Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-36/2023 03.02.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 iştirakları ilə, xx.xx.1983-cü ildə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olmuş, Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatda olan X2 barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Məhkəmənin icraatına 18 yanvar 2023-cü il tarixdə Qəbələ rayon Polis şöbəsindən X7 barəsində tərtib olunmuş inzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, X7 17 yanvar 2023-cü il tarixdə Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisində Qorxmaz Ələsgərov adlı şəxsə məxsus çay evində qumar oynamışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 525-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, 18 yanvar 2023-cü il tarixli İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X3 göstərdi ki, X8 17 yanvar 2023-cü il tarixdə Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisində Qorxmaz adlı şəxsə məxsus çay evində qumar oynamışdır. Onların qumar oynamaları video vasitəsi ilə çəkilmişdir. Həmin fakt üzrə X8 barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X7 özünü Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə təqsirli bildi və izahatında göstərdi ki, 17 yanvar 2023-cü il tarixdə Qəbələ rayon Vəndam qəsəbəsində yerləşən Qorxmaza məxsus çay evində o, Nurlan, İsmayıl və Pərvin ilə birlikdə domino ilə qumar oynamışlar. Hər oyunu 20 qəpikdən oynamışlar. Onlar domino daşı ilə qumar oynayan zaman polis əməkdaşları çay evinə daxil olmuşlar. Onlara qumar oyununun qanun pozuntusu olduğunu izah etmişlər. Onların qumar oynamalarından kafenin sahibi Qorxmazın xəbəri olmamışdır. Törətdiyi əməldən çox peşimandır, gələcəkdə bu hallara yol verməyəcəkdir. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 17 yanvar 2023-cü il tarixli aktdan görünür ki, 17 yanvar 2023-cü il tarixdə Qəbələ rayonu Vəndam qəsəbəsində çay evində qumar oyunu oynayan zaman 27 ədəd domino daşı, 2 ədəd 5 manatlıq pul əskinazı, 3 ədəd 1 manatlıq pul əskinazı maddi sübut olaraq götürülmüşdür. Aktın doğruluğunu, Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytnantı X3, X5, X7, X9 və X6 öz imzaları ilə təsdiq etmişlər. Məhkəmə baxışında hadisənin görüntülərini əks etdirən DVD diskə baxış keçirilərkən X2 Nurlan Salamzadə, Pərvin Mustafayev və İsmayıl İsbatov ilə birlikə qumar oynaması müəyyən olunmuşdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, X4 Azərbaycan Respublikası İXM-in 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir, X4 qumar oynaması özünün etirafedici izahatı, həmçinin İXH-da protokola əlavə edilmiş hadisənin görüntülərini əks etdirən DVD diskə baxış keçirilərkən və tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapır. Belə ki, Azərbaycan Respublikası İXM-in 525-ci maddəsinə əsasən, Qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə - oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 törətdiyi xətanı etiraf edib peşman olmasını əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 şəxsiyyətini nəzərə almaqla hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 525-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, Qəbələ Rayon Məhkəməsinin icraatında olmuş 3(025)- 37/2023 saylı inzibati xətalar haqqında iş üzrə oyun ləvazimatı olan 27 ədəd domino daşı, 2 ədəd 5 manatlıq pul əskinazı, 3 ədəd 1 manatlıq pul əskinazı dövlət nəfinə müsadirə olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Qəbələ Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli 3(025)-37/2023 saylı qərarı ilə oyun ləvazimatı olan 27 ədəd domino daşı, 2 ədəd 5 manatlıq pul əskinazı, 3 ədəd 1 manatlıq pul əskinazının dövlət nəfinə müsadirə edilməsi nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128- 130 maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 3000 (üç min) manat inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qəbələ Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli 3(025)-37/2023 saylı qərarı ilə oyun ləvazimatı olan 27 ədəd domino daşı, 2 ədəd 5 manatlıq pul əskinazı, 3 ədəd 1 manatlıq pul əskinazının dövlət nəfinə müsadirə edilməsi nəzərə alınsın. Qərarın icrası Qəbələ rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-36/2023
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-36/2023
03.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver