Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-37/2023 03.02.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Şahverən oğlunun iştirakları ilə 27 avqust 1985-ci il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Qəbələ rayonu Vəndam qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Şahverən oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 18 yanvar 2023-cü il tarixdə Qəbələ rayon Polis şöbəsindən Şəxs Şahverən oğlu barəsində tərtib olunmuş inzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs Şahverən oğlu xx.xx.2023cü il tarixdə Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisində domino daşları ilə qumar oynamışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 525-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, 18 yanvar 2023-cü il tarixli İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X3 göstərdi ki, Şəxs Şahverən oğlu xx.xx.2023-cü il tarixdə Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisində domino daşları ilə qumar oynamışdır. Onların qumar oynamaları video vasitəsi ilə çəkilmişdir. Həmin fakt üzrə X4 barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Şahverən oğlu özünü Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə təqsirli bildi və izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 19:30 radələrində yaşadığı Qəbələ rayon Vəndam qəsəbəsinin mərkəzində gəlmişdir. Mərkəzdə olarkən, həmkəndlisi olan Şahid2lə qarşılaşmışdır. O, Pərvinə demiş ki, Qorxmaz adlı şəxsin çay evində tanışları olan Rüfət və Nurlan domino oyanır və onlara baxsınlar. Qorxmazın çay evinə girəndə Nurlanla Rüfətin puldan domino oynadıqlarını görmüşlər. O, Nurlanla Rüfətdən neçə manatdan domino oynadıqlarını soruşub, domino oynamaq istədiyini onlara bildirmişdir. Həmin adlarını qeyd etdiyi şəxslər hər oyunu 20 qəpikdən oynadıqlarını ona demişlər. Onlarla razılaşmış və hər oyunu 20 qəpikdən Şahid1 və Rüfət Mustafayevlə birlikdə domino daşı oynamışlar. Törətdiyi əməldən çox peşimandır, gələcəkdə bu hallara yol verməyəcəkdir. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2023cü il tarixdə saat təxminən 19:20 radələrində yaşadığı Qəbələ rayon Vəndam qəsəbəsində Qorxmaz adlı şəxsin çay evində tanışı olan Rüfət Mustafayevlə domino oyunundan pul ilə qumar oynamışlar. Sonrada tanışı olan Şəxs və Şahid2 oraya gəlmişlər. Şəxs onlardan hər oyunu neçədən oynadıqlarını soruşmuşdur. Ona hər oyunu 20 qəpikdən oynamışlar. Bundan sonra Şəxsla onlarla razılaşmış və onlara qoşulmuşdur. Bundan sonra o, Şəxs və Rüfət Mustafayev birlikdə domino daşı ilə qumar oynamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2023cü il tarixində 19:30 radələrində ailəsi ilə evdən çıxmış və bacanağıgilə sistem köçürtməyə getmişdir. Ailəsini düşürdükdən sonra sistem bitənə kimi mağazaya getmişdir. Yarım saat orda oturub günlük haqq-hesab etdikdən sonra Qorxmazın çayxanasına getmişdir. İçəri girdikdə məhəllə uşaqlarının bir masada oturduğunu görmüş və onlara yaxınlaşmışdır. Masada İsmayıl, Rufət və Nurlan olmuşdur. Onlar domino oynamışlar və o da onları tanıdıqları üçün 10-15 dəqiqə başları üstündə oyunlarına baxmışdır. Sonra isə stolu çəkib orada oturmuşdur. Təxminən 10-15 dəqiqə sonra mülki geyimdə bir şəxs, Post patrulun isə 2 əməkdaşı əllərində çəkiliş içəri daxil olmuşlar. O, həmin vaxt domino oynamamışdır. Çəkilişdə də onun domino oynamaması görünməkdədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qəbələ RPŞ-nin İTB-nin polis saghə rəisi, polis leytenantı X8 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 20:40 radələrind Qəbələ rayonu, Vəndam qəsəbəsinin mərkəzində Qorxmaz Ələsgərovun işlətdiyi çay evində qumar oyunu oyanılması barədə məlumat əldə etmişdir. Məlumat əsasında Vəndam qəsəbəsində gündəlik xidmət aparan Post Patrul Xidməti Bölüyünün polis nəfərləri Arzu Bayramovla və Namiq Əliyevlə birlikdə sözügedən çay evinə girmişlər, həmin vaxtları adları sonradan məlum olan Şahid1, Rüfət Mustafayevin, Şəxs və Şahid2 domino adlı oyun daşı ilə puldan qumar oyunu oynadıqlarını aşkar etmişdir. Həmin şəxslər barələrində qanuni tədbir görülməsi üçün tərəflərindən Qəbələ RPŞ-yə gətirilmiş və NH-yə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Qəbələ rayonu, Vəndam qəsəbəsində icra əsasında çayxana işlədir. Çayxanada çay və kofe verir. Eyni zamanda çayxanaya gələn şəxslər nərd və domino oynayırlar. xx.xx.2023-cü il tarixdə evlərinə çay və su alaraq evlərinə getmiş, oğluna isə tez zamanda qayıdacağını bildirmişdir. Həmin vaxt Şəxs Şahverən oğlu, Şahid3, Şahid1 və Şahid2 çay pulundan domino oynamışlar. Onların qumar oynamasından xəbəri olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 17 yanvar 2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə Qəbələ rayonu Vəndam qəsəbəsində çay evində qumar oyunu oynayan zaman 27 ədəd domino daşı, 2 ədəd 5 manatlıq pul əskinazı, 5 ədəd 1 manatlıq pul əskinazı maddi sübut olaraq götürülmüşdür. Aktın doğruluğunu, Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytnantı X3, Şəxs Şahverən oğlu, Şahid3, Şahid1 və Şahid2 öz imzaları ilə təsdiq etmişlər. - Məhkəmə baxışında hadisənin görüntülərini əks etdirən DVD diskə baxış keçirilərkən Şəxs Şahverən oğlunun Şahid3, Şahid1 və Şahid2 ilə birlikə qumar oynaması müəyyən olunmuşdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Şahverən oğlunun Azərbaycan Respublikası İXM-in 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir, Şəxs Şahverən oğlunun qumar oynaması özünün etirafedici izahatı, həmçinin İXH-da protokola əlavə edilmiş hadisənin görüntülərini əks etdirən DVD diskə baxış keçirilərkən və tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapır. Belə ki, Azərbaycan Respublikası İXM-in 525-ci maddəsinə əsasən, Qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə - oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şahverən oğlunun törətdiyi xətanı etiraf edib peşman olmasını əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şahverən oğlunun əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Şahverən oğlunun şəxsiyyətini nəzərə almaqla hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 525-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməli, oyun ləvazimatı olan 27 (iyirmi yeddi) ədəd domino daşları məhv olunmalı, inzibati xətanın bilavasitə obyekti olmuş predmet – 2 ədəd 5 (beş) manatlıq, 5 ədəd 1 (bir) manatlıq pul əskinazı dövlət nəfinə müsadirə olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Şahverən oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 3000 (üç min) manat inzibati cərimə tənbeh növü tətbiq edilsin. Oyun ləvazimatı olan 27 (iyirmi yeddi) ədəd domino daşları məhv olunsun. İnzibati xətanın bilavasitə obyekti olmuş predmet - 2 ədəd 5 (beş) manatlıq, 5 ədəd 1 (bir) manatlıq pul əskinazı dövlət nəfinə müsadirə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-37/2023
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-37/2023
03.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver