Məhkəmə qərarları › İş №3(025)-360/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-360/2024

22.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-360/2024 22.07.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rаyоn Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis kapitanı Əşrəf Rüstəmzadə, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi X1 iştirakı ilə, xx.xx.1985-ci ildə Qəbələ rayonu, Qəmərvan kəndində anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ rayonu, Qəmərvan kəndində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraat materiallarına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM 157-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2024cü il tarixli MN 2012812) tərtib edilmişdir ki, o, xx.xx.2024-cü il tarixdə, saat 13:00 radələrində Qəbələ rayonu, Qəmərvan kəndində birgə yaşadıqları evdə sərxoş vəziyyətdə qardaşı arvadı Zərərçəkmiş şəxs saçından tutub yolaraq ona qəsdən fiziki ağrı yetirmişdir. Şəxs özünü barəsində olan protokolda göstərilmiş inzibati xətanı törətməkdə təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ rayonu Qəmərvan kəndində yaşayır və mütəmadi olaraq spirtli içki qəbul etdiyinə görə öz hərəkətlərini idarə edə bilmir. X2 onun qardaşıdır və ailə üzvləri ilə birlikdə onunla eyni evdə yaşayır. xx.xx.2024-cü il tarixdə saat təxminən 13-00 radələrində evdən çıxaraq mağazaya siqaret almağa getmiş, qayıdanda öz otağında qoyduğu arağı tapa bilməmiş və Romanın götürməsindən şübhələnib əsəbləşərək stola yumruq vuraraq arağı verməsini tələb etmişdir. Roman otağa daxil olaraq arağı tapıb ona vermiş, sonra qardaşı arvadı Turanə gəlmiş və onunla mübahisə etmişdir. Turanə nalayiq ifadələr işlədərək onu təhqir etdiyi üçün onun üzərinə gedib saçından tutaraq dartmışdır. Həmin vaxt o, Turanəni vurmamış və ona heç bir xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ rayonu Qəmərvan kəndində yaşayır. Şəxs onlarla eyni evdə yaşayır və mütəmadi olaraq spirtli içki qəbul etdiyinə görə öz hərəkətlərini idarə edə bilmir. xx.xx.2024-cü il tarixdə, saat təxminən 13 radələrində o, evə gəlmiş və Xəyalın əri Romanla mübahisə etdiyini görüb müdaxilə etmişdir. Həmin vaxt Xəyal onun saçından tutaraq yolmuş, onu pilləkəndən itələyərək yıxmaq istəmiş, lakin Roman onu tutaraq yıxılmağa qoymamışdır. Sonra Xəyal üzərinə gələrək onu nalayiq ifadələrlə təhqir etmiş və hədələmişdir. Roman 102 xidmətinə məlumat verdikdən sonra polis əməkdaşları gələrək Xəyalı Qəbələ RPŞ-nə aparmışlar. İşdə olan MTE və PA Birliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 332 saylı ekspert rəyinə əsasən, 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində xəsarət aşkar edilməmişdir. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. AR İXM-nin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Zərərçəkmiş şəxs bədəni üzərində xəsarətlər aşkar edilmədiyindən xx.xx.2024-cü il tarixdə, Qəbələ rayonu Qəmərvan kəndində aralarında yaranmış mübahisə zamanı Şəxs tərəfindən döyülməmişdir. Ona görə də, görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnibati Xətalar Məcəlləsinin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar