Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-361/2020 24.08.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1974-cü ildə Qəbələ rayonu, Uludaş kəndində anadan olmuş, Qəbələ rayonu, Uludaş kəndində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə aralarında yaranmış münaqişə zəminində Zərərçəkmiş şəxs döymüş, sonuncuya sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkib əlaməti olmasına görə barəsində inzibati icraat başlanması və həmin maddə ilə protokol tərtib olunub inzibati məsuliyyətə cəlb olunması üçün Qəbələ RPŞ-nə göndərilməsi qərara alınmışdır. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı X1 Mehdi Abduləhəd oğlunun Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi polis baş leytenantı X4 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə aralarında yaranmış münaqişə zəminində Zərərçəkmiş şəxs döymüş, sonuncuya sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Zərərçəkmiş şəxs bu barədə xx.xx.2020-ci il tarixdə Qəbələ Rayon Polis Şöbəsinə məlumat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Onun ilə Elxan arasında əvvələr ədavət olmuşdur. xx.xx.2020-ci il tarixdə Uludaş kəndində çay sahəsinə qum toplamaq üçün getmiş, çaydan qayıdan zaman yolda Elxan ilə Əhməd onun arxasında söhbət edərək gəlmiş, həmin vaxt X8 “O kişi deyil” demişdir. Elxan bu sözü deyəndən Əhməd ilə yolunu dəyişib başqa yol ilə getməyə davam etmiş, Elxanın sözündən əsəbləşib onların arxası ilə getməyə başlamışdır. Arxadan Elxana səslənmiş, dayanmasını bildirmişdir. Elxanın dayanmış, o, Əhmədə “sən çıx get buradan” demiş, lakin Əhməd Elxanın yanında aralanmamışdır. Bu zaman O Elxana “mən indi sənə kişiliyimi göstərəcəm” demiş, sonra isə nalayiq ifadələr işlədib əlində olan bel ilə onu bir dəfə vurmuşdur. Bel onun qoluna dəymişdir. Elxan beli əli ilə tutub saxlamışdır. bu zaman Əhməd də onu qucaqlayıb saxlamış və həmin vaxt Elxan yerdən daş alıb ona atmışdır, lakin daş ona dəyməmişdir. Əhməd onu qucaqlayıb saxlayan zaman Elxana “çıx get buradan” demiş, həmin vaxt Elxan onun yanından aralaşıb getmiş, o da evinə getmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Şəxs Abduləhət oğlu ilə onun arasında əvvəllər ədavət olmuşdur. xx.xx.2020-ci il tarixdə o, saat 10:30 radələrində evdən çıxıb kəndin mərkəzində yerləşən mağazaya siqaret almaq üçün getmidir. Təxminən 5 dəqiqə sonra siqaret alıb həmkəndlisi Əhməd Cavadov ilə evə qayıdan zaman digər həmkədlisi Mehdinin onların qarşısında getdiyini görmüşdür. Mehdini görüb əvvəllər aralarında olan söz-söhbətə görə Əhmədə “gəl biz başqa yol ilə gedək” demişdir. Onlar yolunu dəyişib gedən zaman arxadan Mehdi onlara səslənib dayanmasını demiş, onlar buna görə dayanmışdır. Mehdi onların yanına gəlmiş, həmin vaxt Mehdinin əlində bel var idi. Mehdi onların yanına gələn kimi Əhmədə “sən buradan get Elxan ilə mənim sözüm var” demiş, lakin Əhməd onun yanından kənara getməmişdir. Əhmədə “gəl biz gedək” demişdir. Həmin vaxt qəfildən Mehdi əlində olan bel ilə onu vurmaq istəmiş, o, sol qolunu qabağa etmiş, bu zaman bel onun sol qolunun yuxarı hissəsindən dəymişdir. Yerə oturub qolunu digər əli ilə tutmuşdur. Bu zaman Mehdi ikinci dəfə beli onun sağ ayağına bir dəfə vurmuş, X6 tutub qucaqlayaraq saxlamış, sakit olmasını demişdir. Həmin vaxt Mehdiyə qarşı nalayiq ifadə işlədib “beli əlindən at danışaq” demiş, lakin Mehdi əlində olan beli kənara atmamışdır. Buna görə Mehdinin yanından aralaşıb evə getmişdir. Sonra isə özünə məxsus VAZ 2106 marakiı avtomobil ilə Qəbələ RPŞ-nə gələrək ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və Tədris Birliyinin xx.xx.2020-ci il tarixli, 331 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxsnın məhkəmə-tibbi müayinəsi zamanı bədən səhtində aşkar edilmiş xəsarətlər-sol bazunun bayır orta 1\3-nin və sağ baldırın içəri orta 1\3-nin qançırı kimi xəsarətlər vardır. Həmin xəsarətlər küt alətin (əşyanın) təsirindən müayinə olunanın qeyd etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə əmələ gələ bilər. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı X4 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin, zərərçəkmiş şəxsin və şahidin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsində nəzərdə tutulan əməli törətməsi tərəflərin izahatları, ekspert rəyi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinə əsasən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməli və barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-361/2020
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-361/2020
24.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver