Məhkəmə qərarları › İş №3(025)-372/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-372/2024

08.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-372/2024 08.08.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi, X4 Oktay oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini icra edən İ dərəcəli ədliyyə qulluqçusu X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1969-cu ildə Qəbələ rayonu, Dızaxlı kəndində anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ rayonu, Dızaxlı kəndində qeydiyyatda olan Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2024-cü il tarixli MN 1748933) tərtib olunmuşdur ki, o, 1172.80 manat borc və 30 manat dövlət rüsumu ödəməsi barədə Şəki Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(117)- 662/2021 saylı icra sənədlərini üzürsüz səbəbdən icra etməmiş və 1042 manat borcu yaranmışdır. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs Şəxs özünü qismən təqsirli bilərək göstərmişdir ki, 1172.80 manat borc və 30 manat dövlət rüsu ödəməsi barədə Şəki Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(117)-662/2021 saylı icra sənədini üzürsüz səbəbdən olmamışdır. Belə ki, uzun sürən xəstəlikdən sonra vəfat etmiş övladının çox böyük məbləğlərdə müalicə xərclərini ödəməsi səbəbindən ağır maddi vəziyyətə düşdüyünə görə icra sənədi üzrə tələbi birdəfəlik ödəyə bilməmiş, lakin indiyədək 160,0 manat ödəmişdir. Borcunu tam şəkildə ödəmək niyyəti ilə xx.xx.2024-cü il tarixdə borcundan 100,0 manat ödəniş etmiş və ayda 50,0 manat ödəməklə qalan məbləğin hissə-hissə qaytarılması haqqında tələbkarla razılaşmışdır. Ona görə də, qalıq borcunun ödənilməsinə möhlət verilməsini xahiş edir. İşdə olan Şəki Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(117)-662/2021 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 1172.80 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilmişdir. İşdə olan Qəbələ Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarının surətinə əsasən Şəki Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(117)-662/2021-018 nömrəli icra sənədi üzrə icraat başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi təklif edilmişdir. İşdə olan AR-nın ƏN Qəbələ Rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli e278121/2021-11-5-003 nömrəli bildirişin surətinə əsasən borclu Şəxs Şəki Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(117)-662/2021-ci il nömrəli icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi tələb olunmuşdur. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(025)-150/2022 saylı qərardadın surətinə əsasən, Şəki Kommersiya Məhkəməsinin 2-2(117)-662/2021 nömrəli, 20 sentyabr 2021-ci il tarixli icra sənədi üzrə borclu Şəxs icra hərəkətlərinin həyata keçirilməsi məqsədi ilə Qəbələ rayon İcra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. . İşdə olan AR ƏN Qəbələ İPŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 278121/2021-11-5-008 nömrəli arayışdan görünür ki, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(117)- 662/2021 saylı, icra sənədi üzrə Şəxs hazırki tarixə 1202.80 manat borc ödəməli olduğu halda tələbkara 160 manat ödəniş etmişdir. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görəinzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, Şəxs Şəki Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədi üzrə cəmi 160 manat ödəniş etmiş və 1042,0 manat borclu qalmışdır. Məcburi icra tədbirləri nəticəsində onun qazancı və digər gəlirləri, o cümlədən tələb yönələ bilən qiymətli əmlakı aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixdə icra sənədi üzrə 100,0 manat ödənilmişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(117)-662/2021 saylı icra sənədi üzrə tələbin borclu Şəxs tərəfindən tam şəkildə ödənilməməsi üzürsüz səbəbdən olmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar