Məhkəmə qərarları › İş №3(025)-378/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-378/2023

14.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-378/2023 14.08.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ DYPB İTÜBİ-nin polis kapitanıX4nun, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1977-ci il tarixdə Qəbələ rayonu Bunud kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Qəbələ rayonu Bunud kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qəbələ RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis baş leytenantı X2 19 iyul 2023-cü il tarixli qərarı ilə, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar əsasında Şəxs barəsində Qəbələ RPŞ DYPB İTÜBİ-nin polis kapitanı X4 tərəfindən 21iyul 2023-cü il tarixdə AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat təxminən 09:54 radələrində sürücülük hüququ olmaqla ayıq vəziyyətdə idarə etdiyi özünə məxsus "RENAULT LOGAN minik" markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ rayon Bunud kəndi ərazisində asfalt örtüklü yolda geriyə hərəkətdə olarkən, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci və 13-cü hissələrinin tələblərini pozaraq, yəni hərəkətə başlayan, yerdəyişən, dönən, ötən, dayanan və geriyə hərəkət edən zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda, göstərilən tələblərə riayət etməyərək ehtiyatsızlığından üzü Bunud kəndinin mərkəzi istiqamətində piyada hərəkətdə olan Zərərçəkmiş şəxs avtomobilin arxa sol hissəsi ilə vurması nəticəsində ehtiyatsızlığından Zərərçəkmiş şəxs sağlamlığına Yüngül zərər vuran bədən xəsarəti yetirilməsinə səbəb olan yol nəqliyyat hadisəsini törətmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ DYPB İTÜBİ-nin polis kapitanı X4 göstərdi ki, baş vermiş nəqliyyat hadisəsi ilə bağlı Qəbələ RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis baş leytenantıİlkin Göyçəli tərəfindən araşdırılma aparılmış, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində AR İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün barəsində inzibati protokol tərtib edilməsi üçün qərarın surəti şöbənin DYPBnə verilmişdir. Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 09:54 radələrində Qəbələ rayon Bunud kəndi ərazisində özünə məxsus olan RENAULT LOGAN minik markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qəbələ rayon Bunud kəndi ərazisində yerləşən X1 işlətdiyi tikinti materiallarının satışını həyata keçirdiyi mağazanın qarşısına gələrək avtomobili üzü Qəbələ rayon Bunud kəndinin mərkəzi istiqamətində yerləşən asfalt örtüklü yolun sol ehtiyat hissəsində saxlamışdır. Həmin mağazadan sep almış, daha sonfa avtomobilinə əyləşmiş, qarşısında digər bir avtomobil olduğundan avtomobilini geriyə manevr edərək öz yoluna istiqamətlənmək istəmiş və avtomobilin sağ və sol güzgülərindən geriyə baxmış, arxada heç bir maneə olmadığını müəyyən etdiyi üçün avtomobili geriyə hərəkət etdirməyə başlamışdır. Bu zaman avtomobilinin arxa hissəsindən səs gəldiyini, eləcə də qadın səsinin gəldiyini eşitmiş və dərhal avtomobilin əyləcindən sitifadə etməklə avtomobilini saxlamışdır. Avtomobildən düşən zaman görmüş ki, arxa tərəfdə bir nəfər əvvəlcədən tanıdığı Zərərçəkmiş şəxs adlı şəxs yerdə yıxılmış vəziyyətdədir. Onu Qəbələ RMX-ya aparmağı təklif etsə də o, qəbul etməmişdir. Daha sonra hadisə yerinə gələn polis əməkdaşları hadisə yerini müayinə etmişlər, protokol tərtib olunmuş və tərəfindən imzalanmışdır. Hadisə zamanı sərxoş olmamış, hadisə zamanı avtomobildə ondan başqa sadəcə avtomobilin ön sərnişin oturacağında Ramil Məmmədov adlı şəxs olmuşdur. Hadisə zamanı özü heç bir xəsarət almamışdır. Hadisə vaxtı avtomobilində heç bir texniki nasazlıq olmayıb. "B" kateqoriyalı sürücülük vəsiqəsi əsasında avtomobili idarə etmişdir. Hadisənin qarşısını almaq üçün heç bir tədbir görə bilməmiş, çünki piyadanı görməmişdir. Zərərçəkmiş şəxslə barışığa cəhd etmiş, lakin nəticəsi olmamışdır. Belə ki, Zərərçəkmiş şəxs ilə əvvəldən münasibətləri pis olduğundan ondan əsassız olaraq külli miqdarda pul tələb etməkdədir. Onun isə həmin pulu ödəməyə maddi imkanı yoxdur. Həmçinin zərərçəkmiş şəxsə sığorta da pul ödəyəcəkdir. Zərərçəkmiş şəxs isə ona dəymiş ziyanın çox olduğunu qeyd etsə də, bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Himayəsində 2 azyaşlı uşağının olmasını və avtomobildən istifadə edərək ailəsini dolandırlan şəxs olmasını nzərərə alaraq ona cərimə növündə cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 09:54 radələrində Qəbələ rayon Bunud kəndi ərazisində yerləşən X1 işlətdiyi tikinti materiallarının satışını həyata keçirdiyi mağazanın qarşısında piyada şəkildə nəvəsi X5 ilə birlikdə üzü Qəbələ rayon Bunud kənd mərkəzi istiqamətində hərəkətdə imiş. Bu zaman qarşısında arxa-arxaya manevr edən RENAULT LOGAN markalı, ** BX *** nömrəli avtomobil onu ehtiyat hissədə vuraraq yerə yıxmışdır. Aldığı xəsarətlərdən Qəbələ RMX-ya müraciət etmişdir. Hadisə zamanı həmin avtomobil arxaya hərəkət edən zaman nəvəsi Onuru vurmaması üçün onu özündən kənara itələmişdir. Belə ki, həmin avtomobil nəvəsi Onura toxunmamışdır. Hadisə zamanı sərxoş olmamış, hadisə zamanı baş nahiyyəsindən xəsarət almışdır. Lakin buna baxmayaraq Şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Şəxs şikayətçidir və onun barəsində ağır cəza təyin edilməsini xahiş edir. Qəbələ RPŞ-nin İstintaq bölməsində Şəxs barəsində toplanmış HK-1/895 nömrəli rədd materialına baxış keçirilərkən müəyyən olundu: - Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7-Təcrübi və X6 rayon şöbəsinin 15iyul 2023-cü il tarixli, № 302 saylı MTE-nin rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində başın sol təpə nahiyyəsinin əzilmişcırılmış yarası və sağ sağrı nahiyyəsinin qançırı kimi xəsarətlər vardır. Həmin xəsarətlər küt alətin (əşyaların) təsirindən müayinə olunan yuxarıda göstərilən tarixdə və şəraitdə, yəni 27 iyun 2023-cü ildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənə bilər, dərəcəsinə görə həmin xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vuran bədən xəsarətinin əlamətlərinə aiddir. - Xüsusi texniki vasitə ilə çıxarılmış qəbzdən görünür ki, Şəxs sərxoşluq vəziyyəti yoxlanılarkən onun spirtli içki qəbul etməsi müəyyən edilməmişdir. - AF 221272 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Şəxs xx.xx.2017-ci il tarixdə “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Məhkəmə eyni zamanda zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi videogörüntülərə baxış keçirmiş və müəyyən edilmişdir ki, "RENAULT LOGAN minik" markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil Qəbələ rayon Bunud kəndi ərazisində asfalt örtüklü yolda geriyə hərəkətdə olarkən, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci və 13-cü hissələrinin tələblərini pozaraq, yəni hərəkətə başlayan, yerdəyişən, dönən, ötən, dayanan və geriyə hərəkət edən zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda, göstərilən tələblərə riayət etməyərək ehtiyatsızlığından üzü Bunud kəndinin mərkəzi istiqamətində piyada hərəkətdə olan Zərərçəkmiş şəxs avtomobilin arxa sol hissəsi ilə vurmuşdur. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar müəyyən olunmadı. Məhkəmə zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsəməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2023-cü il tarixdə saat təxminən 09:54 radələrində sürücülük hüququ olmaqla ayıq vəziyyətdə idarə etdiyi özünə məxsus "RENAULT LOGAN minik" markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ rayon Bunud kəndi ərazisində asfalt örtüklü yolda geriyə hərəkətdə olarkən, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci və 13-cü hissələrinin tələblərini pozaraq, yəni hərəkətə başlayan, yerdəyişən, dönən, ötən, dayanan və geriyə hərəkət edən zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda, göstərilən tələblərə riayət etməyərək ehtiyatsızlığından üzü Bunud kəndinin mərkəzi istiqamətində piyada hərəkətdə olan Zərərçəkmiş şəxs avtomobilin arxa sol hissəsi ilə vurması nəticəsində ehtiyatsızlığından Zərərçəkmiş şəxs sağlamlığına Yüngül zərər vuran bədən xəsarəti yetirilməsinə səbəb olan yol nəqliyyat hadisəsini törətmişdir. Bu hal Şəxs özünün etirafedici izahatı və iş üzrə araşdırılmış digər sübutlarla təsdiq edilmişdir. Beləliklə,Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinməli, İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 55,114, 115,120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və nəqliyyat vasitəsini idarə etmək hüququ 06 (altı) ay müddətə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar