Məhkəmə qərarları › İş №3(025)-373/2020

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-373/2020

01.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-373/2020 01.09.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis kapitanı Zamiq Nadirovun, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1981-cı ildə Qəbələ rayonu, Nic qəsəbəsində anadan olmuş, Qəbələ rayonu, Nic qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə Qəbələ rayonu, Nic qəsəbəsində Zərərçəkmiş şəxs ilə aralarında olan şəxsi mübahisə zəmnində qəsdən sonuncuya məxsus “VAZ 2106” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin dörd ədəd təkərini kəsmiş, avtomobilin qoruyucu sistemini yerindən çıxartmış, ayna siləcəklərini qırmışdır. Nəticədə Zərərçəkmiş şəxs ümumilikdə 475 manat maddi ziyan dəymişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 351-1-ci maddəsinin tərkib əlaməti olmasına görə barəsində inzibati icraat başlanması və həmin maddə ilə protokol tərtib olunub inzibati məsuliyyətə cəlb olunması üçün Qəbələ RPŞ-nə göndərilməsi qərara alınmışdır. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis kapitanı X1 Eduard Olekoviçin Azərbaycan Respublikası İXM-nin 351-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis kapitanı X3 izahatında bildirmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə Qəbələ rayonu, Nic qəsəbəsində Zərərçəkmiş şəxs ilə aralarında olan şəxsi mübahisə zəmnində qəsdən sonuncuya məxsus “VAZ 2106” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin dörd ədəd təkərini kəsmiş, avtomobilin qoruyucu sistemini yerindən çıxartmış, ayna siləcəklərini qırmışdır. Nəticədə Zərərçəkmiş şəxs ümumilikdə 475 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, Arvid ilə sinif yoldaşı olmuşdur, lakin buna baxmayaraq onun Arvid ilə heç bir zarafatı yoxdur. xx.xx.2020-ci il tarixdə saat 13:00 radələrində Nic qəsəbəsində yerləşən çay evində Tural və Roman adlı şəxslərlə birlikdə çay içən zaman, Arvid çay evinə girərək, onların yanında əyləşdi, bu zaman o, donuz heyvanlarına baxmağı barədə söhbət edirdi və donuz heyvanlarını axtalamağı barədə söhbət edirdi. Bu zaman Arvid onun anasının ünvanına nalayiq ifadələr işlətdi, Arvid onu təhqir edən zaman yaxınlıqda Tural və Roman var idi. Arvid onu təhqir edərək gülməyə başladı, o da çay evindən çıxaraq Arvidə avtomobilinə ziyan yetirəcəyini bildirdi və bıçağı qəssabxanadan götürərək Arvidin avtomobilinin təkərlərinin dördünü də kəsərək yararsız hala saldı, sistem blokunu yerindən çıxartdı, sola və sağa yanan işıqları sındırdı. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Eduard onun sinif yoldaşı olmuşdur, xx.xx.2020-ci il tarixdə saat 12 radələrində o, öz avtomobili ilə Nic qəsəbəsinin mərkəzinə gələrək Nic qəsəbəsində yerləşən çay evinə girərək Eduardın əyləşdiyi stolda əyləşdi, söhbət əsnasında o və Eduard bir-biri ilə zarafat etdilər, yəni bir-birinə nalayiq ifadələrlə cavab verdilər. Bu zaman Eduard əsəbləşərək onun avtomobilinə ziyan vuracağını bildirdi və çay evindən çıxdı. Lakin o, çölə çıxmadı, çay evində oturdu. Daha sonra o, avtomobilinin yaxınlaşan zaman avtomobilinin təkərlərinin dördünün də kəsilmiş vəziyyətdə olduğunu, eləcə də avtomobilin şotka hissəsinin qırıq olduğunu və sistem blokunun çıxarılmış vəziyyətdə olduğunu gördü. Təqdim olunmuş xx.xx.2020-ci il tarixli ziyan aktından görünür ki, “VAZ 2106” markalı **-BJ- *** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyyat hissələrinə dəymiş ziyan ümumilikdə 475 (dörd yüz yetmiş beş)manat təşkil edir. Məhkəmə, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis kapitanı X3 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxsin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 351-1-ci maddəsində nəzərdə tutulan əməli özünün və zərərçəkmiş şəxsin izahatı, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 351-1-ci maddəsinə əsasən dağıtmaq, zədələmək və ya başqa üsulla yolların, nəqliyyat vasitələrinin və ya nəqliyyat avadanlığının yararsız vəziyyətə salınması - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 351-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli – 475 manatməbləğində cərimə edilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbəblə Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar