Məhkəmə qərarları › İş №3(025)-371/2022

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-371/2022

23.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-371/2022 23.08.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi polis leytinantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 15.086.1982-ci ildə anadan olmuş, Qəbələ rayon, Uludaş kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Qəbələ şəhərində Polis şöbəsinin çöl qapısının qarşısında nalayıq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis leytinantı X1 oğlu Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi polis leytinantı X4 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Qəbələ şəhərində Polis şöbəsinin çöl qapısının qarşısında nalayıq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2022-ci tarixdə səhər radələrində polis əməkdaşları Cəmil Əfəndiyev və X6 rayonu Uludaş kəndində yerləşən evininin qapısına gələrək izahatının alınması üçün Qəbələ rayon polis şöbəsinə gəlməli oluduğuu bildirdilər. O da onlara etiraz etmədən maşınlarına minərək şöbəyə gəlmək üçün yola çıxmışdır. xx.xx.2022-ci il tarixdə X3 və ailə üzvlərinin Uludaş kəndində yerləşən ona məxsus ağacları çıxardıqları üçün AR DİN-in “102” xidmətinə zəng vurmuşdur. Qəbələ rayon polis şöbəsinin qapına çatıb maşından düşən zaman uzaqda Bum qəsəbə sakini həmin X5 görmüşdür. Daha sonra əsəbləşərək özünü saxlaya bilməmiş və uca səslə ünvansız söyüşlər söyməyə başlamış, söyüş və təhqirləri bir müddət davam etmişdir. Yanında olan polis əməkdaşı Şərifov Müsəddin onu çətinliklə sakitləşdirərək onu nizam-intizama dəvət etdi və ona şöbəyə gəlməyini bildirdi. Etiraz etmədən onunla birlikdə şöbəyə daxil olmuşdur. Məhkəmə iclasında şahid X2 izahatında göstərmişdir ki, polis sahə rəisi Cəmil Əfəndiyevin icraatında olan materialla əlaqədar olaraq Qəbələ rayonu Uludaş kənd sakini Şəxs izahatının alınması zərurəti yarandığından həmin şəxs tərəfindən Qəbələ rayon polis şöbəsinə gətirilərkən şöbənin çöl qapısı yaxınlığında ictimai yerdə uca səslə ünvansız söyüşlər söyərək nümayişkaranə hərəkətlər etmiş və kənardakı şəxslərin diqqətini özünə cəlb etdirərək davamlı cəmiyyətə açıqca hörmətsizlik edərək xuliqanlıq hərəkətləri etmişdir. Tərəfindən Şəxs nizamintizama dəvət edilərək çətinliklə sakitləşdirilmiş və şöbəyə gətirilmişdir. Məhkəmə, prosess iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanılmış sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Beləliklə, məhkəmə qanunun bu normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-1377-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar