Məhkəmə qərarları › İş №3(025)-380/2025

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(025)-380/2025

21.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(025)-380/2025 21.08.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, X6 Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin rəisi İ dərəcəli ədliyyə qulluqçusu X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1984-cü ildə Qəbələ rayonu, Mıxlıqovaq kəndində anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ rayonu, Mıxlıqovaq kəndində qeydiyyatda olan Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallara açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2025-ci il tarixli MN 2326661) tərtib olunmuşdur ki, o, 05 oktyabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tələbkar Zərərçəkmiş şəxs xeyrinə hər ay 235 (iki yüz otuz beş) manat məbləğində aliment ödəməsi barədə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-3475/2024 saylı icra sənədi üzrə tələbi üzürsüz səbəbdən icra etməyərək 3310,0 manat borclu qalmışdır. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs Şəxs göstərmişdir ki, xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün tələbkar Zərərçəkmiş şəxs xeyrinə hər ay 70 manat ödəməsi barədə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(025)- 538/2015 saylı icra sənədi və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün tələbkar Zərərçəkmiş şəxs xeyrinə hər ay 235 manat ödəməsi barədə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-3475/2024 saylı icra sənədi üzrə tələbi ödəməməsi üzürsüz səbəbdən olmamışdır. Belə ki, o, Zərərçəkmiş şəxs ilə boşandıqdan sonra başqası ilə evlənmiş və barəsində aparılan tibbi analizin nəticələrinə əsasən törəmək qabiliyyəti olmadığı aşkar edilmişdir. Bundan sonra o, xx.xx.2014-cü il təvəllüdlü X4 münasibətdə atalığın inkar edilməsi haqqında iddia qaldıraraq iş üzrə DNK ekspertizası tələb etmiş, Zərərçəkmiş şəxs öz növbəsində həqiqəti etiraf etmişdir. Ona görə də, uşağın atadan mənşəyi ilə bağlı məsələ həll edilənədək qalıq aliment borcunun ödənilməsinə möhlət verilməsini xahiş edir. Zərərçəkmiş şəxs göstərmişdir ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(025)-538/2015 saylı və Bakı Şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)- 3475/2024 saylı icra sənədi üzrə indiyədək 6720,0 manat ödənilmiş, cəmi 3310,0 manat məbləğində vəsaitin ödənilməsi təmin edilməmişdir. Şəxs xx.xx.2014-cü il təvəllüdlü X5 ondan törəmədiyini bilmiş və uşağın doğum akt qeydində atası kimi qeyd olunmasına razı olmuşdur. Şəxs xx.xx.2014-cü il təvəllüdlü X4 münasibətdə atalığın inkar edilməsi tələbi barədə iddia ərizəsi Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin icraatındadır və mübahisə həll edilənədək qalıq aliment borcunun ödənilməsinə möhlət verilməsinə etiraz etmir. AR İXM-nin 75.0.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi müəyyən edilməlidir. Həmin Məcəllənin 75.0.2-ci maddəsinə əsasən inzibati xəta haqqında törətmiş şəxs müəyyən edilməlidir. Həmin Məcəllənin AR İXM-nin 75.0.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşdən görünür ki, Şəxs xx.xx.2014-cü il təvəllüdlü X4 münasibətdə atalığın inkar edilməsi tələbi barədə iddia ərizəsi üzrə məhkəmə icraatı başlanmış və indiyədək tamamlanmamışdır. AR İXM-ni 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X3 atadan mənşəyi ilə bağlı mübahisə həll edilib qurtaranadək hazırkı işin baxılması mümkün olmadığından Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol və toplanmış materiallar geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Qəbələ rayon İcra və Probasiya şöbəsinə qaytarılsın. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar