Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-375/2021 20.08.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxslər Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X4 və Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol- Patrul Xidməti Alayının İV Tağım Yol patrul xidməti inspektoru, baş serjantı X5, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 1996-ci il iyulun 28-də Qəbələ şəhərində doğulmuş, evli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1, 334.3 və 327.1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokollar üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Məhkəmənin icraatına 20 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının İV Tağım Yol patrul xidməti inspektoru, baş serjantı X7 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Həmin İXH protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 2021-ci il avqustun 19-da nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan və sərxoş halda idarə edərək “Vaz 21013” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili yol-nəqliyyat hadisəsi törədərək yolun kənarında olan işıq dirəyinə çırpmışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 334.3 və 327.1ci maddələri ilə inzibati xətanın törətməsini nəzərdə tutan 20.08.2021-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eyni zamanda məhkəmənin icraatına 20 avqust 2021-ci il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X8 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Həmin İXH protokolda göstərilir ki, 19.08.2021-ci il tarixdə Qəbələ rayonu, Nic qəsəbə ərazisində Qəbələ şəhər sakini Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan 19.08.2021-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qəbələ Rayon Məhkəməsinin 20.08.2021-ci il tarixli 3(025)-376/2021 nömrəli qərardadı ilə 3(025)-375/2021 və 3(025)-376/2021 saylı inzibati işlərin bir icraatda birləşdirilməsi və bir icraatda birləşdirilmiş işə 3(025)-375/2021 saylı nömrə verilməsi qərara alınmışdır Məhkəmə iclasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3 və 327.1-ci maddələri ilə inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının İV Tağım Yol patrul xidməti inspektoru, baş serjantı X7 göstərdi ki, 19.08.2021-ci il tarixdə Qaraməryəm-İsmayıllı-Şəki yolunun 74 km-dən 93 km-yə qədər ərazidə “BWM” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avyomobillə yol hərəkəti qaydalarının pozulmasına nəzarət edirmiş. Saat 18:00 radələrində telefonla məlumat vermişlər ki, həmin yolun 89-cu kilometrliyində Qəbələ rayonu Nic qəsəbəsində dairədə yol-nəqliyyat hadisəsi baş vermişdir. O, hadisə yerinə gəlmiş, hadisə yerinə gələn zaman “Vaz 21013” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin işıq dirəyinə dəydiyini görmüşdür. Sürücü Şəxs ilə söhbət edərkən ondan spirtli içki iyi gəlmiş, Şəxs sərxoşluq müayinəsinə gedəcəklərini və avtomobilin cərimə meydançasına salınacağını bildirmişdir. X20 heç bir yerə getməyəcəyini, avtomobilində cərimə meydançasına aparılmayacağını bildirərək qışqırmağa başlamışdır. Onu nizam-intizama dəvət etsə də, buna məhəl qoymamışdır. Əksinə nalayiq söyüşlər söyərək ətrafdakı insanları hadisə yerinə cəlb etmişdir. Kömək üçün Nic qəsəbəsində xidmət aparan PPX-nin əməkdaşlarını çağırmışdır. Lakin Şəxs yenədə tabesizlik göstərdiyindən Qəbələ RPŞ-nin növbətçi hissəsinə zənr vuraraq əməliyyat qrupunu çağırmışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXMnin 334.3 və 327.1-ci maddələri ilə inzibati xətanın törətməsini nəzərdə tutan 20.08.2021-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X8 göstərdi ki, 19.08.2021-ci il tarixdə Qəbələ rayonu, Nic qəsəbə ərazisində Qəbələ şəhər sakini Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Həmin şəxsin barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-in 535.1, 334.3 və 327.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilərək göstərdi ki, 19.08.2021-ci il tarixdə qohumu İsmayıl Kərimov ilə Oğuz rayonundan Qəbələ şəhərinə gələrkən Nic qəsəbə dairəsində İsmayıla məxsus “Vaz 21013” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyi zaman avtomobili səkiyə vuraraq qəza törətmişdir. O, Oğuz rayonundan gələrkən yolda spirtli içki qəbul etmişdir. Hadisə vaxtı içkili olduğundan polis əməkdaşlarına qarşı tabesizlik göstərmişdir. Hazırda etdiyi əməldən çox peşmandır. Himayəsində bir azyaşlı uşağı var və özü İİ Qarabağ müharibəsi iştirakçısıdır. Göstərilən halların nəzərə alınmasını və ona həbslə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürsounun vəkili Vəkil çıxış edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlini səmimi etiraf etməsini, himayəsində bir azyaşlı uşağının olmasının və İİ Qarabağ müharibəsi iştirakçısı olmasının nəzərə alınmasını və ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında bildirmişdir ki, 19.08.2021-ci il tarixdə qohumu Şəxs ilə birlikdə Oğuz rayonundan Qəbələ rayonuna gələrkən Nic qəsəbə dairəsində dönərkən Şəxs ona məxsus “Vaz 21013” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə səkiyə çırpılaraq qəza törətmişdir. Hadisə yerinə polis əməkdaşları gəlmiş və avtomobili polis şöbəsinə duracağa aparmaq istəmişlər. Bu zaman Şəxs polis əməkdaşlarına etiraz etmişdir. X15 Oğuz rayonundan gələrkən yolda spirtli içki qəbul etmişdir. Avtomobili polis şöbəsinə aparmaq məsələsinə görə qohumu Elmanla YPX əməkdaşları arasında mübahisə yaranmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qəbələ RPŞ İTB-nin polis sahə rəisi, polis kapitanı X11 izahatında bildirmişdir ki, 19.08.2021-ci il tarixdə şöbədə əməliyyat-istintaq qrupunun üzvü olmuşdur. Həmin gün şöbənin növbətçi hissəsi qrupun üzvlərinə məlumat vermiş ki, Qəbələ rayonu Nic qəsəbəsində yol-nəqliyyat hadisəsi baş vermişdir və yol patrul xidməti əməkdaşına qarşı tabesizlik göstərilmişdir. Həmin ünvana köməyə getmişlər və saat təxminən 18:40 radələrində Qəbələ rayon Nic qəsəbəsinə gəlmişlər. Orada sonradan adını bildiyi Şəxs və X2 vəziyyətdə nalayiq ifadələr işlədirmişlər. O və Tural Mehdizadə həmin şəxslərə nizam-intizamlı olmalarını, söyüş söyməməyi, yol-nəqliyyat hadisəsini sənədləşdirməyə maneəçilik törətməməyi bildirsələr də, öz hərəkətlərinə davam etmişlər və avtomobili heç kimin apara bilməyəcəyini bildirmişlər. Həmçinin nalayiq ifadələr işlətmişlər. Daha sonra onlar barəsində tədbir görülməsi üçün polis şöbəsinə gətirmişlər və növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qəbələ RPŞ-nin növbətçi hissəsi, polis serjantı X12 izahatında bildirmişdir ki, 19.08.2021-ci il tarixdə istintaq-əməliyyat qrupunun üzvü olmuşdur. Həmin gün şöbənin Növbətçi hissəsi qrup üzvlərinə tapşırıq vermiş ki, Qəbələ rayonu Nic qəsəbəsində yol-nəqliyyat hadisəsi olmuş və yol patrul xidmətinə tabesizlik göstərilir. Saat təxminən 18:40 radələrində Qəbələ rayonu Nic qəsəbəsində hadisə yerinə gəlmişlər. Orada olarkən adları onlara sonradan məlum olan Qəbələ şəhər sakinləri Şəxs və X2 vəziyyətdə nalayiq ifadələr işlədirmişlər. Tərəflərindən həmin şəxslər nizam intizama dəvət edilsələr də, onlar polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq qərəzli hərəkətlərini davam eləmişlər. Buna görə də, həmin şəxslər barəsində tədbir görülməsi üçün Qəbələ RPŞ-yə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qəbələ RPŞ-nin polis nəfəri X3 Cavid Tağı oğlu ilə oxşar məzmunlu izahat verərək onların dediklərini təsdiq etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 535.1, 334.3 və 327.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs İXM-in 535.1 və 334.3-cü maddələri ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə ilə aparılan tibbi müayinənin 19 avqust 2021-ci il tarixli, 190 nömrəli protokoldan görünür ki, Şəxs sərxoşluq vəziyyəti yoxlanılmış, sonuncunun qanında alkoqolun miqdarı 0,687 ‰ təşkil etmişdir. İş materiallarında olan Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə ilə aparılan tibbi müayinənin 19 avqust 2021-ci il tarixli, 191 nömrəli protokoldan görünür ki, X1 vəziyyəti yoxlanılmış, sonuncunun qanında alkoqolun miqdarı 0,270 ‰ təşkil etmişdir. İş materiallarında olan “Elektron Məhkəmə” portalından Çıxarışdan görünür ki, Şəxs 03.07.2014-cü il tarixdən 02.01.2016-cı il tarixədək, 29.09.2020-ci il tarixdən 31.12.2020-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan “Elektron Məhkəmə” portalından Çıxarışdan görünür ki, Şəxs 22.11.2018-ci il təvəllüdlü X13 adlı bir azyaşlı uşağı vardır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli səmimi etiraf edib peşiman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını və İİ Qarabağ müharibəsinin iştirakçısı olmasını inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 209 saylı 27.06.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”-nın 2.4-cü bəndinə əsasən “xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir”. Azərbaycan Respublikası İXM-in 334.3-cü maddəsinə əsasən, Bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, 19.08.2021-ci il tarixdə Qəbələ rayonu, Nic qəsəbə ərazisində Qəbələ şəhər sakini Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama kimi halların və eyni zamanda onun hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikası İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1 və 334.3-cü maddələri ilə təqsirli bilinməli, İXM-nin 334.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayına göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2, 34.3, 114.1.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 334.3-cü maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 800 (səkkiz yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətdiq edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayına göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-375/2021
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-375/2021
20.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver