Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-38/2021 26.01.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, qərarı barəsində şikayət verilmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 19 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin nümayəndəsi X5, şikayət vermiş şəxs X13 iştirakları ilə Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Tikanlı kənd X20 üzrə nümayəndəsi X13 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 19 saylı Region üzrə Dövlət Əmək Müfəttişliyinin xx xxxxxxx 2020-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X18 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 19 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Kamran Mikayılovun xx xxxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlər Əmək Müfəttişliyi Xidməti 19 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Kamran Mikayılovun xx xxxxxxx 2020-ci il tarixli , MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6 maddəsinə əsasən 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilmişdir. Barəsində tərtib olunmuş adı çəkilən qərarın təsviri hissəsində həmin qərarın qəbul olunmasına əsas olaraq Qəbələ rayonu Tikanlı kənd uşaq bağçasının işçisi X6 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozulmaqla xitam verildiyi göstərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 19 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Kamran Mikayılov əməlini inzibati xəta olaraq qiymətləndirməklə belə bir qərar qəbul etmişdir. Bundan əvvəl isə barəsində xx xxxxxxx 2020ci il tarixdə, MN0338734 nömrəli protokol tərtib edilmişdir. Protokolda da həmin qeyd aparılmışdır. Lakin protokola etiraz ifadəsi olaraq izahatında göstərmiş ki, protokol İXM-nin 38ci maddəsinin tələbləri pozulmaqla yazılmışdır. Bu əsasla da protokolun imzalanmasında etiraz etmişdir. Həmin protokol və qərarla razı deyil. Barəsində tərtib edilmiş protokolda işçinin azad olunması barədə əmrin əmək qanunverciliyinin tələbləri pozulmaqla əmək müqaviləsinə xitam verildiyi qeyd olunsa da konkret olaraq əmək qanunvericiliyinin hansı tələblərinin pozduğunu göstərməmişlər. Protokol etimallarla yazılmışdır. Hesab edir ki, işin bu halı qərarın ləğv olunmasına əsas verir və qərar ləğv olunmalıdır. Yəni, əməlində inzibati xətanın tərkibi yoxdur, heç bir inzibati xəta törətməmişdir. Qeyd olunanlara əsasən şikayətin təmin edilməsi haqqında qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 3(025)-447/2020-ci saylı qərarına əsasən şikayət qismən təmin olunmuş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 19 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi X7 inzibati tənbeh vermə haqqında xx xxxxxxx 2020-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 3(107)-304/2020-ci il tarixli qərarı ilə Dövlət Əmək Müfəttişliyi Xidmətinin 19 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi tərəfindən verilmiş şikayətin qismən təmin edilmiş, X18 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilmiş, inzibati xəta haqqında protokol və materiallar üzrə olan inzibati xəta haqqında iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Qəbələ Rayon Məhkəməsinə qaytarılmışdır. Eyni zamanda sözügedən qərarda göstərilmişdir ki, ədalətli və obyektiv məhkəmə araşdırmasının təmin edilməsi məqsədi ilə X6 atası X9 19 saylı region üzrə Əmək Müfəttişliyinə rəsmi şəkildə nə vaxt şikayət etməsi dəqiqləşdirilməli, X14 ilə bağlanmış əmək müqaviləsinə xitam barədə məlumatın kim tərəfindən və hansı tarixdə elektron sistemə daxil olması araşdırılmalıdır. Məhkəmə iclasında iştirak edən şikayət vermiş Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Tikanlı kənd X20 üzrə nümayəndəsi X18 şikayətin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Eyni zamanda göstərdi ki, X10 xx xxxxx 2020-ci il tarixdə işdən azad etmişlər. Əmrin surətini, əmək kitabçasını və son haqq hesabı onlar Aygül Rəfiyevaya təxminən ay yarım sonra təqdim etmişlər. Əmək müqaviləsi bildirişlərini elektron informasiya sisteminə Qəbələ rayon İcra Hakimiyyətinin səlahiyyətli şəxsləri yerləşdirir. Əmrin surətini elektron informasiya sisteminə yerləşdirmək üçün Qəbələ Rayon İcra Hakimiyyətinə göndərmirlər, yəni bunu onlardan rəsmi şəkildə tələb etmirlər. Sadəcə olaraq telefon vasitəsi ilə bu barədə məlumat verirlər. İşdən azad olunma barədə əmr verilən gün onlar Qəbələ rayon İcra Hakimiyyətinə bu barədə məlumat vermişlər. Qərarı barəsində şikayət verilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 19 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin nümayəndəsi X15 izahatında göstərdi ki, xx xxxx 2020-ci il tarixdə X9, xx xxxxxx 2020-ci il tarixdə isə X6 ərizəsi Dövlət Əmək Müfəttişliyinin 19 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə daxil olmuşdur. xx xxxx 2015-ci il tarixdə Qəbələ rayon Tikanlı kənd icra nümayəndəliyi ilə X14 arasında müqavilə bağlanır və elektron informasiya sisteminə yerləşdirilir. X14 ilə bağlanmış əmək müqaviləsi yazılı formada bağlanmış əmək müqaviləsi müddətsiz olmuş və müddətsiz əmək müqaviləsi kimi də elektron informasiya sistemində qeydiyyata alınmışdır. xx xxxxxxx 2016-cı il tarixdə Ali Məhkəmənin qərarına əsasən X6 yerində işlədiyi işci öz işinə qayıtdığına görə X14 işdən azad olunur və Mərcan adlı xanım öz işinə bərpa olunur. Burada Əmək Məcəlləsinin 74-cü maddəsinə əməl olunmur, çünki tərəflərin iradəsindən aslı olmayan hallarda əmək müqaviləsinə xitam verilən hallar var. Bu vaxt X14 ilə bağlanmış əmək müqaviləsinə 74-cü maddə ilə xitam verilməli idi. Bundan sonra X14 xx xxxxxxx 2016-cı il tarixdən musiqi rəhbəri vəzifəsindən tərbiyyəçi vəzifəsinə keçirilir. Lakin xx xxxxxxx 2016-cı il tarixdə X11 verilmiş xitam əmri və onunla bağlanmış yeni müqavilə elektron informasiya sisteminə yerləşdirilmir. Elektron informasiya sistemində isə X14 ilə 2015-ci ildə bağlanmış müqavilə qalmışdır. Yəni icra nümayəndəliyinin bağladığı yeni müqavilə və verdiyi əmr heç biri elektron informasiya sisteminə qeyd edilməmişdir. Buna görə də birinci pozuntu ele buradan başlayır. Və sonradan müddətli müqavilə bağlayıblar. Bundan sonra müddətli əmək müqaviləsinin müddəti bitəndə 2015-ci ildə bağlanmış müddətsiz əmək müqaviləsinə 2020-ci il 24 apreldə tərəflərdən birinin təşəbbüsü kimi xitam verilmişdir. Müddətsiz əmək müqaviləsinə isə bu qaydada xitam verilməli deyildi. Burada Əmək Məcəlləsinin tələbləri pozulmuşdur. Bundan əlavə vətəndaşa əmək kitabçası, əmrin surəti işdən azad olunduğu gün, yəni xx xxxxx 2020-ci il tarixdə verilməli olduğu halda vətəndaşa əmək kitabçası və əmrin surəti onun müraciətindən sonra, yəni ay yarım sonra təqdim edilmişdir. Bundan əlavə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildiriş elektron informasiya sisteminə həmin gün qeyd edilməli olduğu halda xx xxxx 2020-ci il tarixdə işlənilmişdir. Buradan da məlum olur ki, X14 ilə bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərini pozaraq xitam verilmişdir. İddia müddətinin buraxılmadığını hesab edirlər və qərarlarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş edirlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 19 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi tərəfindən X18 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN ******* inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilməlidir. Belə ki, işdə olan xx.xx.2020-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, Qəbələ rayonu Tikanlı kənd uşaq bağçasında X6 Əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. X2 tərəfindən İXM-in 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İşdə olan inzibati tənbeh vermə haqqında ******* nömrəli xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, 19 saylı Region Üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Kamran X1 barədə tərtib edilmiş xx.xx.2020-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokola baxaraq, X13 İXM-in 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1500 manat məbləğində cərimə edilməsini qərara almışdır. İşdə olan Qəbələ Rayonu İcra Hakimiyyəti başçısının Tikanlı kənd X20 üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx xxxxx 2020-ci il tarixli 06 nömrəli əmrdən görünür ki, Qəbələ rayonu Tikanlı kənd uşaq bağçasında müvəqqəti əmrlə tərbiyəçi-müəllim əvəzi işləyən X14 ilə bağlanmış müddətli əmək müqaviləsinə xx xxxxx 2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2.b maddəsinə əsasən (əmək müqaviləsinin müddəti bitdiyi üçün) xitam verilmişdir. İş materiallarında olan məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 19 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin xx xxxxxx 2021-ci il tarixli, **********9 nömrəli məktuba əlavə edilmiş şikayət ərizələrinin surətindən görünür ki, X6 şikayət ərizəsi 14 avqust 2020-ci il tarixdə, X9 şikayət ərizəsi isə xx xxxx 2020-ci il tarixdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şəki regional ərazi şöbəsinə daxil olmuşdur. Hər iki ərizədə şikayətçilər “onların əmrlə işdən azad olunmasının” onlara xx xxxx 2020-ci il tarixdə məlum olduğu qeyd olunmuşdur. İş materiallarında olan məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Qəbələ Rayonu İcra Hakimiyyəti Başçısı Aparatının xx xxxxxx 2021-ci il tarixli, 2/46/01 nömrəli məktubunda göstərilmişdir ki, ünvan 2 bağçasının işçisi olmuş X14 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmək müqaviləsinin bildirişinin Qəbələ RİHBA-nın Sənədlərlə və vətəndaşların müracitələri ilə iş şöbəsinin müdiri X12 tərəfindən xx.xx.2020-ci il tarixində (Tikanlı kənd İƏD üzrə nümayəndənin əmrinin təqdim edildiyi tarix) elektron informasiya sisteminə daxil edilmişdir. Məhkəmə qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsinin qərarında ədalətli və obyektiv məhkəmə araşdırmasının təmin edilməsi məqsədi araşdırılmalı olan hallar məhkəmə tərəfindən araşdırılmış və məlum olmuşdur ki, X6 şikayət ərizəsi xx xxxxxx 2020-ci il tarixdə, X9 şikayət ərizəsi isə xx xxxx 2020-ci il tarixdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şəki regional ərazi şöbəsinə daxil olmuşdur. Həmçinin ünvan 2 bağçasının işçisi olmuş X14 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmək müqaviləsinin bildirişinin Qəbələ RİHBA-nın Sənədlərlə və vətəndaşların müracitələri ilə iş şöbəsinin müdiri X12 tərəfindən xx.xx.2020-ci il tarixində (Tikanlı kənd İƏD üzrə nümayəndənin əmrinin təqdim edildiyi tarix) elektron informasiya sisteminə daxil edilmişdir. Məhkəmə hesab edir ki, X4 rayonu İcra Hakimiyyəti başçısının Tikanlı kənd X20 üzrə nümayəndəsi kimi işəgötürəndir və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin “c” bəndinə əsasən əmək müqaviləsini bu Məcəllədə nəzərdə tutulmuş əsasalarla və qaydada pozmaq onun əsas vəzifəsi və məsuliyyətidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumarlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın təsdiq edilməsi haqqında x xxxx 2014-cü il tarixli 183 nömrəli Qərarının 3.2-ci bəndinə əsasən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyatı işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə daxil edilməlidir. Həmin Qərardan göründüyü kimi əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi ilə bağlı aparılan hər bir əməliyyata Azər Rəfiyev işəgötürən kimi şəxsən məsuliyyət daşıyır. Eyni zamanda əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin Azər Rəfiyev tərəfindən deyil, Qəbələ Rayonu İcra Hakimiyyəti Başçısı Aparatının ümumi şöbəsi tərəfindən sistemə daxil edilməsi məhkəmə araşdırması zamanı sübut olunmasına baxmayaraq, onu məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası Qəbələ Rayonu İcra Hakimiyyəti Başçısı Aparatının məhkəməyə ünvanladığı məktubda ünvan 2 bağçasının işçisi olmuş X14 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmək müqaviləsinin bildirişinin Qəbələ RİHBA-nın Sənədlərlə və vətəndaşların müracitələri ilə iş şöbəsinin müdiri X12 tərəfindən xx.xx.2020-ci il tarixində (Tikanlı kənd İƏD üzrə nümayəndənin əmrinin təqdim edildiyi tarix) elektron informasiya sisteminə daxil edildiyi göstərilsə də, əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin X13 deyil, X3 vəzifəsi olması barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, X14 ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən xx xxxxx 2020-ci ildə xitam verilərkən Azərbaycan Respublikası Əmək Qanunvericiliyinin tələbləri pozulmuşdur. X21 Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(107)-304/2020 nömrəli qərarında göstərilmişdir ki, sözügedən inzibati xəta davam edən inzibati xətadır və bu səbəbdən X6 atası X9 19 saylı region üzrə Əmək Müfəttişliyinə rəsmi şəkildə nə vaxt şikayət etməsi dəqiqləşdirilməli, inzibati xətaya görə tənbəh vermə müddəti həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair xx xxxxxxxx 2018-ci il tarixli qərarında göstərmişdir ki, Hüquq nəzəriyyəsində “davam edən hüquqpozuntuları” dedikdə, zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni qanunsuz əməllər başa düşülür. “Davam edən hüquqpozuntuları” üçün aşağıdakı əlamətlər xasdır: bu hüquqpozuntuları birbirindən zaman etibarilə ayrılan bir sıra eyni növdən olan müstəqil əməllərdir; bütün qanunsuz əməllər vahid niyyətlə bağlıdır; qanunsuz əməllərə görə qanunvericilikdə müvafiq hüquqi məsuliyyət nəzərdə tutulur. “Uzanan hüquqpozuntuları” isə (cinayət, xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. “Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda – qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında – subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Uzanan xətanın davam edən xətadan əsas fərqi onda ifadə olunur ki, birinci əksər hallarda hərəkətsiz formada həyata keçirilir. Qeyd edildiyi kimi, davam edən xəta isə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid qanun pozuntusu hesab edilməklə həyata keçirilməsidir. Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi, sanitar qayda və normaların pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma və bir çox digər inzibati xətalar uzanan və ya davam edən inzibati xəta kimi də ifadə oluna bilər. Beləliklə məhkəmə hesab edir ki, Konstitusiya Məhkəməsinin “davam edən hüquqpozuntuları”na verdiyi anlayışdan da göründüyü kimi, X13 İXM-in 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi davam edən hüquqpozuntularına aid deyildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 19 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi nəzərə almamışdır ki, işəgötürən Qəbələ Rayonu İcra Hakimiyyəti başçısının Tikanlı kənd X20 üzrə nümayəndəsi X4 rayonu Tikanlı kənd uşaq bağçasında tərbiyəçi müəllim əvəzi işləyən X6 əmək müqaviləsinə xitam verməklə İXM-in 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı xx xxxxx 2020-ci ildə törətmişdir. İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsində isə qeyd edilir ki, bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Hazırkı inzibati xəta isə davam edən inzibati xəta olmadığından inzibati tənbeh vermə müddəti inzibati xətanın törədildiyi gündən hesablanır. xx xxxxx 2020-ci il tarixdən X18 barədə inzibati tənbeh vermə haqqında qərar qəbul edilənədək, yəni xx xxxxxxx 2020-ci ilədək 5 ay 22 gün keçmişdir. Halbuki, İXM-in 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 99.1.3-cü maddəsinə əsasən fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən Məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3-ci maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları əleyhinə və bu Məcəllənin 227-ci, 602.1-ci və 602.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. Həmin Məcəllənin 102.5-ci maddəsinə əsasən inzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. Həmin Məcəllənin 102.6-ci maddəsinə əsasən inzibati araşdırma başa çatdıqda, inzibati xəta haqqında protokol tərtib edilir və ya inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilir. Məhkəmə qeyd edir ki, X13 Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini pozmaqla işçini işdən çıxarması xx xxxxx 2020-ci il tarixdə olmuşdur və hazır ki, halda inzibati xətanın törədilməsi xx xxxxx 2020-ci il tarixə düşür. Göründüyü kimi, X13 İXM-in 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi gündən (xx xxxxx 2020-ci il) üç aydan artıq müddət keçmişdir. Azərbaycan Respublikası İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx xxxxxx 2019-cu il tarixli qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu diqqətəlayiq bir məqamı da göstərməyi lazım bilir. Qanunverici inzibati tənbehin tətbiqinin müddətini müəyyən edərkən ilk növbədə inzibati xətanın aşkar edilməsi və müvafiq icraatın aparılması meyarlarından çıxış edir. Digər tərəfdən, inzibati tənbeh vermə müddətinin üç ay müəyyən edilməsi onunla izah olunur ki, qanunverici “prosessual qənaət” prinsipinə əsaslanaraq məhkəmə prosesinin əsassız olaraq uzadılmasının qarşısını almış olur. Belə yanaşma işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur. Həmçinin, X8 111.1-ci maddəsinə uyğun olaraq, inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Konstitusiya Məhkəməsinin Plenumu inzibati xətalar üzrə işlərin məhkəmələr tərəfindən baxılmasına dair özünün əvvəlki hüquqi mövqeyinə əsaslanaraq qeyd edir ki, inzibati xətalara dair işlərə sadələşdirilmiş qaydada baxılmasını, inzibati xəta törətmiş şəxs barəsində qanunvericiliyin tələbinə görə yalnız üç ay müddətində inzibati tənbehin verilməsinin mümkünlüyünü və tərtib edilmiş materialların tamamlanmasının bilavasitə onların da vəzifəsinə aid edildiyini nəzərə alaraq, məhkəmələr daxil olmuş materiallara qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən olunmuş müddətlər çərçivəsində obyektiv və qərəzsiz baxmalıdırlar. Həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, X18 tərəfindən inzibati xətanın törədildiyi günün aşkar edilməsindən üç aydan artıq müddət keçməsi səbəbindən onun barəsində inzibati tənbeh verilə bilməz. Bu səbəbdən də, barəsində tərtib olunmuş xx xxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 19 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi tərəfindən X18 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN ******* inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-38/2021
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-38/2021
26.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver