Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(025)-357/2023 26.07.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə X1 xx.xx.2020-ci il tarixli, BNA ******* saylı elektron qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, xx.xx.2020-ci il tarixdə tərtib olunmuş elektron protokol və BNA ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, X3 tərəfindən xx.xx.2020-ci il tarixli, BNA ******* saylı elektron qərarından verdiyi şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. İXM-nin 128.1-ci maddəsinin tələbindən göründüyü kimi inzibati xətalar haqqında işlər üzrə qərardan barəsində qərar çıxarılmış fiziki şəxs şikayət verə bilər. Şikayətə əlavə edilmiş xx.xx.2020-ci il tarixli, BNA ******* saylı elektron qərardan görünür ki, sözügedən qərar X4 barəsində çıxarılmış və həmin qərara əsasən Murad Ağayev cərimə olunmuşdur. Bu səbəbdən xx.xx.2020-ci il tarixli, BNA ******* saylı elektron qərardan X3 tərəfindən şikayət verilməsi əsassız və qanunsuzdur. Bundan əlavə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilmişdir ki, Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Konstitusiya məhkəməsinin yuxarıda göstərilən yuxarıa göstərilən qərarından göründüyü kimi, barəsində qərar çıxarılmış fiziki şəxs həm yaşadığı yerin məhkəməsinə, həm də hadisənin olduğu yerin məhkəməsinə şikayət ərizəsi ilə müraciət edə bilər. Şikayətə əlavə edilmiş xx.xx.2020-ci il tarixli, BNA ******* saylı elektron protokoldan görünür ki, hadisənin olduğu yer Bakı şəhəri Nəsimi rayonudur. Barəsində qərar çıxarılmış fiziki şəxs X2 ünvanı isə Qəbələ rayonu Aydınqışlaq kəndidir. Beləliklə, xx.xx.2020-ci il tarixli, BNA ******* saylı qərardan şikayətə yalnız X2 vəsatətinə əsasən Qəbələ rayon məhkəməsində baxıla bilər ki, hazırki şikayət həm Murad Ağayev tərəfindən verilməmiş, həm də belə bir vəsatət iş materiallarına əlavə edilməmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Lakin iş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixli, BNA ******* saylı elektron qərarı 20 sentyabr 2020-ci il tarixdə qəbul edilmiş, X3 qeyd edilən qərardan şikayət ərizəsi ilə 26 iyul 2023-cü il tarixdə 10 (on) gündən çox müddət keçdikdən sonra məhkəməyə müraciət etmiş, inzibati qərardan şikayət vermə müddətini buraxmış və buraxılmış müddətin üzürlü hesab edilməsinə dair vəsatətlə məhkəməyə müraciət etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, X1 xx.xx.2020-ci il tarixli, BNA ******* saylı elektron qərarından verdiyi şikayət ərizəsi baxılmadan geri qaytarılmalıdır. İzah olunsun ki, şikayətin verilmə müddəti üzrlü səbəblərə görə buraxılmışdırsa, şikayətinə buraxılmış müddətin bərpasına dair vəsatət əlavə etməklə barəsində qərar çıxarılmış fiziki şəxs tərəfindən yenidən müvafiq məhkəməyə müraciət edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428 və 432-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 xx.xx.2020-ci il tarixli, BNA ******* saylı elektron qərarından vermiş olduğu şikayət ərizəsi geri qaytarılsın. Qərardaddan şikayət verilmir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-357/2023
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(025)-357/2023
26.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver