Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-365/2025 30.07.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, X12 Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1988-ci ildə Qəbələ rayonu, Yenikənd kəndində anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ rayonu, Yenikənd kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası 510-cu maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 510-cu maddəsi ilə ondan ötrü inzibati xəta haqqnda ptotokol (xx.xx.2025-ci il tarixli MN 2223391) tərtib edilmişdir ki, o, xx.xx.2025-ci il tarixdə saat 11:00 radələrində Qəbələ şəhərində Qəbələ RPŞ-nin giriş postuda ictimai yerdə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla xırda xuliqanlq etmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ rayonu, Yenikənd kəndində yaşayır. xx.xx.2025-ci il tarixdə evdə olarkən tanıdığı bir nəfər onunla əlaqə saxlayaraq Elnarə Mirzağayevanın şikayəti ilə bağlı Qəbələ rayonu Polis şöbəsinə gəlməsini tələb etmişdir. Həmin tarixdə o, Qəbələ RPŞ-yə gedərək qapı postuna yaxınlaşmış və Elnarə Mirzağayeva ilə heç bir əlaqəsi olmadığını bildirərək postda olan polis əməkdaşlarına öz etirazını bildirmşdir. NBM-də postda olan Yunis Məmmədov ondan ad soyad ata adını soruşduqda o yalnız adını demiş, onunla mübahisə etmiş və nalayiq ifadələr işlətmişdir. Sonra polis əməkdaşları onu Qəbələ RPŞ-nin inzibati binasına aparmışlar. İş üzrə şahid X3 göstərmişdir ki, o, Qəbələ RPŞ PPXB-nün polis nəfəri vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə RPŞ-nin X1 xidmətdə olarkən saat 11:00 radələrində bir nəfər şəxsin şöbənin giriş qapısının qarşısında səs-küy yaratmasını eşidib çölə çıxmış və qapının yaxınlığında adı sonradan məlum olan Qəbələ rayonu, Yenikənd kənd sakini Şəxs nalayiq ifadələr işlətməsini görüb Növbətçi Hissəyə bu barədə məlumat vermişdir. Növbətçi köməkçisi əvəzi, polis baş serjantı Bəkir Ağayev şöbənin giriş qapısına gəlmiş, onlar həmin şəxsə yaxınlaşmış və özlərini təqdim edib onu sakitləşdirməyə çalışaraq nə baş verməsini soruşmuşlar. Həmin şəxs “mənim Elanə Mirzağayeva ilə heç bir münasibətim olmayıb, mən ona heç nə etməmişəm, məni niyə olis şöbəsinə çağırırlar” və s. bu kimi sözlər deyərək uca səslə nalayiq ifadələr işlətməyə başlamışdır. Ondan sakitləşməsi və nalayiq ifadələr işlətməməsi tələb olunduqda isə bir qədər kənara çəkilərək camaatın hərəkət etdiyi küçədə uca səslə ünvansız nalayiq ifadələr işlətməyə davam etmişdir. Buna görə də, onu müvafiq qaydada sakitləşdirib barəsində qanuni tədbir görülməsi üçün şöbəyə gətirərək NH-yə təhvil vermişdilər. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati mnəsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi, şahidləri dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşdə olan Elektron informasiya sisteminin məlumatına əsasən Şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X6 adında uşaqları vardır. Şəxs himayəsində üç nəfər azyaşlı uşağı olması məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baş vermiş inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə tənbeh tədbiri tətbiq olunmalı və həbsetmənin müddəti təyin olunarkən onun məsuliyyətini yüngülləşdirən halın olması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 112, 115, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 30 iyul 2025-ci il tarixdən saat 15:15-dən hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(025)-365/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-365/2025
30.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver