Məhkəmə qərarları › İş №3(025)-377/2021

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(025)-377/2021

20.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(025)-377/2021 20.08.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, X1 katibliyiilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 336.3-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 20 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının İV Tağım Yol patrul xidməti inspektoru, baş serjantı X3 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs sərxoş vəziyyətdə olduğunu bilə-bilə nəqliyyat vasitəsini X2 idarə etmək üçün vermiş, nəticədə yol-nəqliyyat hadisəsi baş verərək onun avtomobilinə maddi ziyan dəymişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 336.3-cü maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan İXP ******* nömrəli 20 avqust 2021-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 336.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana (vəzifəli şəxsə) geri qaytarılmalıdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsində Rayon (şəhər) məhkəmələrinin hansı inzibati xəta haqqında işlərə baxması konkret olaraq göstərilmişdir. Məhz İXM-nin 43-cü maddəsindən göründüyü kimi İXM-nin 336.3-cü maddəsi ilə inzibati tənbeh tətbiq etmə məhkəmənin səlahiyyətinə aid maddə deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.7-ci maddəsinə əsasən İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanıəgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsibarədə qərardad çıxarılır. Qeyd olunanlara əsasən, məhkəmə inzibati xəta haqqında protokolda törədilməsi qeyd inzibati xətanın və həmin inzibati xətalara görə məsuliyyət müəyyən edən müvafiq maddəsi ilə inzibati tənbeh tətbiq etmənin məhkəmənin səlahiyyətinə aid olmadığını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 336.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının İV Tağım Yol patrul xidməti inspektoru, baş serjantı X3 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayına geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.3-cü maddəsini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 336.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayına geri qaytarılsın. Qərardaddan şikayət verilmir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar