Məhkəmə qərarları › İş №3(025)-373/2025

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-373/2025

26.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-373/2025 26.08.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi və Qəbələ Rayon Polis Şöbəsinin DYPB-nin İTÜBİ-nin polis kapitanı X1 iştirakı ilə, “X3 Məhsulları İstehsalı” ASC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraat materiallarına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: “X3 Məhsulları İstehsalı” ASC barəsində ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2025-ci il tarixli İXP 7325578) tərtib edilmişdir ki, o, istifadəsində olan “Qaz 3302 Yük” markalı ** JT *** dövlət qeydiyyat nişanlı avtomaşını xx.xx.2025-ci il tarixdə saat 11:49 radələrində Qaraməryəm-İsmayıllı, Qəbələ, Oğuz-Şəki yolunun 69-cu km-də idarə edərək yolda müəyyən edilmiş hərəkət sürətini 18 km/saat aşmaqla AR İXM-nin 328.1-ci maddəsinə nəzərdə tutulan inzibati xətanı törədən fiziki şəxs barədə məlumatın Qəbələ RPŞ DYPB-nin sorğusuna əsasən 5 gün müddətində verilməsini təmin etməmişdir. İşdə olan DİN DYP elektron portalından əldə olunmuş məlumata əsasən “X3 Məhsulları İstehsalı” ASC-dən mülkiyyətində olan “Qaz 3302 111 Yük” markalı ** JT *** dövlət qeydiyyat nişanlı avtomaşını xx.xx.2025-ci il tarixdə saat 11:49 radələrində Qaraməryəm-İsmayıllı, Qəbələ, Oğuz-Şəki yolunun 69-ci km-də idarə edərkən AR İXM-nin 328.1-ci maddəsinə nəzərdə tutulan inzibati xətanı törədən fiziki şəxs barədə məlumat verməsi tələb edilmişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (ərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, “X3 Məhsulları İstehsalı” ASC tərəfindən AR İXM-nin 347-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Ona görə də o, İXM-nin müvafiq maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: “X3 Məhsulları İstehsalı” ASC (Hüquqi ünvan: Qəbələ rayonu, Zarağan kəndi) Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 300,0 (üç yüz) manat cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar