Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-360/2021 03.08.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Ayşən Əfqan qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X1, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakları ilə, xx.xx.1960-cı ildə Qəbələ rayonu, Uludaş kəndində anadan olmuş, Qəbələ rayonu, Uludaş kəndində qeydiyyatda olan və yaşayan X2 barəsində Azərbacan Respublikası DİN Qəbələ Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, 28.06.2021-ci il tarixdə Qəbələ rayonu, Uludaş kəndində X4 bağ yeri adlanan ərazidə Zərərçəkmiş şəxs daş ataraq qəsdən ona sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Bununla da o, Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi, polis leytenantı X3 izahatında bildirmişdir ki, 28.06.2021-ci il tarixdə Qəbələ rayonu, Uludaş kəndində X4 bağ yeri adlanan ərazidə Zərərçəkmiş şəxs daş ataraq qəsdən ona sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Təhqiqatın araşdırması nəticəsində tərəfindən X4 barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 törətdiyi inzibati xətada özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, Mayısə Hacıyevanın əri X6 rayon Uludaş kəndində yerləşən Bum bələdiyyə mülkiyyətinə məxsus ola 70 sot torpaq sahəsini 2009-il tarixdə 1600 manat pul verərək almışdır. Həmin vaxtdan bu günə kimi sözü gedən torpaq sahəsinə onlar nəzarət edərək həmin sahədə bağ salmış və fındıq ağacları əkmişlər. 2020-ci ilin sentyabr ayında Bum bələdiyyəsinə müraciət edərək həmin bağ sahəsinə görə müqavilə bağlamaq istədiyini bildirdi. Bum bələdiyyəsi ona müqavilə verəcəyini desə də ona müqavilə vermədilər. 2021-ci ilin mart ayında Qasım Hacıyev sözü gedən torpaq sahəsinə daxil olaraq həmin torpaq sahəsinin ona məxsus olduğunu iddia edib həmin bağ sahəsindən onun çıxmağını bildirdi. Bu səbəbdən Qasım ilə onların arasında bir necə dəfə sözlü mübahisələr baş vermişdir. 27.06.2021-ci il tarixdə gecə saat 04:15 rədlərində ona qonşunun uşağı zəng edib “sənin bağ sahənin çəpər hissəsi yanır” dedi. Vedrə alıb yanğını söndürmək üçün getdi. 28.06.2021-ci il tarixdə günorta arvadı Yetər Cavadova ilə birlikdə onlar bağ sahəsinə getdikləri, həmin vaxt onlar bağın yanında yerləşən Qasıma məxsus bağ sahəsində inəklər olduğunu gördülər. İnəkləri bağ sahəsindən çıxardı. Arvadı Yetər və azyaşlı nəvəsi ağac kölgəsində oturmuşdular. Qasım arvadı və oğlu ilə birlikdə bağ sahəsinə gəldilər. Öz bağ sahələrinə daxil oldular. Qasıma “sən nə üçün mənim çəpərimi dağıtmısan aşağıda qapı var oradan keçib get” dedi. Qasım isə ona “mən hər dəfə sənə çəpər düzəldən dəyiləm” dedi. Qasıma “sənin çəpərin yanmışdır gələrsən mənə sənə kömək edərəm düzəldərik” dedi, Qasım isə onu çəpəri yandırmaqda günahlandırdı. Bu zaman onun ilə və Qasım və oğlu arasında sözlü mübahisə baş verdi, Qasımın oğlu onu vurmaq ilə hədələdi, lakin onu vurmadı. Mayisə oğlunu kənara etdi. Bir qədər vaxtdan sonra Mayisənin huşu itdiyi üçün ona tibb avtomobili çağırıldı. Mayisəni daş ilə vurmamışdır, çəpəri o, yandırmamışdır. Çəpərin kim tərəfindin yandırıldığını bilmir. Ona qarşı heç bir fiziki güc və zor tətbiq edilməmişdir. Bir daha belə hallara yol verməyəcək. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Rəhamn Cavadov ilə onların arasında 2021-ci ilin mart ayında münaqişlər baş vermiş, bu münaqişlərə səbəb isə onların Uludaş kəndində yerləşən mülkiyyətində olan 70 sot torpaq sahəsinə 27 il onlar tərəfindən baxıldığı olmuşdur. Lakin onlar 2017-ci il tarixdən həmin torpaq sahəsinə baxıb nəzarət etmək üçün müvəqqəti olaraq Şəxs vermişlər. Lakin 2021-ci ilin mart ayında onlar Şəxs “daha həmin torpaq sahəsinə biz özümüz baxıb nəzarət edəcəyik” dedilər. Lakin Şəxs həmin bağ sahəsinin ona aid olduğunu iddia etdi, buna görə də onların arasında münaqişlər baş verməyə başladı. 27.06.2021-ci il tarixdə onlara “bağ sahəsinin kənarında ağacdan olan çəpərinin təxminən 100 metr hissəsinin yanması ilə bağlı zəng gəldi. O və əri Qasım Hacıyev birlikdə həmin bağ sahəsinə getdilər. Onlar bağ sahəsinə gedən zaman yanğın baş verib söndüyünü gördülər. Şəxs da bağ sahəsində idi, həmin vaxt əri Qasım Rəhmandan “sən burda nə edirsən” deyə soruşdu. Rəhman “mən saat 04 radələrindən burdayam” dedi. Həmin vaxt onlar Rəhmana heç bir söz demədi, sonradan Rəhmana “nə üçün siz bizim bağ sahəmizi yandırmışsınız” dedi. Rəhman isə yaxşı edib yandırmışam dedi. Onlar həmin günü yanmış bağ sahəsinin çəpər hissəsini təmir etməyə başladılar. 28.06.2021-ci il tarixdə onlar səhər saatlarında bağ sahəsində işləyib evə qayıdıb nahar etdikdən sonra təkrar bağ sahəsinə işləmək üçün getdilər. Bu zaman onların bağ sahəsinə keçdiyi qapını kol ilə bağladıqlarını gördülər. Onlar bağa baxan zaman bağ sahəsində inəklər olduğunu gördü, həmin vaxt əri Qasım bağ sahəsinin aşağı hissəsinə qaçaraq inəkləri bağdan çıxarması üçün getdi. O oğlu Natiq ilə birlikdə bağlı yeri söküb bağ sahəsinə keçdilər. Onlar qabağa gedən zaman qəfildən Rəhman onun üzərinə gələrək ona yerdən daş alıb atmağa başladı. Bu zaman Rəhmanın atdığı daşlar onun hər iki ayağına dəymiş, hər iki ayağından xəsarət aldı. Bu zaman Rəhmanın arvadı və özü ona və şəhid qardaşına qarşı nalayiq söyüşlər söydü. Onlar həmin vaxtda TTY-na və polisə məlumat verdilər. O və ailə üzvüləri Rəhman və ailə üzvülərinə qarşı heç bir fiziki zor tətbiq etmədi. Sonda isə X2 bir daha belə hallara yol verməyəcəyi şərti ilə onunla barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X3 tərəfindən tərtib edilmiş 03 avqust 2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 53, 106-109, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətinə Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-360/2021
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-360/2021
03.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver