Məhkəmə qərarları › İş №3(025)-376/2020

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-376/2020

14.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-376/2020 14.09.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx.xx.1958-ci ildə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olmuş, Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 13:55 radələrində Qəbələ rayonu, Vəndam qəsəbəsi sakini X1 mülkiyyətində olan“Kamaz 55111” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin mühərrik hissəsini yandırmışdır. Nəticədə X2 ümumilikdə 255 manat maddi ziyan dəymişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxx 2020-ci il tarixli qərarına əsasən Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 351-1-ci maddəsinin tərkib əlaməti olmasına görə barəsində inzibati icraat başlanması və həmin maddə ilə protokol tərtib olunub inzibati məsuliyyətə cəlb olunması üçün Qəbələ RPŞ-nə göndərilməsi qərara alınmışdır. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı X6Şəxs Azərbaycan Respublikası İXM-nin 351-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı X6 izahatında bildirmişdir ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 13:55 radələrində Qəbələ rayonu, Vəndam qəsəbəsi sakini X4 mülkiyyətində olan “Kamaz 55111” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin mühərrik hissəsini yandırmışdır. Nəticədə X2 ümumilikdə 255 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, Vəndam qəsəbəsində yaşayır. Zərərçəkmiş şəxs onun həyət qapısının qarşısında “Kamaz” markalı avtomobili mişar daşı ilə yükülü vəziyyətdə saxlamışdır. Ona yük maşınını yaxınlığında saxlamamasını, mişar daşı boşalan zaman həyətinə toz gəldiyini və maşından maşına daş atan zaman səs-küy olduğunu bildimişdir. Lakin yenə də avtomobili onun qaynaq sexinin yaxınlığında saxladı və ondan avtomobilini götürməsini xahiş etdikdə bunu etmədi. Daha sonra isə ona məlum olmuşdur ki, “Kamaz 55111” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin yandırılmağı ilə polis bölməsinə məlumat verilib. Həmin avtomobili o yandırmayıb. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahatında göstərmişdir ki, “Kamaz 55111” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili onun mülkiyyətindədir. 2020-ci ilin may ayında həmin yük avtomobilini idarə etmək üçün etibarnamə ilə Zərərçəkmiş şəxs vermişdir. xx.xx.2020-ci il tarixdə maşının mühərrik hissəsinin yandığı barədə ona məlumat vermişlər. Şəxs dəymiş zərərin ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə o “Kamaz 55111” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə mişar daşı ilə Bakı şəhərindən gələrək Qəbələ rayon Vəndam qəsəbəsində “Qaraj” deyilən yerdə avtomobili saxladı və evinə getdi. xx.xx.2020-ci il tarixdə o çüstəriyə 500 ədəd daş aparmaq üçün və avtomobilin yanına getdi və yükü müştəriyə apardıqdan sonra kamazı yenidən əvvəlki yerində saxladı. O avtomobili saxlayan zaman Adil ona yaxınlaşdı və dedi ki, “maşını burda saxlama” və maşına daş atmağa başladı. Həmin vaxt Adil sərxoş vəziyyətdə idi. O da buna görə maşını təxminən 20-30 metr kənarda saxladı. xx.xx.2020-ci il tarixdə Şahin Quluyev ona zəng edərək maşının kabinka hissəsinin yandığını dedi. O maşının yanına getdi və gördü ki, maşının kabinka hissəi ilə yük yeri arasında mişar daşının üzərinə qoymaq üçün nəzərdə tutulmuş örtük və orada olan plastik vedrə yanmış və nəticədə yerdə olan avtomobilin texniki hissəsi – hava və yağ üçün nəzərdə tutulmuş şlank da yanmış və yararsız hala düşmüşdür. O, avtomobilin Adil tərəfindən yandırıldığını bildi və buna görə də AR DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat verdi. Məhkəmə iclasında şahid X7 şahid Zərərçəkmiş şəxs izahatına uyğun eyni məzmunlu izahat vermişdir. Təqdim olunmuş xx.xx.2020-ci il tarixli ziyan aktından görünür ki, “Kamaz 55111” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin ehtiyyat hissələrinə dəymiş ziyan ümumilikdə 255 (iki yüz əlli beş)manat təşkil edir. Məhkəmə, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı X6 tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 351-1-ci maddəsində nəzərdə tutulan əməli özünün və zərərçəkmiş şəxsin izahatı, şahid ifadələri, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 351-1-ci maddəsinə əsasən dağıtmaq, zədələmək və ya başqa üsulla yolların, nəqliyyat vasitələrinin və ya nəqliyyat avadanlığının yararsız vəziyyətə salınması - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 351-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli – 255 manatməbləğində cərimə edilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbəblə Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar