Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-38/2025 03.02.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rаyоn Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı Şəxs, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1977-ci ildə Kəlbəcər rayonu, İstisu qəsəbəsində anadan olmuş, AR vətəndaşı, subay, Kəlbəcər rayonu, İstisu qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraat materiallarına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM 157-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2025-ci il tarixli MN 2291554) tərtib edilmişdir ki, o, xx.xx.2025-ci il tarixdə, saat təxminən 18 radələrində Qəbələ rayonu, Zarağan 2, bina 2, mənzil 8-də yerləşən evlərində aralarında şəxsi münasibətlər zəminində baş verən mübahisə zamanı keçmiş arvadı Zərərçəkmiş şəxs döyərək ona sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirmişdir. Şəxs özünü barəsində olan protokolda göstərilmiş inzibati xətanı törətməkdə təqsirli bilərək bildirmişdir ki, o, 2004-cü ildə Zərərçəkmiş şəxs ilə evlənmiş və onların birgə nikahdan 4 öldaları olmuşdur. Aralarında baş verən mübahisələrə görə 2015-ci ildə rəsmi olaraq boşansalar da 2024cü ilin iyul ayınadək Qəbələ rayonu, Zarağan 2, bina 2, mənzil 8-də birlikdə yaşamışlar. xx.xx.2025ci il tarixdə saat təxminən 18 radələrində azyaşlı qızı Mədinə onun yanına gələrək evdə su kranının qırıldığını və təmir üçün usta gəldiyini bildirmiş, o ustaya kömək etmək üçün Alidənin evinə getmişdir. Təmir işləri bitirdikdən sonra döşəmənin suyunu silmək üçün qızına Alidəni çağırmasını bildirsədə Alidə gəlməmişdir. Bir qədər sonra Aliyə gəlmiş və o, Aliyəyə krantı tam təmir olmadığına görə açmamağı və yeni krant alaraq dəyişdirməsini bildirmişdir. Həmin vaxt onun anası da ora gəlmiş, Aliyə ona və anasına “rədd olun gedin” deyərək anasının üzünə tüpürmüşdür. O da bundan əsəbləşərək Aliyəni bir yumruq zərbəsi ilə vurmuşdur. Aliyə AR DİN 102 xidmətinə zəng etmiş, bir qədər sonra evlərinə polis əməkdaşları gəlib onu Qəbələ RPŞ-ə gətirilmişlər. Hadisədən az sonra Zərərçəkmiş şəxs ilə barışmışdır. Ona görə də, inzibati məsuliyyətdən azad edilməsini xahiş edir. Zərərçəkmiş şəxs göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat təxminən 18 radələrində Qəbələ rayonu, Zarağan 2, bina 2, mənzil 8-də yerləşən evlərində Şəxs ilə aralarında şəxsi münasibətlər zəminində mübahisə baş vermiş və həmin vaxt Saqif onun üzünün sağ tərəfinə yumruqla vuraraq, sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirmişdir. O, üzünü çəkdiyinə görə yumruq sərt dəyməmişdir. Hadisədən az sonra o peşman olmuş və Saqif ilə barışmışdır. İşdə olan MTE və PA Birliyi tərəfindən verilmiş 36 saylı ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində alının sağ qaşüstü hissəsinin qançırı kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət aşkar edilmişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərərk hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. AR İXM-nin 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs ilə barışdığına görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə inzibati məsuliyyətdən azad edilməli və barəsində olan inzibati icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114, 115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə məsuliyyətdən azad edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №3(025)-38/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-38/2025
03.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver