Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(025)-357/2021 12.08.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, X5 protokol tərtib edən şəxsQəbələ rayon Polis şöbəsinin DYBP YPXBİ-nin polis leytenantı X2, Zərərçəkmiş şəxs, barəsində X5 icraat aparılan Şəxs iştirakları ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.4-cü və 327.1-ci maddələri ilə tərtib olunan X5 protokol üzrə X5 işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 30 iyul2021-citarixdə Qəbələ rayon Polis şöbəsinin DYBP YPXBİnin polis leytenantı X4tərəfindənŞəxs barəsində tərtibolunmuşX5 (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, ŞəxsQəbələ şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən qarşısında eyni istiqamətdə hərəkət edən “Vaz 2173” markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobillə düzgün ara məsafəsi saxlamamış və nəticədə onu vurmuşdur. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 338.4-cü və 327.1-ci maddələri ilə inzibati xətanın törətməsini nəzərdə tutan AP0154747 nömrəli 16 iyun 2021-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Qəbələ rayon Polis şöbəsinin DYBP YPXBİ-nin polis leytenantı X1 xəta haqqında protokolda Şəxs təqsirli bilindiyi maddələrin -338.4-cü və 327.1-ci maddələrin məhkəmənin səlahiyyətində olmadığını bilmədiklərini, zərərçəkmişə zərər vurulduğundan, inzibati işə məhkəmədə baxılmalı olduqlarını hesab etdiklərini qeyd etmişdir. Məhkəməiş materiallarını araşdırıb hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.4-cü və 327.1-ci maddələri ilə tərtib olunmuş X5 protokol üzrə X5 iş aidiyyəti üzrə baxılması üçün Qəbələ rayon Qəbələ rayon Polis şöbəsinin DYBP YPXBİ-nə göndərilməlidir. Belə ki, X5 protokolda Şəxs təqsirli bilindiyi maddələr 338.4 və 327.1-ci maddələr kimi göstərilsə də, protokolun məhkəməyə aidiyyəti üzrə göndərildiyi müşaiyət məktubunda Şəxs təqsirli bilindiyi maddələr 338.4 və 338.7-ci maddələr kimi göstərilmişdir. Məhkəmə tərəfindən Qəbələ rayon Polis şöbəsi tərəfindən protokolun məhkəməyə göndərildiyi məktuba uyğun olaraq X5 protokol məhkəmənin icraatına daxil olmuşdur. Lakin İXH-da protokoldan Şəxs təqsirli bilindiyi maddələr 338.4 və 327.1-ci maddələr kimi göstərilmişdir.İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsində Rayon (şəhər) məhkəmələrinin hansı X5 işlərə baxması konkret olaraq göstərilmişdir. Məhz İXM-nin 43-cü maddəsindən göründüyü kimi 338.4-cü və 327.1-ci maddələri ilə inzibati tənbeh tətbiq etmə məhkəmənin səlahiyyətinə aid maddələr deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən X5 işə onun törədildiyi yerdə baxılır. Barəsində X5 iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən X5 işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.3-cümaddəsinə əsasən X5 işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, X5 işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Bundan əlavə məhkəmə qeyd edir ki, Qəbələ RPŞ DYPB YPXBİ-nin polis leytenantı X4 tərəfindən Şəxs barəsində tərtib olunmuş X5 protokol və ona əlavə edilmiş sənədlər Qəbələ Rayon Məhkəməsinin 23.06.2021-ci il tarixli 3(025)-320/2021 nömrəli, 07.07.2021-ci il tarixli 3(025)-334/2021 nömrəli və 17.07.2021-ci il tarixli 3(025)-345/2021 nömrəli qərardadları ilə geri qaytarılmış, qərardadda X5 protokolda olan nöqsanlar və natamamlıqlar aydın şəkildə sadalanmışdır. Həmçinin Qəbələ Rayon Məhkəməsinin17.07.2021-ci il tarixli 3(025)-345/2021 nömrəli qərarında X5 protokolda Şəxs təqsirli bilindiyi maddələr “qaralanaraq” 338.4 və 327.1ci maddələr kimi göstərilsə də, protokolun məhkəməyə aidiyyəti üzrə göndərildiyi müşaiyət məktubunda Şəxs təqsirli bilindiyi maddələr 338.4 və 338.7-ci maddələr kimi göstərilərək anlaşılmazlıq yarandığı, bu səbəbdən həmin anlaşılmazlığın aradan qaldırılmalı olması bildirilmişdir. Lakin buna baxmayaraq Qəbələ RPŞ DYPB YPXBİ-nin polis leytenantı X4 protokolda olan anlaşılmazlıqlar aradan qaldırılmadan yenidən məhkəməyə göndərilmişdir. Qeyd olunanlara əsasən, məhkəmə X5 protokolda törədilməsi qeyd inzibati xətanın və həmin inzibati xətalara görə məsuliyyət müəyyən edən müvafiq maddələrlə inzibati tənbeh tətbiq etmənin məhkəmənin səlahiyyətinə aid olmadığını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.4-cü və 327.1-ci maddələri ilə tərtib olunmuş X5 protokol aidiyyəti üzrə baxılması üçün Qəbələ rayon Polis şöbəsinin DYBP YPXBİ-nəgöndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.3-cü maddəsini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.4-cü və 327.1-ci maddələri ilətərtib olunmuş X5 protokol aidiyyəti üzrə baxılması üçün Qəbələ rayon Polis şöbəsinin DYBP YPXBİ-nə göndərilsin. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-357/2021
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(025)-357/2021
12.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver