Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-37/2024 06.02.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi polis kapitanı X1 və barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1967-ci ildə Qəbələ rayonu, Xırxatala kəndində anadan olmuş, Qəbələ rayonu, Xırxatala kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 22 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞ İTB-nin sahə rəisi polis baş kapitanı X1 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Protokolda göstərilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 10:10 radələrində Qəbələ rayonu Tikanlı kəndi ərazisində ona xüsusi icazə əsasında verilmiş 12959 nömrəli İJ markalı mülki ov silahının saxlama və daşınması ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalarını pozduğu üçün barəsində Azərbaycan Respublikasının İXM-nin 590.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, 22 yanvar 2024-cü il tarixli həmin inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi polis kapitanı X1 göstərdi ki, xx.xx.2024-ci il tarixdə icraatına daxil olmuş Qəbələ RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı Əmrah Rəhimovun həmin tarixdə saat təxminən 10:10 radələrində xidməti ərazisi olan Qəbələ rayonu Tikanlı kəndində İTB-nin polis sahə nəfəri polis baş serjantı Babaşov Rəcəb Zübeyir oğlu ilə xidmətdə olarkən Tikanlı kəndinin ərazisindən keçən "Bum çayı" adlanan çayın kənarı ile çiynində hazır vəziyyətdə mülki ov silahı ilə hərəkət edən Qəbələ rayon Xırxatala kənd sakini Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmaması barədə raportu əsasında aparılan araşdırma zamanı Qəbələ rayon Xırxatala kənd sakini Şəxs ona xüsusi icazə əsasında verilmiş 1 (bir) ədəd qundaq, bala qundaq ve lülə nömrəsi 12959 olan, "İJ" markalı, tək lülə mülki ov silahının saxlanma va daşınması qaydasını pozduğu üçün həmin fakt üzrə Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 590.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 590.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, həmin mülki ov silahı ona babasından yadigar qalmışdır və 2013-cü il tarixdə sənədləşdirmişdir. Ov silahının daşınması və saxlanması qaydaları ilə tanışdır, lakin ovçuluqla məşğul olmur. xx.xx.2024-cü il tarixdə ov silahını həmin ərazidə, yəni Bum çayının kənarında vəhşi heyvanlardan qorunmaq məqsədi ilə götürmüşdür. Sonda isə məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş kapitanı X1 tərəfindən tərtib edilmiş MN ******* nömrəli, 22 yanvar 2024-cü il tarixli inzibati xəta haqqında protokolu nəzərdən keçirib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulan əməli özünün etirafı və işin digər materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan 22 yanvar 2024-cü il tarixli “Mülki ov silahının növbətçi hissəyə təhvil verilməsi və sənədlərin vətəndaşa təhvil verilməsi barədə” aktlardan görünür ki, Qəbələ RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X1, İTB-nin polis sahə nəfəri, polis baş serjantı Babaşov Rəcəb Zübeyir oğlu və barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs iştirakı ilə tərtib edilmiş həmin akt ondan ötrüdür ki, Qəbələ rayonu, Xırxatala kənd sakini Şəxs məxsus 1(bir) ədəd qundaq, bala qundaq və lülə hissəsi 1959-cu il istehsalı “İJ” markalı, 12959 nömrəli, tək lülə, 16(on altı) kalibrli qanuni mülki ov silahı və həmin silahda istifadəsi nəzərdə tutulan 6 ədəd parton götürülərək Qəbələ rayon polis şöbəsinin Növbətçi Hissənə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ rayon polis şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş 02 nömrəli şəhadətnamənin surətindən görünür ki, 1 ədəd tək lülə, 16 kalibrli 12959 saylı, 1970-ci il istehsalı ov silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün Şəxs verilmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 590.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində ov tüfəngi müsadirə edilməklə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olmuş 1 ədəd qundaq, bala qundaq və lülə hissəsi 1959-cu il istehsalı “İJ” markalı, 12959 nömrəli, tək lülə, 16 (on altı) kalibrli mülki ov silahı və həmin silahda istifadəsi nəzərdə tutulan 6 ədəd parton müsadirə edilməklə, barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qərarın icrası Qəbələ rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-37/2024
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-37/2024
06.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver