Məhkəmə qərarları › İş №3(025)-377/2020

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-377/2020

04.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-377/2020 04.09.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1958-ci ildə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olmuş, Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 16:26 radələrində Qəbələ rayonu Vəndam qəsəbəsinin mərkəzində X2 ünvanına uca səslə təhqiramiz ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı Ş.F.Osmanov Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi polis baş leytenantı Ş.F.Osmanov izahatında bildirmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 16:26 radələrində Qəbələ rayonu Vəndam qəsəbəsinin mərkəzində X2 üzərinə balta ilə getmiş, onun ünvanına uca səslə təhqiramiz ifadələr işlədərək ictimai qaydanı pozmuşdur Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, Vəndam qəsəbəsində yaşayır, qəsəbənin mərkəzində özünə məxsus qaynaq sexində işləyir. X3 özünə məxsus “Kamaz” markalı avtomobili ilə gətirdiyi mişar daşını yaşadığı evin yaxınlığında saxlamamasını, mişar daşı boşalan zaman həyətinə toz gəldiyini bildimişdir. Lakin yenə də xx.xx.2020-ci il tarixdə saat 16 radələri olardı ki, Seymur Həmzəyev yenə də özünə məxsus avtomobili onun qaynaq sexinin yaxınlığında saxladı və ondan avtomobilini götürməsini xahiş etdikdə Seymur avtomobili orada saxladı və bir həftədən sonra qayıdacağını deyərək getmək istədikdə o, yerdə olan, Seymurun oraya əvvəldən atdığı əski parçalarını götürərək avtomobilin üzərinə atdı və hadisə yerinə polis əməkdaşları gəldilər. Məhkəmə iclasında şahid X4 izahatında göstərmişdir ki, o, Vəndam qəsəbəsində yaşayır, qəsəbənin mərkəzində özünə məxsus “kamaz” markalı avtomobil ilə mişar daşı daşıyaraq satır. xx.xx.2020-ci il tarixdə saat 16:00 radələrində yenə özünə məxsus avtomobil ilə qəsəbənin mərkəzinə gəldi, Sadiq adlı həmkəndlisinə avtomobilini təmir etdirmək üçün avtomobili yolun kənarında saxladı, həmin vaxtı avtomobildə Sadiq və özü idi. Avtomobili saxlayan kimi həmkəndlisi Rasim adlı şəxsin avtomobilə doğru gəldiyini gördü, Rasim avtomobilə çatana yaxın başını tutduğunu gördü, Rasim qapını açdıqda isə avtomobilə dəmir və daş parçalarının dəydiyini gördü. Avtomobildən düşmək istəyən zaman isə Hacıadilin dəmir balta ilə ucadan ünvanlı və ünvansız söyüşlər söyə-söyə ona doğru gəldiyini gördü. Sadiq dərhal avtomobildən düşərək Hacıadilin üzərinə getdi və əlindəki baltanı aldı, onu balta ilə vurmağa qoymadı. Həmçinin nə üçün ucadan nalayiq ifadələr, söyüşlər söydüyünü soruşduqda yenidən o ucadan söyüşlər söyməyə başladı. Sadiq yenidən baltanı qaytarıb Hacıadilin özünə verdikdə o baltanı avtomobilin üzərinə atdı, yenidən Sadiqə baltanı gətirərək ona verməsini bildirsə də o baltanı Sadiqə vermədi. Məhkəmə iclasında şahidlər X5 və X6 şahid X2 izahatına uyğun eyni məzmunlu izahat vermişdirlər. Məhkəmə, prosess iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanılmış sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə qanunun bu normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-1377-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar