Məhkəmə qərarları › İş №3(025)-363/2020

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-363/2020

25.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-363/2020 25.08.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X8 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1966-cı ildə Qəbələ rayonu, Uludaş kəndində anadan olmuş, Qəbələ rayonu, Uludaş kəndində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanında polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq inzibati xəta törətmişdir. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X1 Rəsmiyyə Paşa qızının Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X8 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə ünvan 2 ünvanında polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, bu səbəbdən barəsində inzibati məsuliyyətə cəlb edilməsi üçün tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə bacısı Xatirə Cavadovanın evinə qonaq gəlmişdir. Həyətə gələn zaman görmüşdür ki, onların həyətindən 10 klovatlıq elektrik xətti keçir. Hava şəraiti ilə əlaqədər olaraq həm elektrik xətti qırılmışdı və bu bacısının həyətində problem yaradırdı. İşıq idarəsinin əməkdaşları gələrək xətti təmir etmək istəsələr də, bacısı və bacısı qızı buna icazə verməmişdir. Daha sonra isə polis işçilər gəldi və xəttin təmir olunması üçün işıq idarəsinin əməkdaşlarını həyətə girməsinə icazə verilməsini tələb etdilər. Onlar polis əməkdaşlarına da etiraz etdilər və həyətə girməyə qoymadılar. Bundan sonra isə polis əməkdaşları onu, bacısını və bacısı qızını Qəbələ rayon Polis Şöbəsinə apardılar. Sonda isə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid X10 izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə ünvan 3 ünvanına getdilər. Həmin həyətdən keçən yüksək gərginlikli elektrik xətti qırıldığı üçün Azərişığın işçiləri həmin xətti təmir etmək üçün həyətə daxil olmalı idilər. Lakin, ev sahibi Xatirə adlı şəxs əməkdaşların həyətə daxil olmalarına icazə vermirdi. Onlar həmin həyətdəki şəxslərdən qırılmış işıq xəttinin düzəldilməsi üçün Azərişığın əməkdaşlarına içəri girməyə icazə verilməsini istədilər. Lakin, həmin ünvanda olan X9, X6 və Şəxs onların qanuni tələblərinə tabe olmadılar və həyətə daxil olunacağı təqdirdə özlərini yandıracaqlarını bildirlər. Onlar həmin xanımlara etdikləri əməllərin qanunsuz olduğunu bildirsələr də həmin şəxslər yüksək səs-küy salaraq içəri daxil olmağa etiraz etdilər. Adları qeyd olunan şəxslər polis əməkdaşalarını qanuni tələblərinə riayət etmədikləri üçün barələrində araşdırma aparılması üçün Qəbələ Rayon Polis Şöbəsinə gətirildilər. Məhkəmə iclasında şahidlər X3 və X2 şahid X4 izahatına uyğun eyni məzmunlu izahat vermişdirlər. Məhkəmə, prosess iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanılmış sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə qanunun bu normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-1377-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar