Məhkəmə qərarları › İş №3(025)-357/2025

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-357/2025

23.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-357/2025 23.07.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi, X11 Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1986-cı ildə Qəbələ rayonu Mamaylı kəndində anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ rayonu, Mamaylı kəndində qeydiyyatda olan Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2025-ci il tarixli MN 2326653) tərtib olunmuşdur ki, o, xx.xx.2013-cü il təvəllüdlü X4 və 30 iyul 2015-ci il təvəllüdlü X1 qızının saxlanılması üçün tələbkar Zərərçəkmiş şəxs xeyrinə hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat aliment ödəməsi barədə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(025)-167/2021 saylı icra sənədini üzürsüz səbəbdən icra etməmiş və 3350 manat aliment borcu yaranmışdır. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs X5 özünü qismən təqsirli bilərək göstərmişdir ki, xx.xx.2013-cü il təvəllüdlü X4 və 30 iyul 2015-ci il təvəllüdlü X1 qızının saxlanılması üçün tələbkar Zərərçəkmiş şəxs xeyrinə hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat aliment ödəməsi barədə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(025)-167/2021 saylı icra sənədini üzürsüz səbəbdən olmamışdır. Belə ki, o, boşandıqdan sonra uşaqlarla görüşə bilmədiyinə görə özünü yandırmış və əmək qabiliyyətini itirdiyinə görə heç bir fiziki işlə məşğul ola bilmədiyindən qazancı olmamışdır. O, hal-hazırda anasının pensiyası hesabına dolanır və heç yerdə işləmir. Ona görə də,hər hansı bir bir məbləğdə aliment ödəmək imkanı yoxdur. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(025)-167/2021-ci il tarixli icra vərəqəsinə əsasən X2 01 dekabr 2020-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X4 və 30 iyul 2015-ci il təvəllüdlü X1 qızının yetinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs nəfinə tutulmalıdır. Qəbələ Rayon İcra Qrupunun xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” Qərarının surətinə əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(025)-167/2021 nömrəli icra sənədi üzrə icraat başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi təklif edilmişdir. İşdə olan AR-nın ƏN Qəbələ Rayon İcra Qrupu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 14360/2024-11-6-004 nömrəli bildirişin surətinə əsasən borclu X2 Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(025)-167/2021-ci il nömrəli icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi tələb olunmuşdur. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(025)-359/2024 nömrəli qərarın surətinə əsasən, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İşdə olan Qəbələ rayon polis şöbəsinin xx.xx.2025-ci il tarixli 13-13-89/2-4087 nömrəli məlumata əsasən xx.xx.1986-ci il təvəllüdlü Şəxs barəsində xx.xx.2025-ci il tarixdə 590066 nömrəli axtarış işi açılmışdır. İşdə olan AR ƏN Qəbələ Rİ və Probasiya şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Qəbələ rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(025)-167/2021 saylı icra sənədinə əsasən X3 Zərərçəkmiş şəxs 3350 manat aliment borcu var. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görəinzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, X5 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baş vermiş inzibati xətanın xarakterini nəzərə alıb X3 barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 13 (on üç) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 23 iyul 2025-ci il tarixdən saat 16:25-dən hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar