Məhkəmə qərarları › İş №3(025)-366/2021

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-366/2021

09.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-366/2021 09.08.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ RPŞ-nin DYPB-nin YPX-nin inspektoru X2, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və müdafiəçi Vəkil iştirakları ilə, xx.xx.1989-cu ildə Qəbələ şəhərində anadan olmuş, Qəbələ rayonu, Daşca kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 18.06.2021-ci il tarixdə, saat 22:55 radələrində Qəbələ şəhəri, H.Əliyev prospekti ərazisində sürücülük vəsiqəsi olmadan Mersedes Benz 280 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən düzgün ara məsafəsi saxlamayaraq nəticədə onunla eyni istiqamətdə hərəkətdə olan Vaz 2103 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vuraraq avtomobilə maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası Qəbələ rayon YPX-nin inspektoru X1 Zərinə Habil qızının Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Azərbaycan Respublikası Qəbələ rayon YPX-nin inspektoru X3 izahatında bildirmişdir ki, Şəxs 18.06.2021-ci il tarixdə, saat 22:55 radələrində Qəbələ şəhəri, H.Əliyev prospekti ərazisində sürücülük vəsiqəsi olmadan Mersedes Benz 280 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən düzgün ara məsafəsi saxlamayaraq nəticədə onunla eyni istiqamətdə hərəkətdə olan Vaz 2103 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vuraraq avtomobilə maddi ziyan vurmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, idarə etdiyi Mercedes Benz 280 markalı ** BF *** dövlət nömrə nişanlı minik avtomobili mərhum atası Habil Qəribova məxsusdur, atası Habil Qəribov 20.09.2020-ci il tarixdə rəhmətə getmişdir. Buna görə də həmin avtomobili hal-hazırda o, idarə edir, avtomobili idarə etmək üçün etibarnaməsi, eləcə də sürücülük vəsiqəsi yoxdur. 18.06.2021-ci il tarixdə saat 22:55 radələrində sürücülük hüququ olmadan ayıq vəziyyətdə idarə etdiyi Mercedes Benz 280 markalı ** BF *** dövlət nömrə nişanlı minik avtomobili ilə Qəbələ şəhərinin mərkəzi istiqamətindən Heydər Əliyev prospekti ilə üzü Kanat əyləncə istiqamətinə doğru yolun sağ hərəkət zolağı ilə saatda təxminən 70-80 km saat sürəti ilə hərəkətdə idi, avtomobildə özü tək olmuş başqa kimsə olmamışdır. Heydər Əliyev prospekti ilə hərəkət edərək sağa tərəf Qəbələnd əyləncə mərkəzi istiqamətinə gedən ara yola daxil olub oradan Polad Həşimov küçəsinə çıxaraq həmin küçə ilə hərəkət edib yaşadığı evə getmək fikrində idi. Konfrans zalının qarşısına çatan zaman həmin vaxtı idarə etdiyi avtomobildən öndə üzü Kanat əyləncə mərkəzi istiqamətinə doğru Zərərçəkmiş şəxs idarə etdiyi Vaz 2103 markalı ** BB *** dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olmuşdur, Zərərçəkmiş şəxs idarə etdiyi avtomobil ilə idarə etdiyi avtomobil arasındakı məsafə təxminən 3 metr olardı. İdarə etdiyi avtomobil ilə Eltacın idarə etdiyi avtomobili soldan manevr edib keçmək istəyərkən Eltac idarə etdiyi avtomobil ilə sola istiqamətə geriyə tərəf döndüyü üçün avtomobili keçə bilməyərək idarə etdiyi avtomobilin ön sol tərəfi ilə Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin arxa sol tərəfindən vurmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı heç bir bədən xəsarəti almamışdır. Qarşı tərəf isə dəymiş zərərə görə böyük məbləğ tələb edir. Törətdiyi əməlindən peşimandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 18.06.2021-ci il tarixdə saat 22:55 radələrində sürücülük hüququ olmaqla ayıq vəziyyətdə idarə etdiyi vaz 2103 markalı ** BB *** dövlət nömrə nişanlı minik avtomobili ilə Qəbələ şəhəri Heydər Əliyev prospekti ilə şəhər mərkəzindən üzü Kanat əyləncə mərkəzi istiqamətinə doğru saatda 50-60 km sürrətlə hərəkət edirdi. Avtomobildə özündən başqa kimsə olmamış özü tək idi. İdarə etdiyi avtomobil ilə hərəkətdə olub Konfrans zalın qarşısına çatıb dönmə işarəsini bildirən kəsik-kəsik xətlərdən sola dönmə işarəsini bildirən işığını yandırmaqla geriyə dönmək istəyərkən həmin vaxtı eyni istiqamətdən gələn Şəxs idarə etdiyi Mercedes Benz ** BF *** dövlət nömrə nişanlı minik avtomobili ilə idarə etdiyi avtomobilin arxa sol tərəfindən vurmaqla hadisə törətmişdir. Hadisə zamanı avtomobilinə maddi ziyan dəyməklə özü xəsarət almışdır. Avtomobilinə dəymiş zərərin ödənilməsini tələb edir. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs daha yüngül tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, prosess iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanılmış sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4cü maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə Şəxs törətdiyi əməli etiraf edərək peşimançılıq hissi keçirməsini məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-1377-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbəblə Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar