Məhkəmə qərarları › İş №3(025)-365/2022

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-365/2022

19.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-365/2022 19.08.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X4, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi X1 iştirakları ilə, xx.xx.2001-ci ildə Qəbələ rayonu, Nic qəsəbəsində anadan olmuş, Qəbələ rayonu, Nic qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Qəbələ Rayon Polis Şöbəsi tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair material baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs 30 iyun 2022-ci il tarixdən 30 iyul 2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs məxsus ovtomobildən bir ədəd tramblyor adlanan nəqliyyat vasitənin ehtiyyat hissəsini oğurlamışdır. Bu barədə Qəbələ Rayon Polis Şöbəsi tərəfindən 19 avqust 2022-ci tarixdə MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi Zamiq Nadirov izahatında göstərdi ki, Qəbələ rayon Polis Şöbəsinin təhqiqat qrupunun təhqiqatçısı polis leytenantl Toğrul Aslanlı tərəfindən aparılmış təhqiqat araşdırması zamanı Şəxs qarşı törədilmiş oğurluq əməlində inzibati xətanın tərkibi müəyyən edilmişdir. Təhqiqat zamanı həmin oğurluq əməlinin Şəxs tərəfindən törədildiyi müəyyən olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs onun yeznəsidir, həmin şəxsin vaz 2107 markalı nəqliyyat vasitəsi vardır. Təxminən 1 ay bundan qabaq Zərərçəkmiş şəxs qardaşı X2 yaşadığı ünvana işləməyə, onlara kömək etməyə getmişdir. Orada yeznəsinin nəqliyyat vasitəsinin motorxana hissəsindən bir ədəd tramblyor adlanan nəqliyyat vasitəsinin ehtiyyat hissəsini götürmüşdür. Tramblyoru götürüb özünə məxsus olan vaz 2106 markalı nəqliyyat vasitəsinə yerləşdirmişdir. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs qardaşı Alxasov Əggahın maşınını onun maşınının təmir etdirdiyi yerə gətirəndə nəqliyyat vasitəsinin motorxana hissəsində oğurladığı tramblyoru görmüş, daha sonra onun barəsində Qəbələ Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Sonda isə əməlindən peşiman olduğunu, oğurladığı tramblyoru qaytarılmasına və ya təzəsilə əvəz edilməsinə və ya dəymiş maddi ziyanın ödənilməsinə hazır olduğunu bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Şəxs onun qaynıdır. Onun özünə məxsus olan vaz 2107 markalı **-RP-*** dövlət qeydiyyat nişanlı, göy rəngli nəqliyyat vasitəsi vardır. Avtomobili həyəti balaca olduğu üçün qardaşı X2 Qəbələ rayon Nic qəsəbəsində yerləşən ünvanında saxlayır. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində qardaşı ona zəng edərək ona məxsus olan nəqliyyat vasitəsinin tramblyor adlanan ehtiyyat hissəsinin yerində olmadığını bildirmiş, həmin vaxtda dərhal oraya gəlmişdir. Qardaşından qohumların girib-girməyəcəyi və şübhələndiyi şəxslərin olub-olmaması barədə məlumat almış, lakin, qardaşı ilə tramblyoru oğurlayan şəxsin kimliyini müəyyənləşdirə bilməmişdir. xx.xx.2022-ci il tarixdə qardaşı ona məlumat verərək öz nəqliyyat vasitəsini Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən nəqliyyat vasitəsinə baxan bir nəfər şəxsin yanına gedib yoxlatdığını, orada qaynı Nic qəsəbə sakini Şəxs da olduğunu, həmin şəxsin özünə məxsus olan vaz 2106 markalı nəqliyyat vasitəsi yoxlatdırmağa gətirmiş, əvvəlcə qardaşının öz nəqliyyat vasitəsini yoxlatdığını, daha sonra Cahangirin nəqliyyat vasitəsi yoxlanıldıqda isə onun maşının motorxanasında ona məxsus tramblyorun eynisinin olduğunu bildirmişdir. Həmin gün qeyd olunan usta Nic qəsəbə sakini Dəmirov Xəqaninin ünvanına getdiyini, ona tramblyor lazım olduğunu bildirmiş, Xaqani Dəmirovun ona “məndə var ancaq köhnə tramblyordu”, demişdir. Qaynı Cahangirdə tramblyor olduğunu, haradansa atlb gətirdiyini, öz maşınına yerləşdirmək istəmiş, lakin, düz gəlmədiyindən tramblyorun üst qisminin maşına yerləşdirsə də, alt qismini yerləşdirə bilməmişdir. Buna görə də tam əmin oldu ki, ona məxsus olan tramblyoru qaynı Şəxs oğurlamışdır. xx.xx.2022-ci il tarxdə ərizə yazmaq üçün Qəbələ RPŞ-yə gəldikdə Şəxs həmin oğurluq əməlini etdiyini etiraf etmiş, ona 35 (otuz beş) manat miqdarında maddi ziyan dəymişdir. Sonda isə dəymiş maddi ziyanın tələb etmədiyini, Şəxs barəsində daha ağır cəza tədbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili X3 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs daha yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, prosess iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanılmış sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibаti Хətаlаr Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı ilə tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə Şəxs törətdiyi əməli etiraf edib səmimi peşimançılıq hissi keçirməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə barəsində inzibati icraat aparılan Şəxs şəxsiyyətini, iş üzrə məsuliyyətini yüngülləşdirən halı və işin digər hallarını, nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Məhkəmə hesab edir ki, barəsində inzibati icraat aparılan Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 160 (bir yüz altmış) saat ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vəsitəsilə və ya bilavəsitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. rlik edən imza Düzdür Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar