK- 1/776 nömrəli materiallar üzrə cinayət işinin başlanması rədd edilərək Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmaları üçün qərarın surəti Qəbələ RPŞ-nin İTB-yə göndərilmişdir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 19 iyul 2025ci il tarixli qərarın surətindən görünür ki, araşdırma zamanı Zərərçəkmiş şəxs bədəni üzərində xəsarət(lərin) olub- olmamasını, əgər varsa xəsarətlərin ağırlıq dərəcəsinin müəyyən olunması üçün sonuncu xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərində MTE və PA birliyinin Qəbələ rayon şöbəsinə təqdim edilmiş, MTE-nin verdiyi 207 saylı tibbi rəydə Zərərçəkmiş şəxs bədəni üzərində boyunun sağ yuxarı hissəsinin sıyrığı kimi xəsarətin olduğu, həmin xəsarətin xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs qeyd etdiyi şəraitdə törənə biləcəyi, həmin xəsarətin sağlamlığa zərər vurmayan bədən xəsarətinə aid olduğu, 214 saylı tibbi rəydə Zərərçəkmiş şəxs bədəni üzərində alının sağ yuxarı hissəsinin, başın sol təpə nahiyəsinin, üzün sol nahiyəsinin, üst dodağın sol tərəfinin, sol bazunun bayır orta 1/3-nin qançırları və boyunun sağ yuxarı hissəsinin sıyrığı kimi xəsarətlərin olduğu, həmin xəsarətlərdən alının sağ yuxarı hissəsinin, başın sol təpə nahiyəsinin, üzün sol nahiyəsinin, üst dodağın sol tərəfinin, sol bazunun bayır orta 1/3-nin qançırları kimi xəsarətləri xx.xx.2025-ci il tarixdə, boyunun sağ yuxarı hissəsinin sıyrığı kimi xəsarətləri isə xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs qeyd etdiyi şəraitdə törənə biləcəyi, həmin xəsarətlərin sağlamlığa zərər vurmayan bədən xəsarətinə aid olduğu qeyd olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar müəyyən olunmadı. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinin tələbinə görə, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörd birindən az ola bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların və məsuliyyəti agırlaşıdran halların müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsdə saxlama müddətinin əvvəli 23 iyul 2025-ci il saat 11:35-dən hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-356/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-356/2025
23.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver