Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-369/2025 04.08.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, X18 Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin rəisi İ dərəcəli ədliyyə qulluqçusu X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Vəkil iştirakı ilə, xx.xx.1991-ci ildə Qəbələ rayonu, Nohurqışlaq kəndində anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ rayonu, Nohurqışlaq kəndində qeydiyyatda olan Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallara açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2025-ci il tarixli MN 2326656) tərtib olunmuşdur ki, iddiaçı X8 məxsus olan komplekt (sırğa və üzük) çəkisi 9,5 qram əyarı 583 - 760 manat, komplekt (boyunbağı və qolbaq) çəkisi 20 qram əyarı 583 - 1600 manat, nişan üzüyü çəkisi 11 qram əyarı 583 - 880 manat, qaşlı üzük çəkisi 4.5 qram əyarı 583 - 360 manat, tək üzük çəkisi 3,5 qram əyarı 583 əyarı 280 manata aid hissədə qismən təmin edilməsi, komplekt (sırğa və üzük) çəkisi 9,5 qram əyarı 583 - 760 manat, komplekt (boyunbağı və qolbaq) çəkisi 20 qram əyarı 583 - 1600 manat, nişan üzüyü çəkisi 11 qram əyarı 583 - 880 manat, qaşlı üzük çəkisi 4.5 qram əyarı 583 - 360 manat, çəkisi 3,5 qram əyarı 583 əyarı 280 manat tək üzük, qətnamə icra edilən zaman əşyalar naturada olmadıqda onların dəyərinin və cehiz əşyaların ( mebel dəsti (divan, 2 ədəd kreslo, servant, şifoner, boylama güzgü, böyük stol, 6 ədəd stul dəst); 1 ədəd xalça, 2 ədəd çilçıraq, 2 ədəd gecə lampası, 1 ədəd tumba (televizor altı), 1 ədəd ütü stolu, 2 ədəd çaydan, 1 ədəd tozsoran, 1 ədəd dişi inək) qaytarılması barədə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(107)-981/2023 saylı; xx.xx.2024-cü il tarixdə vəfat etmiş X3 doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X12 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü hər ay hər bir uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi barədə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(025)-823/2024 saylı; Birgə nikahlarından anadan olmuş 19 avqust 2014-cü il təvəllüdlü X12 və 11 fevral 2016-cı il təvəllüdlü X1 ötrü 27 sentyabr 2022-ci il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq X8 verilməsi barədə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-43/2023 saylı; Birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X12 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü xx.xx.2025-ci il tarixdən başlayaraq Zərərçəkmiş şəxs xeyrinə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (sonrakı artımlar nəzərə alınmaqla) 0,49 mislinə uyğun sabit pul məbləğində (hər bir uşaq üçün ) aliment ödəməsi barədə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(025)-65/2025 saylı icra sənədi üzrə tələbi üzürsüz səbəbdən icra etməmişdir. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, X8 məxsus olan komplekt (sırğa və üzük) çəkisi 9,5 qram əyarı 583 - 760 manat, komplekt (boyunbağı və qolbaq) çəkisi 20 qram əyarı 583 - 1600 manat, nişan üzüyü çəkisi 11 qram əyarı 583 - 880 manat, qaşlı üzük çəkisi 4.5 qram əyarı 583 - 360 manat, tək üzük çəkisi 3,5 qram əyarı 583 əyarı 280 manata aid hissədə qismən təmin edilməsi, komplekt (sırğa və üzük) çəkisi 9,5 qram əyarı 583 - 760 manat, komplekt (boyunbağı və qolbaq) çəkisi 20 qram əyarı 583 - 1600 manat, nişan üzüyü çəkisi 11 qram əyarı 583 - 880 manat, qaşlı üzük çəkisi 4.5 qram əyarı 583 - 360 manat, çəkisi 3,5 qram əyarı 583 əyarı 280 manat tək üzük, qətnamə icra edilən zaman əşyalar naturada olmadıqda onların dəyərinin və cehiz əşyaların ( mebel dəsti (divan, 2 ədəd kreslo, servant, şifoner, boylama güzgü, böyük stol, 6 ədəd stul dəst); 1 ədəd xalça, 2 ədəd çilçıraq, 2 ədəd gecə lampası, 1 ədəd tumba (televizor altı), 1 ədəd ütü stolu, 2 ədəd çaydan, 1 ədəd tozsoran, 1 ədəd dişi inək) qaytarılması barədə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(107)-981/2023 saylı; xx.xx.2024-cü il tarixdə vəfat etmiş X3 doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X12 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü hər ay hər bir uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi barədə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(025)-823/2024 saylı; Birgə nikahlarından anadan olmuş 19 avqust 2014-cü il təvəllüdlü X12 və 11 fevral 2016-cı il təvəllüdlü X1 ötrü 27 sentyabr 2022-ci il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq X8 verilməsi barədə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-43/2023 saylı; Birgə nikahdan doğulmuş xx.xx.2014cü il təvəllüdlü X12 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü xx.xx.2025-ci il tarixdən başlayaraq Zərərçəkmiş şəxs xeyrinə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (sonrakı artımlar nəzərə alınmaqla) 0,49 mislinə uyğun sabit pul məbləğində (hər bir uşaq üçün ) aliment ödəməsi barədə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 8(025)-65/2025 saylı icra sənədi üzrə tələbləri ödəməməsi üzürsüz səbəbdən olmamışdır. Belə ki, o, həmin icra sənədləri üzrə hissə-hissə ödənişlər edərək cəmi 3434,0 manat ödəmiş, lakin maddi imkanı olmadığından hesablanmış məbləği tam şəkildə ödəyə bilmədiyi üçün 7415 manat ödənilməmiş aliment borcu yaranmışdır. Alimenti fəhlə kimi təsadüfi işlərin görülməsindən əldə etdiyi qazancla ödəyir və imkan daxilində borcunu tam şəkildə ödəmək niyyətindədir. X8 məxsus olan qızıl-zinət əşyaları onda yoxdur, cehiz əmlakı isə Qəbələ rayonundakı ev satıldığı üçün Bakı şəhərinə aparılb yeni alınan evə yığmışlar. X8 məxsus olan cehiz əmlakın qaytarılmasına heç vaxt etiraz etməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərmişdir ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-43/2023 saylı, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(025)-823/2024 saylı, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(025)-65/2025 saylı icra sənədləri üzrə borclu Şəxs ümumilikdə 3437 manat aliment ödəyərək 7415 manat borclu qalmış, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(107)-981/2023 saylı icra sənədi üzrə cehiz və qızıl-zinət əşyaların qaytarılması təmin edilməmişdir. Həmin icra sənədləri üzrə tələblərin hər birinin tam şəkildə birdəfəlik ödəməsini Şəxs tələb edir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(107)-981/2023 saylı icra vərəqəsinə əsasən komplekt (sırğa və üzük) çəkisi 9,5 qram əyarı 583 - 760 manat, komplekt (boyunbağı və qolbaq) çəkisi 20 qram əyarı 583 - 1600 manat, nişan üzüyü çəkisi 11 qram əyarı 583 - 880 manat, qaşlı üzük çəkisi 4.5 qram əyarı 583 - 360 manat, tək üzük çəkisi 3,5 qram əyarı 583 əyarı 280 manata aid hissədə qismən təmin edilməli, komplekt (sırğa və üzük) çəkisi 9,5 qram əyarı 583 - 760 manat, komplekt (boyunbağı və qolbaq) çəkisi 20 qram əyarı 583 - 1600 manat, nişan üzüyü çəkisi 11 qram əyarı 583 - 880 manat, qaşlı üzük çəkisi 4.5 qram əyarı 583 - 360 manat, çəkisi 3,5 qram əyarı 583 əyarı 280 manat tək üzük, qətnamə icra edilən zaman əşyalar naturada olmadıqda onların dəyəri cavabdeh Şəxs alınaraq iddiaçı X8 verilməli, iddiaçı X8 məxsus aşağıdakı cehiz əşyaları: mebel dəsti (divan, 2 ədəd kreslo, servant, şifoner, boylama güzgü, böyük stol, 6 ədəd stul dəst); 1 ədəd xalça, 2 ədəd çilçıraq, 2 ədəd gecə lampası, 1 ədəd tumba (televizor altı), 1 ədəd ütü stolu, 2 ədəd çaydan, 1 ədəd tozsoran, 1 ədəd dişi inək cavabdehlər Şəxs, X4 və X5 alınıb ona qaytarılmalı, cavabdehlərdən müştərək qaydada 72,25 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməli, ödənilmiş 49,75 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(025)-823/2024 saylı icra vərəqəsinə əsasən xx.xx.2024-cü il tarixdə vəfat etmiş X3 doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X12 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü cavabdeh Şəxs tutulan alimentin miqdarı artırılaraq hər ay hər bir uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində müəyyən edilməsi və iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-43/2023 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs ilə iddiaçı X11 arasında 17 oktyabr 2013-cü il tarixdə bağlanmış və Qəbələ rayon Nohurqışlaq kənd İnzibati Ərazi Nümayəndəliyi tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 17 nömrə ilə qeyd edilmiş nikah pozulmalı, tərəflərin birgə nikahlarından anadan olmuş 19 avqust 2014-cü il təvəllüdlü X9 və 11 fevral 2016-cı il təvəllüdlü X6 anası X7 yanında qalmasının müəyyən edilməli, cavabdeh Şəxs 27 sentyabr 2022-ci il tarixdən başlayaraq, 19 avqust 2014-cü il təvəllüdlü X9 və 11 fevral 2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq X8 verilməlidir. İşdə olan xx.xx.2025-ci il tarixli, 8(025)-65/2025 saylı icra vərəqəsinə əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(025)-823/2024 saylı qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X12 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü Zərərçəkmiş şəxs xeyrinə Şəxs tutulan alimentin məbləği (hər bir uşaq üçün ayda 170,0 manat) indeksasiya məqsədilə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (sonrakı artımlar nəzərə alınmaqla) 0,49 mislinə uyğun sabit pul məbləğində (hər bir uşaq üçün ) müəyyən edilməlidir. İşdə olan Qəbələ Rayon İcra Qrupunun xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” Qərarının surətinə əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-43/2023 nömrəli icra sənədi üzrə icraat başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi təklif edilmişdir. İşdə olan AR-nın ƏN Qəbələ Rayon İcra Qrupu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli e61423/2023-11-11-004 nömrəli bildirişin surətinə əsasən borclu Şəxs Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-43/2023 nömrəli icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi tələb olunmuşdur. İşdə olan Qəbələ Rayon İcra Qrupunun xx.xx.2025-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarının surətinə əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(025)-65/2025 nömrəli icra sənədi üzrə icraat başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi təklif edilmişdir. İşdə olan AR-nın ƏN Qəbələ Rayon İcra Qrupu tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli e65727/2025-11-6 nömrəli bildirişin surətinə əsasən borclu Şəxs Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(025)-65/2025 nömrəli icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi tələb olunmuşdur. İşdə olan Qəbələ rayon İPŞ-nin xx.xx.2025-ci il tarixli borclunun axtarışı haqqında qərarının surətinə əsasən bildirilmişdir ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(025)- 823/2024 nömrəli icra sənədi üzrə borclu Şəxs icra yerinə gəlmədiyindən və yaşadığı yerdə tapılmadığından haqqında axtarış elan edilmişdir. İşdə olan Qəbələ Rayon İcra Qrupunun xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” Qərarının surətinə əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(025)-823/2024 nömrəli icra sənədi üzrə icraat başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi təklif edilmişdir. İşdə olan AR-nın ƏN Qəbələ Rayon İcra Qrupu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, e288002/2024-11-6-004 nömrəli bildirişin surətinə əsasən borclu Şəxs Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(025)-823/2024 nömrəli icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi tələb olunmuşdur. İşdə olan Qəbələ Rayon İcra Qrupunun xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” Qərarının surətinə əsasən Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(107)-981/2023 nömrəli icra sənədi üzrə icraat başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi təklif edilmişdir. İşdə olan AR-nın ƏN Qəbələ Rayon İcra Qrupu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, e272369/2023-11-5 nömrəli bildirişin surətinə əsasən borclu Şəxs Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(107)-981/2023 nömrəli icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi tələb olunmuşdur. İşdə olan Qəbələ Rayon Məhkəməmisnin xx.xx.2024-cü il tarixli, 8(025)-1/2024 nömrəli qərardadına əsasən, Şəxs ölkədən getmək hüququ müvəqqəti, qətnamə icra olunana qədər məhdudlaşdırılmışdır. İşdə olan Qəbələ rayon polis şöbəsinin xx.xx.2025-ci il tarixli, 5 № 13-13-89/2-22115 nömrəli məlumata əsasən xx.xx.1991-ci il təvəllüdlü Şəxs barəsində xx.xx.2025-ci il tarixdə 590205 nömrəli axtarış işi açılmışdır. İşdə olan AR ƏN Qəbələ Rİ və Probasiya şöbəsi tərəfindən verilmiş arayışa əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-43/2023 saylı, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(025)-823/2024 saylı, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(025)-65/2025 saylı icra sənədləri üzrə Şəxs tələbkara ümumilikdə 3437 manat aliment ödəmiş 7415 manat ödənilməmiş aliment borcu qalmış, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(107)-981/2023 saylı icra sənədi üzrə cehiz və qızıl-zinət əşyalarına aid olan hissədə də icra sənədi icra edilməmişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi və icra sənədi üzrə tələbkarı dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 04 avqust 2025-ci il tarixdən saat 16:15-dən hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(025)-369/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-369/2025
04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver