Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-373/2024 14.08.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi və zərərçəkmiş şəxs X3 iştirakı ilə, xx.xx.1957-ci ildə anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ rayonu Soltannuxa kəndində yaşayan X2 barəsində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraat materiallarına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X2 barəsində AR İXM-nin 338.7-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2024-cü il tarixli İXP ******* ) tərtib edilmişdir ki, o, şəxsi təsərrüfatında olan iribuynuzlu heyvanaları Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ rayonu Soltannuxa kəndində yaşayır və şəxsi təsərrüfatında iribuynuzlu heyvanlar saxlayır. Ona məxsus olan heyvanlar hər gün səhər vaxtı kянд sakinlərinə məxsus olan mal-qara ilə birlikdə örüşə ötürülür, sahibsiz otarılır və axşam vaxtı özləri geri qayıdır. Heyvanlar örüş sahəsinə Soltannuxa kəndi ərazisindən keçən asfalt you keçərək gedir və həmin yolla da geri qayıdır. xx.xx.2024-cü il tarixdə, səhər vaxtı heyvanlar yenə də eyni qaydada örüşə ötürülmüş, lakin vaxtından çox gec qayıtmış və heyvanlardan birinin baş nahiyəsində cüzi sıyrıq olmuşdur. Həmin heyvanın avtomobillə vurularaq yaralanmasında onun təqsiri yoxdur. Ona görə də, barəsində AR İXM-nin 338.7-ci maddəsi ilə olan xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol qanunsuz hesab edilməlidir. İş üzrə zərərçəkmiş şəxs X5 göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 22-50 radələrində özünə məxsus olan “VAZ 21092” markalı ** KB *** dövlət nömrə nişanlı avtomobili idarə edərək Ağdaş- Yevlax yolunun Qəbələ rayonu Soltannuxa kəndi ərazisindən keçən hissəsi ilə hərəkətdə olarkən qəfildən yolun sağ tərəfindən yola çıxan iribuynuzlu heyvana çırpılmışdır. Baş vermiş yol nəqliyyat hadisəsi ərazidə quraşdırılmış sürət radar aparatının nəzarət etdiyi hüdudlarda baş vermiş və avtomobilin zədələnməsi nəticəsində ona maddi zərər dəymişdir. O, avtomobili hadisə yerində saxlayaraq AR DİN 102 xidmətinə zəng edərək baş verənlər barədə məlumat vermiş, az sonra heyvan sahibinin oğlu gəlmiş və ona zərəri ödəyəcəyini vəd edərək getmişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 338.5-ci maddəsinə əsasən....., mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: 338.5.1. mal-qaranın yolda nəzarətsiz qoyulmasına; 338.5.2. mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4, 338.4-1 və 338.5ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “Yol hərəkəti qaydaları haqqında” AR Qanunun 1-ci maddəsinin 38-ci bəndinə əsasən mal-qara ötürən- mal-qaranı, yük və ya minik heyvanlarını yoldan keçirən şəxsdir. Həmin Qanunun 36-cı maddəsinin 2-ci bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Həmin Qanunun 36-cı maddəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar; Məhkəmədə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, X2 hadisə vaxtə mal-qaranı yoldan keçirmədiyindən təsərrüfatında olan bir baş iribuynuzlu heyvanın xx.xx.2024-cü il tarixdə, saat 22-50 radələrində Ağdaş-Yevlax yolunun Qəbələ rayonu Soltannuxa kəndi ərazisindən keçən hissəsi ilə hərəkətdə olan X3 idarə etdiyi “VAZ 21092” markalı ** KB *** dövlət nömrə nişanlı avtomobilə çırpılması ilə nəticələnən yol nəqliyyat hadisəsində təqsirli deyil. X1 1.24 yol nişanı tələblərinə tabe olmayaraq yolda təhlükəsiz hərəkət şəraiti yaratmamışdır. Ona görə də, X2 barəsində AR İXM-nin 338.7-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: X2 barəsində AR İXM-nin 338.7-ci maddəsi ilə olan inzibati xəta haqqında iş (xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol) üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qəbələ Rayon Məhkəmənin hakimi: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(025)-373/2024
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-373/2024
14.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver