Məhkəmə qərarları › İş №3(025)-371/2021

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-371/2021

30.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-371/2021 30.08.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Nərimanov rayon DYPŞ-nin polis baş leytenantı S.Z.Əlizadə tərəfindən 09 avqust 2021-ci il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İşə baxılmasının yeri və müddəti barədə lazımı qaydada xəbər verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında iştirak etməmiş, işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Lakin Şəxs 27 avqust 2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri Nərimanov RPİ tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsi ilə İXP seriyalı ******* nömrəli, 15.04.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07.05.2021-ci il tarixli qərarı ilə AR İXM-nin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib barəsində 500 manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tədbiq edilmişdir. Həmin qərardan şikayət vermiş və Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edilib material yenidən həmin məhkəməyə göndərilmişdir. İşə halhazırda Nərimanov rayon məhkəməsində baxılır və məhkəmə iclası 30.08.2021-ci il tarixə təxirə salınmışdır. Beləliklə barəsində aparılmış inzibati icraat üzrə yekun qərar mövcud olmadığı halda material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinin tələblərinə əsasən inzibati materiala Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Beləliklə, məhkəmə iclasında araşdırmalar zamanı müəyyən olunmuşdur ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq göndərilməsinə səbəb Şəxs İXP ******* saylı protokol üzrə cərimə borcunu ödəməməsi olmuşdur. Lakin Şəxs tərəfindən məhkəməyə göndərilmiş sənədlərlə müəyyən edilmişdir ki, onun barəsində tərtib edilmiş İXP ******* saylı protokol baxılması üçün Nərimanov rayon məhkəməsinə göndərilmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-961/2021 saylı, 07 may 2021-ci il tarixli qərarı ilə Şəxs 500 (beş yüz) manat cərimə edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-961/2021 saylı, 07 may 2021-ci il tarixli qərarından Şəxs tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 26 iyul 2021-ci il tarixli 3(103)-1738/2021 nömrəli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə inzibati qaydada tənbeh olunmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-961/2021 saylı, 07 may 2021-ci il tarixli qərarı barəsində qərar çıxarılmış şəxs Şəxs tərəfindən verilmiş şikayətə əsasən ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən isə İXP ******* saylı protkol üzrə hal-hazıradək yekun qərar qəbul edilməmişdir. Beləliklə, İXP ******* saylı protokol üzrə Şəxs 500 manat cərimə olunmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmamasına baxmayaraq Şəxs barəsində əsassız olaraq məhkəməyə İXM-nin 529.3-cü maddəsi ilə protokol tərtib edilərək göndərilmişdir. Belə ki, iş materiallarında olan sənədlərlə müəyyən edilir ki, Şəxs Nərimanov rayon DYPŞ tərəfindən barəsində tərtib edilmiş İXP ******* saylı protokol üzrə 500 manat cərimə məbləği, 270 manat dəbbə pulu olmaqla, ümumilikdə 770 manat ödənilməmiş borcu vardır ki, həmin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-961/2021 saylı, 07 may 2021-ci il tarixli qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bu səbəbdən onun barəsində İXM-nin 529.3-cü maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Göründüyü kimi Şəxs İXM-nin 342.9-cu maddəsi ilə təqsirliyi sübuta yetirilməmişdir ki, məhz həmin maddə ilə də 500 manat cərimə olunması və həmin cəriməni ödəməməsinə görə onun İXM-nin 529.3-cü maddəsi ilə məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarını hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, Şəxs hüquqlarını məhdudlaşdırmışdır. Şəxs Azərbaycan Respublikası İXM-in 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada müəyyən edilməsi mümkün olmadığı üçün o, İXM-nin 529.3-cü maddəsi ilə də inzibati məsuliyyətə cəlb edilə bilməz və beləliklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,105,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada müəyyən edilməsi mümkün olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar