Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-365/2021 23.08.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kaman qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1976-cı ildə Qəbələ rayonu, Uludaş kəndində anadan olmuş, Qəbələ rayonu, Uludaş kəndində qeydiyyatda olan və yaşayan X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 09 avqust 2021-ci il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X7 tərəfindən X4 barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, X4 16.06.2021-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus həyətin giriş darvazasına daş ataraq ona təxminən 200 manat maddi ziyan vurmuşdur. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, 04 avqust 2021-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X7 göstərdi ki, X4 16.06.2021-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus həyətin giriş darvazsına daş ataraq ona təxminən 200 manat maddi ziyan vurmuşdur. Həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün ona həvalə edilmişdir. Beləliklə, X4 barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 232-1.-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 özünü Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, 16.06.2021-ci il tarixdə oğlu Habil həmkəndlisi Məhəbbətin qızı Aynurə ilə evlənmək məqsədilə birlikdə qaçdığı üçün saat 23 radələrində Məhəbbət Osmanovanın qapısına digər oğlu Qadil ilə birlikdə getdi. Əvvəlcə qapıya Məhəbbətin oğlu Ramin çıxdı, Raminə anası Məhəbbəti çağırmasını tələb etdi. Bu zaman Məhəbbət onların yanına gəldi, Məhəbbət ona “xoşgəlmisən” sözünü dedi, Məhəbbətə "xoşgəlməmişəm” sözünü dedi. Bu zaman Məhəbbət onun üzərinə hücum çəkdi, onun baş nahiyyəsindən tutub dartdı. Eləcə də onun saçından lutub yoldu, daha sonra onu nalayiq ifadələrlə təhqir etdi. Bu zaman yaxınlıqda olan oğlu Qadi onu araladı. Məhəbbətin oğlu Ramin isə Məhəbbəti araladı. Aralarındakı münaqişə təxminən 5 dəqiqə davam etdi. Münaqişə zamanı yaxınlıqda Ramin və Qadil var idi. Aralaşdıqdan sonra həmkəndlisi Zərərçəkmiş şəxs qapısının qarşısına getdilər. Aynurənin əmisi Zahirə məsələni başa salması üçün onu qapıya çağırmaq istədilər. Lakin qapıda yerləşən zəngi basmasına baxmayaraq onlar səslərini eşitmədikləri üçün oğlu Qadil və özü qapının qarşısından daş alaraq qapını döydülər. Lakin qapıya heç kim çıxmadığı üçün əlindəki daşı qapıya ataraq oradan evə gəldlər. Qapını daş ilə döyən zaman yaxınlıqda heç kim yox idi. Münaqişədən sonra evə gəldikdən sonra ayaqlarında da xəsarət olduğunu gördü. Məhəbbət Osmanova ilə münaqişə edən zaman Məhəbbəti vurmamışdır. Əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 16.06.2021-ci il tarixdə evdə yatan zaman qapıya daş vurma səsləri eşitdi və həyətə düşdü. Həmin vaxt həyətdəki quraqlığın üstünə də daş atıldığını gördü. Həmin vaxt həmkəndlisi Gülbahar Abdulxalıqovanın yoldan qışqırıq səslərinin gəldiyini eşitdi. Onun səsini arvadı Səidə tanıdı. Beləlikə qapısının üzərinə və quraqlığının üzərinə daş ataraq zədələyən şəxsin Gülbahar Abdulxalıqova və onun oğlu Qadir Abdulxalıqov olduğu ona məlum oldu. 17.06.2021-ci il tarixdə saat 01:00 radələrində Gülbahar artıq getdikdən sonra yola çıxdı və darvazası zədələndi. Daşların isə qapının qarşısında topa şəkildə yığıldığını gördü. Buna görə də "102” xidmətinə zəng edərək məlumat verdi. Qapısının əzilməsi, rənginin getməsi nəticəsində ona təxminən 200 manat maddi ziyan dəydi. Gülbahar onun qapısını səbəbsiz olaraq daşlamışdır. Gülbahar Abdulxalıqova ona heç bir xəsarət yetirməmişdir. Gülbaharın atdığı daşlar ona dəyməmişdir. Sonda isə Zərərçəkmiş şəxs X4 ilə barışmadğını bildirdi və onun barəsində qanunda nəzərdə tutulmuş müvafiq tədbirin görülməsini xahiş etdi. İşdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 24 iyun 2021-ci il tarixli qərarın surətindən görünür ki, baş vermiş hadisə ilə bağlı HK-1/665 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilərək X4 barəsində AR İXM-nin 232-1-ci maddəsi ilə protokol tərtib edilməsi məqsədilə qərarın surəti Qəbələ RPŞ-nin İTB-yə verilmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, X1 hərəkətlərində Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Məhkəmə iclasında işdə iştirak edən şəxslərin izahatları ilə X4 tərəfindən 16.06.2021-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus həyətin giriş darvazsına daş atması müəyyən edilsə də Gülbahar Abdulxalıqovanın özgənin əmlakını qəsdən məhv edərək maddi ziyan vurması faktı öz təsdiqini tapmır. Belə ki, Qəbələ RPŞ-nin təhqiqatçısı tərəfindən aparılmış araşdırma zamanı X3 Zahir Cuvan oğluna məxsus əmlakı ziyan vurmaq məqsədi ilə qəsdən zədələməsi müəyyən olunsa da, X4 həm məhkəmə iclasında, həm də iş materiallarında olan izahatlarında bu halları təkzib etmiş, Zərərçəkmiş şəxs və ailə üzvləri səslərini eşitmədikləri üçün oğlu Qadil və özü qapının qarşısından daş alaraq qapını döydüklərini və qapıya heç kim çıxmadığı üçün əlindəki daşı qapıya ataraq oradan getdiklərini bildirmişdir. Yəni, Gülbahar Abdulxalıqovanın hərəkətlərinin qəsdən özgənin əmlakının zədələnməsinə yönəlməsi məhkəmə iclasında sübuta yetmir. Eyni zamanda məhkəmə qeyd edir ki, Qəbələ Rayon Polis şöbəsinin sahə rəisi, polis leytenantı X7 tərəfindən aparılmış araşdırma zamanı Gülbahar Abdulxalıqova izahatında Zərərçəkmiş şəxs və ailə üzvləri səslərini eşitmədikləri üçün oğlu Qadil və özü qapının qarşısından daş alaraq qapını döydüklərini və qapıya heç kim çıxmadığı üçün əlindəki daşı qapıya ataraq oradan getdiklərini bildirmişdir. Lakin, təhqiqatçı heç bir şahid ifadəsi olmadan və hansı əsaslarla X1 əməlində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin yarandığını əsaslandırmadan, işin faktiki hallarına düzgün hüquqi qiymət verməyərək, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, onun barəsində əsassız olaraq həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib edilməli olduğunu göstərmişdir. Həmçinin İXM-nin 232-1-ci maddəsi ilə məsuliyyətin yaranması üçün təqsirli şəxsin əməlində qəsd olmalıdır. İXM-nə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmçinin İXM-nə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi həmin maddə ilə məsuliyyətin yaranması üçün təqsirli şəxsin əməlində qəsd olmalıdır. Hazırki halda X1 hərəkətlərində özgənin əmlakını qəsdən zədələməsinin və məhv etməsinin mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmadı. Ona görə də məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, tərtib edilmiş inzibati xəta haqqında protokoldan və məhkəmə iclasında araşdırılan sübutlardan göründüyü kimi X2 hərəkətlərində özgənin əmlakını qəsdən məhv etməsi və ya kimi hallar mövcud deyildir. Bütün bu qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, baş vermiş hadisədə Xəqani Əzizovun qəsdən Zərərçəkmiş şəxs məxsus həyətin darvazasına daş ataraq ona maddi ziyan vurması iş materialları ilə sübut olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, X1 özgənin əmlakına qəsdən zərər vurulması hər hansı sübutla öz təsdiqini tapmamışdır. Bu səbəbdən Gülbahar Abdulxalıqovanın hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-in 53.0, 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, X4 barəsində Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə əlaqədar başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işin icraatına, onun hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-365/2021
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-365/2021
23.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver