Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-375/2020 11.09.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi ilə Şikayətçi X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər DYPİ Yol Patrul Xidməti İnspektoru polis kiçik serjantı X3 inzibati xəta haqqında iş üzrə TP ******* nömrəli, xx xxxx 2020-ci il tarixli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şikayətçi X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər DYPİ Yol Patrul Xidməti İnspektoru polis kiçik serjantı X3 inzibati xəta haqqında iş üzrə TP ******* nömrəli, xx xxxx 2020-ci il tarixli qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Bakı şəhərində fərdi şəkildə mebel sexlərindən birində fəaliyyət göstərir. xx.xx.2020-ci il tarixdə, saat 22:35 radələrində polis əməkdaşları onu idarə etdiyi avtomobili saxlayaraq AR İXM-in 211.1-ci maddəsi ilə barəsində inzibati xətaya dair protokol tərtib etmişlər. xx.xx.2020-ci il tarixdə isə həmin protokola dair inzibati tənbeh etmə haqqında qərar qəbul edilmiş və barəsində 100 manat cərimə tətbiq edilmişdir. Onu saxlayan zaman ona bildirmişdirlər ki, NK-nın qərarına əsasən çölə çıxmaq qadağan edilmişdir, lakin o, çölə çıxdığı üçün cərimə edilməlidir, lakin onlara bildirmişdir ki, bu barədə qərar xx.xx.2020-ci il tarixdə saat 00:00-dan qüvvəyə minir. Bütün bunlara baxmayaraq barəsində protokol tərtib edilmişdir. Buna etiraz etdiyi üçün həmin vaxt ona bildirilmişdir ki, DYP-nə dəvət ediləcəkdir və orada şikayətini bildirər. Haqlı olsa protokol tərtib ediləcək, lakin onlar həmin zaman protokol tərtib etmişlər. Həmin vaxt qərar verilməmiş, daha sonra xx.xx.2020-ci il tarixdə qərar verilmişdir. O, protokolla bağlı dəvət ediləcəyini düşündüyü vaxt Bakı şəhərində Qələbə dairəsində xx xxxxxx 2020-ci il tarixdə polis əməkdaşı onu saxlayaraq barəsində 211.1-ci maddə ilə protokol tərtib edildiyini və xx.xx.2020-ci il tarixdə qərar vurulduğunu qeyd etdikdən sonra məlumatı olmuşdur ki, qərar verilibdir. O, qərarın surətini həmin vaxt onlardan alaraq məlumatlı olmuşdur. Nazirlər Kabinetinin qərarından aydın olur ki, hərəkət məhdudiyyəti 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun 06:00-dək tətbiq edilmişdir. Polis əməkdaşı qanunsuz şəkildə ona protokol tərtib etmiş və cərimə tətbiq edilməsi barədə qərar qəbul etmişdir. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, şikayətçi X4 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər DYPİ Yol Patrul Xidmətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə şikayətçinin və qeyd edilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər DYPİ Yol Patrul Xidməti İnspektoru polis kiçik serjantı X5 tərəfindən qəbul olunmuş inzibati xəta haqqında iş üzrə TP ******* nömrəli, xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, X4 “FORD TRANSİT” yük markalı **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2020-ci il tarixdə saat 23:35-də Bakı şəhərində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozmaqla əlaqədar Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 100 (bir yüz) manat miqdarında cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında xx xxxx 2020-ci il tarixli Qərarının 1 və 2-ci bəndlərinə əsasən Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyət xx xxxx 2020-ci il saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək dayandırılmışdır. Müəyyən edilmişdir ki, insanların fərdi evlərdən və mənzillərdən çıxışı təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında xx xxxx 2020-ci il tarixli qərarına əsasən Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur. Fərdi evlərdən və mənzillərdən insanların çıxışı - təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədi ilə mümkündür. Qeyd olunanlarla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət xx xxxx 2020-ci il saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək dayandırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına xx xxx 2020-ci il tarixli qərarına əsasənYeni növ koronavirus (COVİD-19) infeksiyası ilə bağlı Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyət, digər dövlətlərdə tətbiq olunan preventiv tədbirlər, eləcə də X1 tövsiyələri təhlil edilərək xüsusi karantin rejiminin müddəti xx xxx 2020-ci il saat 00:00-dək uzadılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli qərarına əsasən 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılması (xüsusi təyinatlı, qəzabərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti avtomobillərinin hərəkəti istisna olmaqla),qeyd olunan tarixdə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilməsi qərara alınmışdır. Həmçinin həmin qərarla 2020-ci il 5 iyun tarixində Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində dövlət orqanları və qurumları üçün saat 14:00-dək qısaldılmış iş rejimi müəyyən edilmişdir. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən “Azərbaycan Respublikasının ərazisində əhali arasında yoluxucu və qeyriyoluxucu kütləvi xəstəliklərin, zəhərlənmələrin yayılmasının qarşısını almağa və ləğv edilməsinə yönəldilmiş xüsusi hərəkət rejimi şərtlərinin qoyulması və ləğv edilməsi Azərbaycan Respublikası ali dövlət hakimiyyəti və idarəetmə "orqanlarının səlahiyyətinə aid edilmişdir. Həmin Qanununun 2-ci maddəsinə əsasən bütün vətəndaşlar sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə hökmən əməl etməlidirlər. Həmin Qanununun 25-ci maddəsinə əsasən dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar yoluxucu, parazitar, peşə xəstəliklərinin və kütləvi qeyri-yoluxucu xəstəliklərin, o cümlədən radiasiya amili ilə bağlı olan xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq, habelə belə xəstəliklər əmələ gəldikdə onları ləğv etmək üçün vaxtında tədbirlər görülməsini təmin etməlidirlər. Şikayətçi X4 hazırkı şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini və həmin protokola əsasən qəbul edilmiş qərarın əsassız olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir. Belə ki, X4 şikayət ərizəsində Bakı şəhərində icazəsiz çölə çıxdığı üçün onun barəsində protokol tərtib edildiyini, lakin həmin vaxtın Nazirlər Kabineti tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli qərarı ilə müəyyən edilmiş vaxta əsas olmdağını göstərmişdir. Lakin şikayətçi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə göndərdiyi ərizədə isə şikayətində göstərilən hallarla bağlı hər hansı sübut təqdim etməmişdir. Beləliklə, şikayət ərizəsində göstərilən hallar barədə nə polis əməkdaşlarına, nə də ki məhkəməyə heç bir sübut təqdim etmədiyi üçün X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır. Anar Yusibov onun tərəfindən heç bir hüquqpozmanın olmamasını bildirsə də, bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Eyi zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər DYPİ Yol Patrul Xidmətinin əməkdaşı tərəfindən Anar Yusibov barəsində İXM-nin 211-ci maddəsi ilə protokol tərtib edilməsi, X2 şikayət ərizəsində göstərdiyi kimi “çölə çıxmaq qadağan olması” əsası ilə olmamışdır. Qeyd edilən qərarda belə bir müddəa yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər, belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamış, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu,Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər DYPİ Yol Patrul Xidməti İnspektoru polis kiçik serjantı X3 inzibati xəta haqqında iş üzrə TP ******* nömrəli, xx xxxx 2020-ci il tarixli qərarından verdiyi şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayətçi X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər DYPİ Yol Patrul Xidməti İnspektoru polis kiçik serjantı X3 inzibati xəta haqqında iş üzrə TP ******* nömrəli, xx xxxx 2020-ci il tarixli qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-375/2020
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-375/2020
11.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver