Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-361/2025 25.07.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, X9 Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.2001-ci ildə Qəbələ rayonu, Aydınqışlaq kəndində anadan olmuş, AR vətəndaşı, subay, Qəbələ rayonu, Aydınqışlaq kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 510 və 535.1-ci maddələri ilə ondan ötrü inzibati xəta haqqnda iş üzrə icraat başlanmışdır ki, (xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə) o, xx.xx.2025-ci il tarixdə saat 21:30 radələrində Qəbələ rayonu, Zarağan kəndində ünvansız nalayiq söyüşlər söyüb səs-küy yaradaraq ictimai qaydanı pozmuş və hadisə yerinə gələn polis əməkdaşlarının sakitliyə riayət olunması haqqında qanuni tələbinə tabe olmayaraq tabesizlik göstərmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2025-cı ill tarixdə, saat 17-00 radələrində Ağdaş rayon sakini X3 ilə birlikdə Qəbələ rayon Zarağan kəndi ərazisində fəaliyyət göstərən Elnur adlı şəxsə məxsus olan kafedə pivə içərkən sərxoş vəsiyyətdə olan adını bilmədiyi bir nəfər onlara yaxınlaşıb nalayıq ifadələr işlədərək onları narahat etmişlər. Kafe sahibi gəlsə də, onu sakitləşdirə bilməmiş, X3 da sərxoş olduğu üçün nalayıq ifadələr işlətməyə başlamışdır. Bundan sonra o da Zəmanə Qədirovaya qoşularaq nalayiq ifadələr işlətmişdir. Həmin vaxt polis əməkdaşları gəlmiş, onları sakitləşdirməyə çalışmış və Qəbələ RPŞ-yə dəvət etmişdilər. Lakin onlar polis şöbəsinə getmək istəməyərək polis əməkdaşlarının tələblərinə əməl etməmiş və Qəbələ RPŞ-yə gətirilərkən PPXB-nın nəqliyyat vasitəsinin arxa sol şüşəsi Zəmanə Qədirova tərəfindən təpiklə vurulub sındırılmışdır. İş üzrə şahid X1 izahatında göstərmişdir ki, Qəbələ Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. xx.xx.2025-cı ıl tarixdə Qəbələ RPŞ-nin PPXB-nın polis nəfəri polis serjantı Nicat Bayramovla dıslokasıya üzrə 7 saylı postda xidmətdə olarkən Qəbələ rayon Zarağan kənd sakini X2 070-323-90- 90 saylı mobil nömrəsindən zəng vuraraq şəxsiyyətləri sonradan müəyyən edilən Ağdaş rayon sakini X3 və Qəbələ rayon Aydınqışlaq kənd sakini Cəbrayılov Visal inqilab oğlunun ucadan nalayıq ifadələr işlədərək kafedə olanların rahatlıqlarını pozmaları barədə məlumat vermiş, onlar dərhal hadisə yerinə gedərək həmin şəxslərə özlərini təqdim edib onları nizam-intizama dəvət dəvət etmiş və ictimai yerdə söyüş söyməklə insanları narahat etdiklərini izah etmişlər. Həmin şəxslər yenə də nalayiq ifadələr işlətməyə davam etdikləri üçün barələrində araşdırma aparılmasından ötrü polis şöbəsinə gətirərək NH-yə təhvil verilmişlər. Zəmanə Qədırova polis şibəsinə gətirilərkən xidməti avtomobilin sol arxa pəncərəsini təpiklə vuraraq sındırmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli 198 nömrəli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə Protokolunun surətinə əsasən müayinə olunan Şəxs yüngül dərəcəli sərxoşluq (0,6 pr.m) aşkar edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli Protokola əsasən Şəxs həmin gün saat 23:30-da AR İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati qaydada tutulmuşdur. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati mnəsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədquiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs, xx.xx.2025-ci il tarixdə saat 21:30 radələrində Qəbələ rayonu, Zarağan kəndində ünvansız nalayiq söyüşlər söyüb səs-küy yaradaraq ictimai qaydanı pozmuş və hadisə yerinə gələn polis əməkdaşlarının sakitliyə riayət olunması haqqında qanuni tələbinə tabe olmayaraq AR İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Ona görə də o, AR İXM-nin müvafiq maddələri ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə baş vermiş inzibati xətaların xarakterini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində AR İXM-nin müvafiq maddələrinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 112, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 24 iyul 2025-ci il tarixdən saat 23:30-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(025)-361/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-361/2025
25.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver