Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-372/2020 01.09.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis kapitanı X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs və müdafiəçi X1 iştirakları ilə, xx.xx.1981-ci ildə Rusiya Federasiyası, Volqodonsk şəhərində anadan olmuş, Qəbələ rayonu, Nic qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə Qəbələ rayonu, Nic qəsəbəsində Zərərçəkmiş şəxs kürək nahiyəsindən yumruqla vuraraq ona sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkib əlaməti olmasına görə barəsində inzibati icraat başlanması və həmin maddə ilə protokol tərtib olunub inzibati məsuliyyətə cəlb olunması üçün Qəbələ RPŞ-nə göndərilməsi qərara alınmışdır. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis kapitanı X2 Eduard Olekoviçin Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis kapitanı X7 izahatında bildirmişdir ki, Şəxs, xx xxxxxx 2020-ci il tarixdə Qəbələ rayonu, Nic qəsəbəsində Zərərçəkmiş şəxs kürək nahiyəsindən yumruqla vuraraq ona sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, Arvid ilə sinif yoldaşı olmuşdur, lakin buna baxmayaraq onun Arvid ilə heç bir zarafatı yoxdur. xx.xx.2020-ci il tarixdə saat 13:00 radələrində o, Nic qəsəbəsində yerləşən çay evində Tural və Roman adlı şəxslərlə birlikdə çay içən zaman, Arvid çay evinə girərək, onların yanında əyləşdi, bu zaman o, donuz heyvanlarına baxmağı barədə söhbət edirdi və donuz heyvanlarını axtalamağı barədə söhbət edirdi. Bu zaman Arvid onun anasının ünvanına nalayiq ifadələr işlətdi, Arvid onu təhqir edən zaman yaxınlıqda Tural və Roman var idi. Arvid onu təhqir edərək gülməyə başladı, o da çay evindən çıxaraq Arvidə avtomobilinə ziyan yetirəcəyini bildirdi və bıçağı qəssabxanadan götürərək Arvidin avtomobilinin təkərlərinin dördünü də kəsərək yararsız hala saldı, sistem blokunu yerindən çıxartdı, sola və sağa yanan işıqları sındırdı. Daha sonra həmin yerə sahə rəisi gələrək onu oradan uzaqlaşdırdı, lakin sonradan Qəbələ RPŞ-dən əməkdaşlar gələn zaman Arvid onun anasının ünvanına nalayiq ifadələr işlətdiyi üçün əsəbləşdiyinə görə Arvidin bel nahiyyəsindən yumruqla bir dəfə vurdu. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Eduard onun sinif yoldaşı olmuşdur, xx.xx.2020-ci il tarixdə saat 12 radələrində o, öz avtomobili ilə Nic qəsəbəsinin mərkəzinə gələrək Nic qəsəbəsində yerləşən çay evinə girərək Eduardın əyləşdiyi stolda əyləşdi, söhbət əsnasında o və Eduard bir-biri ilə zarafat etdilər, yəni bir-birinə nalayiq ifadələrlə cavab verdilər. Bu zaman Eduard əsəbləşərək onun avtomobilinə ziyan vuracağını bildirdi və çay evindən çıxdı. Lakin o, çölə çıxmadı, çay evində oturdu. Daha sonra o, avtomobilinin yaxınlaşan zaman avtomobilinin təkərlərinin dördünün də kəsilmiş vəziyyətdə olduğunu, eləcə də avtomobilin şotka hissəsinin qırıq olduğunu və sistem blokunun çıxarılmış vəziyyətdə olduğunu gördü. Həmin vaxt yaxınlıqda sahə rəisi də var idi. Avtomobilinin təkərlərinin və hissələrinin yararsız hala salınması nəticəsində ona təxminən 100 manat ziyan dəymişdir. Daha sonra o şikayətçi olduğu üçün sahə rəsinə məlumat verdi və Qəbələ RPŞ-də əməkdaşlar həmin yerə gəldilər. Həmin yerdə olan zaman Eduard onun bel və baş nahiyyəsinə yumruqla vurmuşdur. Sonda isə Şəxs şikayətçi olduğunu və ona ən ağır cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi X3 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs daha yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8-Təcrübi və Tədris Birliyinin xx.xx.2020-ci il tarixli, 381 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmətibbi müayinəsi zamanı bədən səhtində aşkar edilmiş xəsarətlər-sağ kürəkaltı hissənin qançırı kimi xəsarəti vardır. Həmin xəsarətlər küt alətin (əşyanın) təsirindən müayinə olunanın göstərdiyi və qərarın təsviri hissəsində göstərilən şəraitdə və tarixdə, yəni xx.xx.2020-ci il tarixdə əmələ gələ bilər. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis kapitanı X7 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tərəflərin izahatları, ekspert rəyi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinə əsasən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən saat 09:55-dən hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-372/2020
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-372/2020
01.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver