Məhkəmə qərarları › İş №3(025)-357/2020

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-357/2020

19.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-357/2020 19.08.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs və barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Qəbələ rayonu, Mıxlıqovaq kəndində anadan olmuş, Qəbələ rayonu, Kötüklü kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Qəbələ rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 xx.xx.2020-ci il tarixdə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 protokolu müdafiə edərək bildirdi ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-972/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən xx xxxxx 2017-ci il təvəllüdlü X6 anası Zərərçəkmiş şəxs yanında saxlanılması, Şəxs xx.xx.2020-ci il tarixdən başlayaraq, xx xxxxx 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 100 (bir yüz) manat aliment tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. İcraata başlamaq haqqında qərar və bildiriş borcluya verilmiş, dəfələrlə yazılı və şifahi xəbərdarlıq olunmağına baxmayaraq borclu məhkəmə qərarının icasından müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Hal-hazırda cəmi 950 manat aliment borcu vardır və qərəzli olaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icrasından yayınır. Məhkəmədən müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, hal-hazırda imkanı olduqca ağırdır. Sözügedən borcu ödəməkdən yayınmır. Mütamadi olaraq da alimenti ödəyir. Axırıncı dəfə xx xxxx 2020-ci il tarixdə 100 manat ödəniş etmişdir. Maddi imkanı yaxşılaşdıqca göstərilən məbləği tələbkara ödəməyə hazırdır. Yenidən ailə qurub, həmin nikahdan da iki övladı var. Maddi vəziyyəti uşaqların tələbatlarını ödəməyə imkan vermir. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, borclu qərəzli şəkildə alimenti ödəməkdən yayınır. Dəfələrlə ondan alimenti ödəməsini tələb etsə də aliment borcunun bir hissəsini hələ də ödəməmişdir. Belə ki, bir neçə ay yalnız 100 manat aliment ödəmiş, qalan borcunu isə ödəməyərək, hazırda 950 manat borcu yaranmışdır. Sonda isə borcluŞəxs aliment borcun alınıb ona verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının fikrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, xx.xx.2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 53-cü və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)- 972/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs xx.xx.2020-ci il tarixdən başlayaraq, xx xxxxx 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 100 (bir yüz) manat aliment tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, borclu Şəxs aliment borcundan bir hissəsini (hər ay 100 manat olmaqla) tələbkar Zərərçəkmiş şəxs ödəmiş, lakin, buna baxmayaraq, 950 manat ödənilməmiş aliment borcu qalmışdır. Bununla da borclu Şəxsicra sənədinin icrasını üzrsüz səbəbdən icra etməməsi məhkəmə baxışında təsdiqini tapmadı. İş materallarından görünür ki, borclu Şəxs borcunu ödəmək istəmiş, lakin buna maddi imkanı çatmadığı üçün borcunu tam olaraq ödəyə bilməmişdir. Bütun bunlar göstərir ki, borclunun icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı yoxdur. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq halda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata müvafiq maddələrə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53, 106-109, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar