Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-360/2022 17.08.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi polis baş leytenantı X3, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi X4 iştirakları ilə, xx.xx.1965-ci ildə Qəbələ rayonu, Nohurqışlaq kəndində anadan olmuş, Qəbələ rayonu, Nohurqışlaq kəndində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Qəbələ rayonu, Nohurqışlaq kəndində münaqişə zəminində Zərərçəkmiş şəxs döyərək sonuncuya fiziki ağrı yetirmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 11 avqust 2022-ci il tarixli qərarına əsasən Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkib əlaməti olmasına görə barəsində inzibati icraat başlanması və həmin maddə ilə protokol tərtib olunub inzibati məsuliyyətə cəlb olunması üçün Qəbələ RPŞ-nə göndərilməsi qərara alınmışdır. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı X1 Zabit Qaryağdı oğlu Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi polis baş leytenantı X5 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Qəbələ rayonu, Nohuqışlaq kəndində münaqişə zəminində Zərərçəkmiş şəxs döyərək sonuncuya fiziki ağrı yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, Qəbələ rayon Nohurqışlaq kənd sakinidir. Qonşusu Zərərçəkmiş şəxs ilə mütəmadi olaraq yol ilə bağlı münaqişəsi vardır. Hicran gecə vaxtı gələrək onun qapısının qarşısında maşın saxlamış, buna narazılıq etmişdir. xx.xx.2022-ci il tarixdə evə gələrək həyətə keçən zaman tanımadığı taksi onun həyətinin qapısının yanında dayanmışdır. Sürücüyə burada maşını niyə saxlayırsan dediyi zaman sürücü ilə sözlü mübahisəsi yaranmış, bu zaman Hicran maşından düşərək onlar tərəfə gəlmiş, onunla sözlü mübahisə etməyə başlamışdır. Daha sonra Hicrana burada maşın saxlamayın deyərək evə getmişdir. Hicranı vurmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, qonşusu X9 ilə mütəmadi olaraq münaqişələri vardır. Belə ki, onunla son 3 ildir ki, yol ilə bağlı mübahisələri vardır. Həmin yol ilə bağlı məhkəməyə də müraciət edərək məhəkəmə xeyrinə qərar qəbul etmişdir. xx.xx.2022-ci il tarixdə Qəbələ rayon Vəndam qəsəbəsinə işə getmiş, saat təxminən 22:10 radələrində adını bilmədiyi taksi sürücüsü ilə Vəndam qəsəbəsindən yaşadığı evə gəlmiş, Zabit adlı şəxs ilə mübahisəli olan yoldan keçən zaman Zabit maşının qarşısını kəsmiş, sürücüyə sən kimi gətirirsən demiş, sürücü onu göstərmiş, Zabit sürücüyə “sən burdan niyə icazəsiz keçirsən” demiş, o da “yoldan keçmək üçün kimdənsə icazə almaq lazım olmadığını” bildirmişdir. Onlar mübahisə etməyə başlamış, o isə sürücünü tutub salxamış ki, mübahisə olmasın. Bu zaman Zabit onun tərəfin qapısını açaraq qolundan tutub onu maşından yerə salmış, başının sol tərəfindən iki dəfə yumuruq ilə zərbə vurmuş, bunu görən sürücü Zabiti tutub saxlamış, sonra o sürücüyə sən maşına otur get demiş, o da maşına oturub getmişdir. Bundan sonra da öz evinə getmişdir. O Zabiti vurmamış mübahisə zamanı orada başqa heç kim olmamış. Sonda isə Şəxs ilə barışmayacağını və ondan şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid X13 izahatında göstərmişdir ki, özünə məxsus Vaz 2106 markalı ** FM *** dövlət nömrə nişan avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə saat təxminən 2 radələrindən sonra adını bilmədiyi qadın ona Vəndam qəsəbəsinin mərkəzində yaxınlaşaraq onu Nohurqışlaq kəndinə aparmasını bildirmiş, onunla razılaşmış və belə olub onu Nohurqışla kəndinə evlərinə aparmışdır. Həmin qadının evlərinə gedən küçəyə daxıl olan zaman adı sonradan bildiyi Zabit ona maşını saxla demiş, maşını saxlamış, ondan hara gedirsə deyə soruşmuş, ona xanım müştəri var evlərinə düşürdəcəm demiş, həmin şəxs ona “bura sən üçün nədir, sən burdan niyə icazəsiz keçirsən” demiş, ona yoldan keçmək üçün kimdənsə icazə almaq lazım olmadığını bildirmişdir. Həmin şəxsə qadını düşürdüb gəlib söhbət edək demiş, o da yox getməyəcəksən demiş, bu zaman müştəri qadın maşından düşmüş, Zabit ilə sözlü mübahisə etməyə başlamışlar. Yol dar olduğu üçün öz tərəfinin qapısının açıb düşə bilməmiş, qadın isə Zabit alı şəxslə mübahisə etmişdir. Zabit sərxoş idi, o qadının başına yumuruq ilə bir neçə dəfə zərbələr vurmuş, bu zaman sağ qapıdan düşərək Zabiti tutub saxlamış, mübahisə dayanmış, sonra avtomobilini idarə edərək getmişdir. Mübahisə zamanı onu vuran olmamışdır. Məhkəmə iclasında müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili X6 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xəta tərkibi olmadığından işin icraatına xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertiza və X12-Təcrübi və Tədris Birliyinin xx.xx.2022-ci il tarixli, 404 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən üzərində xəsarət aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı X2 tərəfindən tərtib edilmiş 17 avqust 2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin, zərərçəkmiş şəxsin və şahidin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tərəflərin və şahidlərin izahatları, ekspert rəyi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinə əsasən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməli və barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbəblə Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-360/2022
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-360/2022
17.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver