Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-373/2022 05.09.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İsayev Elman Bəhruz oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ rayon Polis şöbəsinin X5 bölməsi inzibati təcrübə üzrə baş inspektor, polis kapitanı X2, Barəsində inzibati icraat aparılan "xxxx" MMC-nin Şəxs nümayəndəsi Nümayəndə iştirakları ilə "xxxx" MMC-nin Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Qəbələ rayon Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qəbələ rayon Polis şöbəsindən daxil olmuş 16 avqust 2022-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, "xxxx" MMC-nin Şəxs sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 (beş) gün müddətdə sürücü barədə məlumatları təqdim etməmişdir. Bununla da barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ rayon Polis şöbəsinin X5 bölməsi inzibati təcrübə üzrə baş inspektor, polis kapitanı X3 göstərdi ki, "xxxx" MMCnin Şəxs sorğunu rəsmi qayda da aldığı vaxtdan 5 (beş) gün müddətdə sürücü barədə məlumatları təqdim etməmişdir. Beləliklə, "xxxx" MMC-nin Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan "xxxx" MMC-nin Şəxs nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, Dağlıq Şirvan regional filialının Qəbələ şöbəsinin balansında olan 2011-ci il buraxılışlı “Chevrolet Aveo” minik markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomaşın "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli 471 saylı əmri ilə Saatlı TKQ-nin balansına verilmişdir. Bu səbəbdən Qəbələ rayon Polis şöbəsinə həmin avtomobili idarə edən sürücü barədə məlumat verilə bilməmişdir. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Qəbələ rayon Polis şöbəsindən "xxxx" MMC-nin Şəxsna ünvanlanmış məktubdan görünür ki, "xxxx" MMC-nin Şəxs mülkiyyətində olan “Chevrolet Aveo” minik markalı, **-AA-*** dövlət qeydiyyatlı nəqliyyat vasitəsi ilə İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat verilməsi xahiş olunmuşdur. - Qəbələ rayon Polis şöbəsindən "xxxx" MMC-nin Şəxsna ünvanlanmış məktubun ünvan sahibinə çatmasını təsdiq edən poçt xəbərnaməsindən görünür ki, məktub "xxxx" MMC-nin Şəxs rəsmi qeydiyyatda olan ünvanına göndərilmiş və xx.xx.2022-ci il tarixdə qəbul olunmuşdur. - Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" MMC-nin 07 noyabr 2017-ci il tarixli, 471 nömrəli əmrinin surətindən görünür ki, Qəbələ TKQ-nin balansında olan 2011-ci il buraxılışlı Chevrolet Aveo markalı 36AA153 dövlət nömrə nişanlı, mühərrik № 83704 olan avtomaşının əvəzsiz olaraq Saatlı TKQ-nin balansına verilməsi əmr edilmişdir. Beləliklə məhkəməyə təqdim edilmiş sənədlərdən məlum olur ki, 16 avqust 2022-ci il tarixli AP seriyalı ******* nömrəli İXH protokolda yol hərəkəti qaydalarını pozmuş fiziki şəxs barədə hüquqi şəxs tərəfindən 5 gün rəsmi məlumat verilməməsi göstərilmişdir. Eyni zamanda "xxxx" MMC-nin Şəxs nümayəndəsinin məhkəmə zamanı ifadəsi ilə müəyyən olunmuşdur ki, “Chevrolet Aveo” minik markalı, **-AA-*** dövlət qeydiyyatlı nəqliyyat vasitəsi Şəxs yox, X1 balansındadır. Bu səbəbdən sürücü barədə məlumat verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsinə - hüquqi şəxsin mülkiyyətində və istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanı törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Maddənin məzmunundan aydın olduğu kimi, hüquqi şəxsə İXH protokolu deyil, nəqliyyat vasitəsini inzibati xətanı törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında sorğu göndərməli və rəsmi qaydada çatdırmalıdır. Bundan başqa, hüquqi şəxsin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsini əks etdirən İXH protokol yalnız sorğu daxil olduğu gündən 5 gün müddətində hüquqi şəxs tərəfindən səlahiyyətli orqana məlumat vermədiyi halda tərtib edilə bilər. Yəni, birincisi, qeyd edilən sorğu hüquqi şəxsə rəsmi qaydada çatdırılmalı, ikincisi – sorğunun çatdırılmasını təsdiq edən xəbərnamədə əks etdirilən tarixdən 5 gün müddət gözlənilməlidir. Qanunun bu tələblərinə riayət edilməklə göndərilmiş sorğuya əsasən 5 gün müddətində hüquqi şəxs sürücü barədə məlumat vermədikdə, onun barəsində İXM-nın 347 maddəsi ilə İXH protokol tərtib edilməsinə yol verilir. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatı və inzibati materialda olan digər sənədlərlə Qəbələ rayon Polis şöbəsinin X5 Şöbəsi tərəfindən sorğunun X1 balansında olan “Chevrolet Aveo” minik markalı, **-AA-*** dövlət qeydiyyatlı nəqliyyat vasitəsinin istifdəçisi barədə məlumat verilməsinə dair həmin ASC-yə sorğunun rəsmi qaydada çatdırılması sübuta yetmədi. "xxxx" MMCnin Şəxs isə “Chevrolet Aveo” minik markalı, **-AA-*** dövlət qeydiyyatlı nəqliyyat vasitəsi onlarından balansında olmadığından sürücü barədə məlumat verməməsi əsaslı olmuşdur. Odur ki, "xxxx" MMC-nin Şəxs İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edilmədiyindən, məhkəmə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilməsini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-in 53, 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" MMC-nin Şəxs hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş 16 avqust 2022-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin Şəxs hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş 16 avqust 2022-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şəki Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-373/2022
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-373/2022
05.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver