Məhkəmə qərarları › İş №3(025)-37/2021

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(025)-37/2021

13.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(025)-37/2021 13.01.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi ilə X1 Suraxanı RPİ DYP-nin 29.12.2020-ci il tarixli protokolundan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 barəsində tərtib olunmuş inzibati protokoldan 13.01.2021-ci il tarixdə Qəbələ Rayon Məhkəməsinə şikayət vermişdir. Məhkəmə şikayət ərizəsini araşdırıraq hesab edir ki, X1 şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Şikayət ərizəsindən göründüyü kimi, X2 barəsində 29.12.2020-ci il tarixdə protokol tərtib edilsə də, bu barədə qərar qəbul edilməsini təsdiq edən hər hansı bir sənəd şikayət ərizəsinə əlavə edilməmişdir. Eyni zamanda X2 onun barəsində tərtib edilən protokolun surətini də şikayət ərizəsinə əlavə etməmişdir. Digər tərəfdən mövcud qanunvericilikdə inzibati xəta haqqında protokoldan şikayət vermək hüququ nəzərdə tutulmamışdır. Göründüyü kimi, X2 tərəfindən isə protokol mübahisələndirilmiş, lakin ya protokol, ya da protokol əsasında qəbul edilmiş qərar barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nın 128-ci maddəsini rəhbər tutaraq hesab edir ki, X1 Suraxanı RPİ DYP-nin 29.12.2020-ci il tarixli protokolundan verdiyi şikayət geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nın 128-ci maddəsini rəhbər tutaraq, QƏRARA A L D İ: X2 tərəfindən 29.12.2020-ci il tarixli protokoldan verilən şikayət geri qaytarılsın. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar