Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-37/2025 11.04.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 nümayəndəsi Vəkil iştirakı ilə, AR Səhiyyə Nazirliyinin «inzibati tənbeh tətbiq etmə haqqında» xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: AR Səhiyyə Nazirliyinin «inzibati tənbeh tətbiq etmə haqqında» xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarı ilə X4 (VÖEN: **********) Qəbələ şəhəri, H.Əliyev pr-ti 27-də lisenziya olmadan özəl tibbi (kosmetoloji) fəaliyyətlə məşğul olduğuna görə Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsi ilə 5000,0 manat cərimə olunmuşdur. Barəsində «inzibati tənbeh tətbiq etmə haqqında» qərar qəbul edilmiş şəxs məhkəməyə şikayət edib həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi Vəkil izahatında göstərmişdir ki, X1 şəhəri, H.Əliyev pr-ti 27-də “Nubu Byutı” gözəllik salonu açaraq fərdi sahibkar statusu ilə AR VN 10 saylı Ərazi İdarəsində qeydiyyata alınmış (VÖEN: **********) və 2024-cü ilin avqust ayınadək lazer epillyasiya xidməti göstərmişdir. Fəaliyyət göstərdiyi müddətdə o, dövlətə vergi ödəmiş və ona qarşı heç bir tələb irəli sürülməmişdir. Qəbələ şəhərində hal-hazırda lazer epillyasiya xidməti göstərən salonların heç birinın lisenziyası olmadığından xidmətin tibbi fəaliyyət hesab edildiyini və bunun üçün lisenziya tələb olunduğunu bilməmişdir. xx.xx.2024-cü il tarixində AR VN 10 saylı Ərazi İdarəsinin əməkdaşları tərəfindən ona qanunsuz xidmət göstərməsi ilə bağlı xəbərdarlıq edilmiş və barəsində AR İXM-nin 398-ci maddəsi ilə tərtib edilən «inzibati xəta haqqında» protokol tərtib edilərək 480,0 manat məbləğində cərimə edilmişdir. X4 həmin vaxtdan etibarən fəaliyyətini dayandırmış və qeyd olunan ünvanda lazer epillyasiya xidməti göstərməmişdir. xx.xx.2024-cü il tarixdə AR Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən yoxlama aparılarkən X1 şəhəri, H.Əliyev pr-ti 27-də fəaliyyət göstərən Nubu Byutı” gözəllik salonunda olmamış və lazer epillyasiya xidməti göstərməmişdir. Həmin vaxt “Nubu Byutı” gözəllik salonunda lazer epillyasiya xidməti göstərildiyi aşkar edilməmiş və bunu təsdiq edən heç bir sübut toplamamışdır. X4 barəsində AR İXM-nin 210.1-ci maddəsi ilə tərtib edilən xx.xx.2024-cü il tarixli MN ******* nömrəli “inzibati xəta haqqında” protokol qanunsuz olduğundan AR Səhiyyə Nazirliyinin «inzibati tənbeh tətbiq etmə haqqında» «inzibati tənbeh tətbiq etmə haqqında» xx.xx.2024-cü tarixli MN1068405 saylı qərarı ləğv edilməlidir. İşdə olan KY ********* nömrəli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışın surətinə əsasən X3 (VÖEN: **********) məxsus olan Qəbələ şəhəri, H.Əliyev pr-ti 27-də fəaliyyət göstərən “Nubu Byutı” gözəllik salonunda xx.xx.2024-xx.xx.2024-cü il tarixdə plandankənari yoxlamanın keçirilməsi nəzərdə tutulmuşdur. İşdə olan AR SN AEM-nin plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli 897 saylı qərarının surətinə əsasən Qəbələ şəhəri, H.Əliyev pr-ti 27-də fəaliyyət göstərən X2 (VÖEN: **********) lisenziya olmadan özəl tibb fəaliyyəti ilə məşğul olub olmaması KY ********* nömrəli çıxarışa əsasən AEM-nin Tibbi Nəzarət şöbəsinin əməkdaşlarının iştirakı ilə yoxlanılması nəzərdə tutulmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli 603 saylı X10 Plandankənar (Növbədənkənar) Yoxlama Aktının surətinə əsasən AEM-nin Tibbi Nəzarət şöbəsinin əməkdaşları- şöbə müdiri X5, Baş hüquq məsləhətçisi Nümayəndə, mütəxəssislər, X7 və X8 tərəfindən X2 (VÖEN: **********) fəaliyyət göstərdiyi Qəbələ şəhəri, H.Əliyev pr-ti 27-də yoxlama keçirilərkən lisenziya olmadan özəl tibbi (kosmetoloji) fəaliyyətlə məşğul olunduğu aşkar edilmişdir. X4 izahatında Qəbələ şəhəri, H.Əliyev pr-ti 27-də xx.xx.2024-cü il tarixdə lisenziya olmadan özəl tibbi (lazer epillyasiyası) fəaliyyətlə məşğul olduğuna görə AR İXM-nin 398-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada tənbeh olduğunu və həmin fəaliyyətlə məşğul olmaqdan ötrü lisenziya tələb olunduğunu bilərərk daha fəaliyyət göstərmədiyini bildirmişdir. İşdə olan AR SN üzrə tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli “inzibati xəta haqqında” protokola əsasən Qəbələ şəhəri, H.Əliyev pr-ti 27-də yerləşən X3 (VÖEN: **********) məxsus olan obyektdə plandankənar yoxlama keçirilərkən lisenziya olmadan özəl tibbi (kosmetoloji) fəaliyyətin həyata keçirildiyi aşkar edilmişdir. İşdə olan Elektron informasiya sisteminin məlumatına əsasən fiziki şəxs X4 (VÖEN: **********) xx.xx.2013-cü tarixdə AR VN 10 saylı Ərazi İdarəsində qeydiyyata alınmışdır. İşdə olan Qəbələ rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(025)426/2024 saylı Qərarının surətinə əsasən AR İN DVX 10 saylı Ərazi Vervilər İdarəsinə aid xx.xx.2024-cü il tarixli ******* nömrəli “inzibati xəta haqqında” protokol üzrə X4 (VÖEN: **********) Qəbələ şəhəri, H.Əliyev pr-ti 27-də lisenziya olmadan özəl tibbi (lazer epillyasiyası) fəaliyyətlə məşğul olduğuna görə AR İXMnin 398-ci maddəsi ilə təqsirli bilinib inzibati xəta nəticəsində vurulmuş ziyanın dörd misli miqdarında (480,0 manat) cərimə olunmuşdur. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 210.1-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 398-ci maddəsinə əsasən dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, X2 (VÖEN: **********) Qəbələ şəhəri, H.Əliyev pr-ti 27-də lisenziya olmadan özəl tibbi (kosmetoloji) fəaliyyətlə məşğul olması faktı AR İN DVX 10 saylı Ərazi Vervilər İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə keçirilən yoxlama zamanı aşkar edilmiş və o, barəsində AR İXM-nin 398-ci maddəsi ilə tərtib edilən xx.xx.2024-cü il tarixli ******* nömrəli “inzibati xəta haqqında” protokol üzrə AR İXM-nin müvafiq maddəsi ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilmişdir. xx.xx.2024-cü il tarixdə AR SN AEM tərəfindən keçirilən növbədənkənar yoxlama zamanı X2 (VÖEN: **********) həmin ünvanda olması müəyyən edilməmiş və lisenziya olmadan özəl tibbi (kosmetoloji) fəaliyyətlə məşğul olduğu aşkar edilməmişdir. X4 barəsində (VÖEN: **********) AR İXM-nin 210.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraat AR İN DVX 10 saylı Ərazi Vervilər İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə keçirilən yoxlama zamanı aşkar edilmiş fakta görə başlanmış və onun xx.xx.2024-cü il tarixdə həyata keçirilən özəl tibbi (kosmetoloji) fəaliyyətinə dair heç bir sübut əldə edilməmişdir. AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin AR İXM-nin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, səlahiyyətli orqan X2 (VÖEN: **********) Qəbələ şəhəri, H.Əliyev pr-ti 27də xx.xx.2024-cü il tarixdə lisenziya olmadan özəl tibbi (lazer epillyasiyası) fəaliyyətlə məşğul olduğuna görə AR İXM-nin 398-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada tənbeh olduğunu bilmiş (X2 izahatı və Qəbələ rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(025)426/2024 saylı Qərarına əsasən), lakin AR İXM-nin 210.1-ci maddəsinin tərkib əlamətləri ilə 398-ci maddənin tərkib əlamətlərini biri-biri ilə müqayisə edə bilməmiş və Qəbələ şəhəri, H.Əliyev pr-ti 27-də fəaliyyət göstərən X2 (VÖEN: **********) İXM-nin 210.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına səbəb olan hərəkətlərinin konkret olaraq nədə ifadə olunduğunu və nə kimi sübutlarla təsdiq edildiyini müəyyən etməyərək eyni fakt üzrə barəsində İXM-nin 210.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlayaraq onu həmin maddə ilə inzibati qaydada tənbeh etmişdir. Tədqiq olunan həmin fakt üzrə səlahiyyətli orqanın İXM-nin 398-ci maddəsi ilə inzibati tənbeh etmək haqqında qərarı olduğundan AR Səhiyyə Nazirliyinin «inzibati tənbeh tətbiq etmə haqqında» xx.xx.2024-cü tarixli MN ******* saylı qərarı ləğv edilməli və X4 (VÖEN: **********) barəsində AR İXM-nin 210.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136cı maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: AR Səhiyyə Nazirliyinin «inzibati tənbeh tətbiq etmə haqqında» xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarı ləğv edilsin. X4 (VÖEN: **********) barəsində AR İXM-nin 210.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə (xx.xx.2024; İXP: MN 2094964) icraata xitam verilməlidir Qərardan 10 (on) gün müddətində Qəbələ rayon Məhkəməsi vasitəsilə AR Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(025)-37/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-37/2025
11.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver