Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-368/2025 01.08.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, X9 Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1982-ci ildə Qəbələ şəhərində anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ şəhəri, Elçin Kərimov küçəsi ev 16-da qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası 510-cu maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 510-cu maddəsi ilə ondan ötrü inzibati xəta haqqnda ptotokol (xx.xx.2025-ci il tarixli MN 2223349) tərtib edilmişdir ki, o, xx.xx.2025-ci il tarixdə saat 18:00 radələrində Qəbələ rayonu, Həmzəlli kəndində yerləşən “Bəy-Bağı” adlı restoranın qarşısında ictimai yerdə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla xırda xuliqanlq etmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ şəhəri, Elçin Kərimov küçəsi ev 16-da yaşayır. xx.xx.2025-ci il tarixdə təxminən saat 16:00 radələrində istirahət etmək məqsədilə Qəbələ rayonu Həmzəlli kəndində magistral yolun kənarında yerləşən “Bəy-Bağı” adlı restorana gedərək, orada spirtli içki qəbul etmiş, digər vətəndaşlar ilə mübahisə edib nalayiq ifadələr işlətmişdir. Lakin ayıldıqdan sonra əməlindən peşman olmuşdur. Ona görə də, inzibati məsuliyyətdən azad edilməsini xahiş edir. İş üzrə şahid X4 göstərmişdir ki, o, Qəbələ RPŞ PPXB-nün polis nəfəri vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə təxminən saat 18:00 radələrində Qəbələ şəhəri ərazisində 2 saylı dislokasiya üzrə Qəbələ RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Elşən Cavadov oğlu ilə birlikdə **-AP-*** dövlət qeydiyyat nömrə nişanlı, “JAC” markalı avtomobillə avtopatrulda xidmətdə olarkən adı sonradan onlara məlum olan Qəbələ şəhər sakini Şəxs Qəbələ rayonu Həmzəlli kəndində magistral yolun kənarında yerləşən “Bəy-Bağı” adlı restoranın qarşısında, ictimai yerdə uca səslə digər vətəndaşların yanında nalayiq ifadələr səsləndirərək söyüşlər söydüyünü, nizamsız hərəkətlər etdiyini görmüşdülər. Onlar həmin şəxsə yaxınlaşdıqda, o, uca səslə səs-küy etmiş, ünvanlı-ünvansız söyüşlər söyərək restoranda olan və yolla keçən digər şəxslərin diqqətini özünə cəlb edərək nümayişkaranə şəkildə ictimai qaydanı pozaraq, xırda xuliqanlıq hərəkətləri etmişdir. Onlar özlərini təqdim edərək, onu sakitləşdirərək nə baş verdiyini öyrənməyə çalışdıqda, lakin nitqi tam anlaşılmamış, nəfəs qoxusundan spirtli içki qəbul etməsi açıqca hiss olunmuşdur. Onu sakitləşdirməyə çalışsalarda, o hərəkətlərinə son qoymasını, bu hərəkətləriylə ictimai qaydanı pozduğunu, barəsində qanuni tədbir görülməsi məqsədilə polis şöbəsinə gəlməsini bildirsələr də, lakin həmin şəxs özünü idarə edə bilməmiş, nizamsız hərəkətlərinə davam etmişdir. Şəxs ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri etdiyi üçün barəsində qanuni tədbir görülməsi məqsədilə polis şöbəsinə gətirilərək NH-yə təhvil vermişdilər. İşdə olan xx.xx.2025-cü il tarixli 206 nömrəli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə Protokolunun surətinə əsasən müayinə olunan Şəxs orta dərəcəli sərxoşluq (0,4 pr.m) aşkar edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs həmin tarixdə saat 2100-da AR İXM-nin 510-cu maddəsi ilə tutulmuşdur. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati mnəsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi, şahidləri dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşdə olan Elektron informasiya sisteminin məlumatına əsasən Şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 adında uşaqları vardır. Şəxs himayəsində iki nəfər azyaşlı uşağı olması məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baş vermiş inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə tənbeh tədbiri tətbiq olunmalı və həbsetmənin müddəti təyin olunarkən onun məsuliyyətini yüngülləşdirən halın olması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 112, 115, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 7 (yeddi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 31 iyul 2025-ci il tarixdən saat 21:00-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(025)-368/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-368/2025
01.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver