Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-36/2024 22.01.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rəhimli Arzu İsmət oğlunun katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakları ilə, xx.xx.1967-ci ildə Qəbələ rayonu, Xırxatala kəndində anadan olmuş, Qəbələ rayonu, Həmzəli kəndində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 10:10 radələrində Qəbələ rayonu, Tikanlı kəndi ərazisində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X4 Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X4 izahatında göstərmişdir ki, X2 xx.xx.2024-cü il tarixdə saat 10:10 radələrində Qəbələ rayonu, Tikanlı kəndi ərazisində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və mülki ov silahının saxlanma qaydalarını pozmuşdur. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, 22 yanvar 2024-cü il tarixdə 06:00 radələrində Qəbələ rayonu, Bum çayı adlanan çayın çaylaq ərazisində əkin sahələrini suvarmaq məqsədi ilə Bum çayı istiqamətində hərəkət edirdi ki, ona məxsus 12959 nömrəli, İJ markalı qundaq bala qundaq nömrəsi və lülə nömrəsi 12939 olan mülkü ov silahı üzərində olmuşdur. Həmin ov silahını icazə əsasında əldə etmişdir. Müvafiq sənədləri mövcuddur. Tüfəngi yırtıcı heyvanlardan müdafiə olunmaq üçün götürmüşdür. Çaylaq ərazisində içərisində patron olan mülki silahla olarkən ona polis əməkdaşları yaxınlaşmışdılar. Onlar özlərini ona təqdim etmişdilər. Mülki ov silahını nə məqsədlə gəzdirdiyini soruşmuşdular. Su qoymağa getdiyini və yırtıcı heyvanlardan qorunduğunu bildirmişdir. Onlar tüfəngi onun əlindən zorla almaq istəmişdilər. Onlara tüfəngin sənədlərinin olduğunu bildirmişdir. Polislərə evə gedib sənədləri götürməsini bildirsədə onlar buna məhəl qoymamışdılar. Daha sonra Qəbələ Rayon İTB-nin rəisi Nəzər müəllimə zəng etmiş, tüfənglə birlikdə polis şöbəsinə gəlməyini bildirmişdir. Daha sonra o polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Məhkəmə iclasında şahid Qəbələ RPŞ-nin İTB-nin polis sahə rəisi X5 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 10:10 radələrində xidməti ərazisi olan Qəbələ rayonu, Tikanlı kəndində İTB-nin polis sahə nəfəri polis baş serjantı Babaşov Rəcəb Zübeyr oğlu ilə xidmətdə olarkən Tikanlı kəndinin ərazisindən keçən Bum çayı adlanan çayın kənarı ilə adı onlara sonradan məlum olan Şəxs çiynində hazır vəziyyətdə olan mülki ov silahı ilə gəzdiyini görmüşdülər. Dərhal həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib silahın saxlanma və daşınma qaydalarını ona izah edib, silahın rəsmi sənədlərinin olub-olmamasını soruşaraq silahı onlara təqdim etməsini xahiş etmişdilər. Lakin Əbülfəz onlara heç bir sənəd göstərmədən “Silah mənimdir özüm bilərəm necə gəzdirərəm, sənədim var evdədir” sözlərini deyərək uca səslə çığıraraq onlarla münaqişə yaradır və qanuni tələblərinə qəsdən tabe olmur, hazır vəziyyətdə silahın gəzdirilməsinə görə heç bir açıqlama vermək istəmirdi. Həmçinin sonradan onlara məlum oldu ki, silahın içərisində patron var və silah atəşə hazır vəziyyətdə idi. Buna görə də Şəxslə tərəflərindən bir daha profilaktiki söhbət aparılmış, onu dəfələrlə nizam-intizama dəvət edərək bu vəziyyətdə silahı daşımaqla özünə və ətrafdakı insanlara təhlükə yaratması ona izah edilmişdir. Lakin Şəxs uca səslə qışqırır, onları dinləmək istəmir və dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq qəsdən qanuni tələblərinə tabe olmurdu. Buna görə də Şəxs müvafiq qaydada sakitləşdirildi və barəsində qanunamüvafiq qaydada tədbir görülməsi üçün şöbəyə gətirilərək NH-yə təhvil verilmişdir. Məhkəmə iclasında şahid Qəbələ RPŞ-nin polis nəfəri Babaşov Rəcəb Zübeyir oğlu şahid X3 izahatına uyğun eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə, prosess iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanılmış sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə qanunun bu normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-1377-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 22 yanvar 2024-cü il tarixdən saat 17:00-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-36/2024
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-36/2024
22.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver